General, kontr-admiral Sübhan Bəkirovun ali təhsili varmı, ixtisası nədir ?
Kontr-admirala niyə “Dəmiryeyən Bəkir” deyirlər ?
Bir il öncə Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinə təyin olunan kontr-admiral Sübhan Bəkrovun tərcümeyi-halı diqqətimizi cəlb etdi:
Cənab Sübhan Bəkirov 1964-cü ildə Qazax rayonunda anadan olub, 1982-1984-cü illərdə ( yəni orta məktəbi bitirən kimi – red ) Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb.
1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər Gəmi Təmiri Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub.
1997-2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib.
2014-cü ildə Müdafiə Nazirinin əmrinə əsasən Hərbi Gəmi Təmiri Zavodunun baş mühəndisi - zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi vəzifəsinə təyin olunub.
2016-cı ilin iyun ayında Müdafiə Nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının MTT üzrə müavini vəzifəsinə təyin edilib.
2020-ci il tarixdə Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinə təyin olunub.
2020-ci il iyunun 25-dən Kontr-Admiral ali hərbi rütbəsini daşıyır.
Birincisi, Sübhan Bəkirovun nəinki ali, heç texnikum təhsilinin olması, ixtisası barədə heç nə yazılmır. Yəqin ki, olsaydı yazılardı.
İkincisi, Sübhan Bəkirov 10 il harada olub ?
Bu barədə də heç nə yazılmır.
Və 1993-cü ildə birdən-birə Sübhan Bəkirov Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər Gəmi Təmiri Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub.
Axı, təhsili olmayan bu adam necə hərbi zavodda baş mühəndis təyin oluna bilərdi ?
Bəli, məhz AXC hakimiyyəti dövründə zavodun özək təşkilatını yaradan Sübhan Bəkirov o zamankı müdafiə naziri Rəhim Qazıyevin dəstəyi ilə hərbi zavodda baş mühəndis olub.
Və bu adamın barəsində dəfələrlə cinayət işi qaldırılıb, hətta Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Gəmi Təmiri Zavodunun rəisi, polkovnik Sübhan Bəkirov yarıtmaz fəaliyyətinə görə, Hərbi Dəniz Qüvvələrindən qovulub. Ancaq sabiq müdafiə naziri Səfər Əbiyevin dəstəyi ilə yenidən vəzifəsinə qayıdıb.
Sübhan Bəkirov fəaliyyəti zamanı həmişə qanunsuzluqlara yol verən, büdcə vəsaitlərini dağıdan şəxs kimi tanınıb. Və mənimsədiyi pulların hesabına hərbi karyerasında çox sürətlə irəliləyib.
Əbəs yerə deyildir ki, Sübhan Bəkirovun ləqəbi “Dəmiryeyən Sübhan” olub.
Bu adam gəmiləri doğrayıb “metallom” kimi satıb, gəmi mühərriklərini-matorlarını “spisat” edərək külli miqdarda pul qazanıb. Sübhan Bəkirov bu əməllərini o zamankı rəisi, həbsxana həyatı yaşayan Şahin Sultanovla birgə edib.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı admiral Şahin Sultanov həbsdə olarkən Gəmi Təmiri Zavodunun rəisi Sübhan Bəkirov barəsində dəhşətli məlumatlar səsləndirsə də Hərbi prokurorluq “Dəmiryeyən Sübhan”ın əməllərinə göz yumub. Çünki Sübhan Bəkirov general Nəcməddin Sadıqovla şərik olub.
Sözün qısası, Sübhan Bəkirov gəmiləri “yeyə-yeyə” sonda gəlib general olub, üstəlik Hərbi Dəniz Qüvvələrinin komandanı olub.
Sübhan Bəkirov Hərbi Dəniz Qüvvələrinin Gəmi Təmiri Zavodunun rəisi işləyərkən, 2 milyonluq mühərrik məsələsi olub...
Bir sözlə, Sübhan Bəkirov qazandığı milyonların hesabına paytaxt Bakının müxtəlif yerlərində özünə bir neçə ticarət obyekti tikdirdib, bahalı mənzillər alıb və s.
Hələ üstəlik, Sübhan Bəkirov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni də alıb.
Görəsən, həqiqətdə Sübhan Bəkirov kimə və hara xidmət edir ?
Bax, bu çox ciddi məsələdir.
Bəli, Sübhan Bəkirov köhnə cəbhəçi dostu, hazırda xarici ölkədə oturub Azərbaycana böhtan yağdıran keçmiş dostlarına informasiya ötürməklə məşğuldur.
İndi özünüz deyin, belə bir köhnə cəbhəçiyə Vətənə xidmət ordeni düşürdümü ?
Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.
P.S Dostların nəzərinə biz saytdan yazı çıxartmırıq, üz vurmayın.
Keçmiş AXC üzvü olan General, kontr-admiral Sübhan Bəkirov indi hara və kimə informasiya ötürür ?- SENSASİON FAKTLAR
18
noyabr
17:00

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Hərbi Dəniz Qüvvələrinin komandanı Pakistana getdi
Rusiyanın hərbi gəmiləri Bakıya gəldi - Video
Ukrayna “Bayraktar”dan istifadəyə hazırlaşır
NATO admiralı Azərbaycana təşəkkür etdi
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezidentin təltuf etdiyi general Tofiq Hüseynov KİMDİR?
Bu gündən əsgərlərimiz evə buraxılır
İlham Əliyevin bu gün təyin etdiyi icra başçıları kimdir? - DOSYE
Hərbi xidmətə çağırış BAŞLADI
Zakir Həsənov NATO admiralı ilə görüşdü
Qarabağda sülhməramlılara Muradov başçılıq edəcək - DOSYE
5 Avqust – Azərbaycan Hərbi Donanması Günüdür
Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir? - DOSYE
Səfərbərlik Xidməti yeni məlumat yaydı
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Dəniz Nəqliyyatı Donanmasının vəzifəli şəxsi öldü - FOTO
Rüstəm Muradov Qarabağdan gedir - Yeni komandan təyin olunub
Türkiyə ordusu şəhid VERDİ
Hərbi qulluqçuların maaşları artırıldı RƏSMİ AÇIQLAMA
Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə hərbi təlim keçirəcək
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Azərbaycanda bu gündən hərbi xidmətə çağırış başladı
Rusiya hərbi gəmiləri Bakı limanında lövbər atdı
Mədət Quliyev onu vəzifəsindən azad etdi
Müddətli həqiqi hərbi xidmətdə olanların uşaqlarına da sosial müavinət veriləcək
Kərim Vəliyev Silahlı Qüvvələrin Baş Qərargahına rəis təyin edildi - ÖZƏL
Azərbaycan hərbi dənizçiləri Pakistanda
Həqiqi hərbi xidmətə yanvar çağırışı başa çatdı
- Ayşvariya TANINMAZ HALDA - FOTO
- Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
- Təyyarənin ən çirkli 5 yeri
- Kaan ata oldu
- Oğlu ilə gəlini ayrı evə çıxıb
- Rusiyanın gücü ABŞ və Kiyevi danışıqlara məcbur edəcək
- Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
- Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni sonuncu pilləyə göndərib
- Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb
- Tbilisidə Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək yürüşü keçirilir
- Maks Ferstappen sərxoş vəziyyətdə Qətər Qran-prisini qazanıb
- Şəkildə ilk hansı heyvanı gördünüz? – Zəka testi
- Qəhvəni gündəlik içməyin ziyanı və faydaları
- Bu yolla infarkt riskini azalda bilərsiniz
- Xərçəng hüceyrələrini məhv edən dərmanın adı AÇIQLANDI
- Mədəaltı vəzi məhv edən QİDALAR
- Könül Kərimova bu fotosuna görə tənqid olundu
- Günəşdə qorxunc qaranlıq dəlik yaranıb
- Bağırsaqlar üçün faydalı olan spirtli içkilər
- “Brent” markalı neft ucuzlaşdı
- Türkiyə vətəndaşlarının Qəzzadan təxliyəsinə başlayıb
- Bu yolda məhdudiyyət tətbiq edilib (FOTO)
- "Ukrayna ilə bağlı pis xəbərlərə hazır olmalıyıq" - Stoltenberq
- Sabahın havası açıqlandı
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi