İki gün öncə şəhid olan əsgərin yasına  5 kq “pesok” göndərən  Gəncənin polkovnik-icra  başçısı...- GƏNCƏDƏ VƏZİYYƏT ACINACAQLIDIR…
18-11-2021, 21:14
5 991

İki gün öncə şəhid olan əsgərin yasına 5 kq “pesok” göndərən Gəncənin polkovnik-icra başçısı...- GƏNCƏDƏ VƏZİYYƏT ACINACAQLIDIR…

Adın  yenə  saytların manşetini bəzəyir, cənab Niyazi Bayramov


Almaniyada oturub dövlətimizi söyən siyasi mühacirin qızını bağça müdirəsi qoyursan, şəhid anasına isə.... 


Bu gün hansı  saytı açırsansa, Gəncənin  “polkovnik icra başçısı”  Niyazi Bayramovun  adı manşetləri bəzəyir, sosial şəbəkələrdə “tüpürcək yağışı”, təhqir əlindən  tərpənmək olmur. 
Əlbəttə, biz  təhqirin birmənalı olaraq əleyhinəyik. 
Amma  deputatlarımızdan birinin dediyi “Saymışam bu gün fb-da atamın goruna  594  dəfə söyüblər...”  sözü yada düşür. 
Bəli, təhqir, söyüş olmaz. Amma insanları da o həddə gətirib çıxarmayın də..
Axı, söhbət Azərbaycanın ikinci  və ən qədim şəhəri olan Gəncədən gedir. 
Belə bir ənənəsi olan şəhərin rəhbəri 2 gün öncə şəhid olan  əsgərimizin evinə nə üzlə un, şəkər tozu yollayıb?
Yaxşı olmazdı ki,  cənab  icra  başçısı oturacağını kreslodan qaldırıb  şəhidin evinə gedərdi, ailəsini ziyarət edərdi, başsağlığı verərdi və sonra un, “pesok”  məsələsinə baxmaq olardı...
Gəncənin icra başçısı  şəhidin  ailəsinə  50-60 manat dəyəri  olan “yas payı”  göndərib. 
Görəsən, Niyazi Bayramovun hansısa yaxını ölsə, şəkər tozu və unla  onun mərasimini yola verə bilərmi ?
Niyazi Bayramovdan soruşan lazımdır ki, keçən il müharibənin ən dəhşətli vaxtında Londonda  30 milyon dəyəri olan  mülk ala bilirdin, amma şəhid ailəsinə  50-60  manatlıq  pay göndərirsən...
Niyazi Bayramovdan soruşan lazımdır ki, Mingəçevirdə  icra başçısı olanda Kürün sahilində  obyekt tikdirənlər üçün torpağın 1 sotunu 20 min manata satırdın, indi  əlin aşağıdır ? 
Şəhidin yaxınları deyir ki,  bir torba unla, pesokla yas mərasimini necə keçirək, cənab polkovnik Bayramov ?
Guya Allah qoymasa, sən də  Qarabağda  vuruşmusan, veteransan ?
Şəhid  anasını aylarla  qapıda gözlədirsən, qəbul etmirsən, deyirsən  “sənə verməyə işim yoxdur”...
Bəs  sənədləri  başdan-ayağa saxta olan, əmək kitabçası qaralanmış  cavan xanımı MÖTƏBƏR ŞƏXSİN XAHİŞİ ilə bağçaya necə müdir təyin edirsən ?
Cənab Bayramov, həmin cavan xanım riyaziyyat fakültəsini bitirb və  Gəncə Müəllimlər İnsitutunda İNGİLİS  DİLİ dərsi keçib. 
Bu necə olur, cənab Bayramov ?
Riyaziyyat müəllimi necə ingilis dili dərsi keçib ?
Riyaziyyat müəllimi hara, bağça  müdirəsi hara ? 
Deyəsən onun da müdirə olmağı, sənin polkovnik olmağın kimi  zaddır...
Cənab  Bayramov,  qanunsuz  bağça müdirəsi  təyin etdiyin cavan xanımın qohumları,  anası, qardaşı, əmisi oğlanları  Almanıyada siyasi mühacir kimi oturub hakimiyyəti  söyürlər, Azərbaycan əleyhinə təbliğat aparırlar, xaricdə dövlətimizin əleyhinə piket təşkil edirlər. Bunu sən görmürsən, cənab başçı ?
O cavan qızı səndən xahiş edən mötəbər şəxs də bilmir bunları ? 
Oğlu vətən uğrunda şəhid olan ananı qəbul etmirsən, ancaq VƏTƏNİ  biabır edənlərə qucaq açırsan...
Bağça müdirəsi qoyduğun xanım heç öz halal  əri ilə yola getmir, polisə şikayət edir, ərinin bahalı avtomobilini  dəmirlə əzir-xarab edir...
Öz ailəsində  bu cür olan birisi  körpə balalara necə tərbiyə verəcək, cənab Niyazi müəllim ?
Siz o körpələrin də gələcəyini məhv edirsiniz. 
Ötən il  erməni  raketi ilə evləri dağıdılan  Gəncə sakinlərini aldadıb  kağız-kuğuza qol çəkdirirsən.
Evi dağılan  Gəncə sakininə 6 min manata qol çəkdirib  1500 manat verirsən. 
Şəhidin anası sənə  yalvarır ki, kirayə pulu verə bilmirəm..
Cənab Bayramov, heç olmasa, səni o boyda vəizfəyə təyin edən Prezidentin sözlərini yada sal:
Xalqdan qorxmursunuz, barı Allahdan qorxun...

Süsənbər Gəncəli

Oxşar xəbərlər

Şəhidlərimizə hörmətsizlik edən Niyazi Bayramov, kürəkənin Qarabağda döyüşübmü ?- Xalqdan qorxmursunuz, Allahdan qorxun, cənab icra başçısı
“İcra başçısı iki oğlu şəhid olan ananın qapısına gəlmədi“ - Narazılıq
Gəncədə daha bir şəhid ailəsinin müraciəti öz həllini tapdı - Foto
Londonda 30 milyona MÜLK alan Gəncənin icra başçısı Niyazi Bayramov şəhidin anasını niyə qəbul etmir ?
"Nə vaxt Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbuluna kömək üçün getsə, “olmaz, olmaz” deyib yola salırlar" - Şəhid anası niyə intihara cəhd edib?
Niyazi Bayramov NƏDƏN VƏZİFƏDƏ SAXLANILIR? - HƏQİQƏTƏN DƏ...
Gəncənin icra başçısı səkidə  “Zəfər bulağı” tikir...- İcra başçısı Niyazi Bayramovun həbsi gözlənilir
Gəncənin icra başçısı Niyazi Bayramov Qarabağda nə vaxt döyüşüb ?- Azad Rəhimovun qudası  necə polkovnik oldu ?
İqbal Ağazadə prezident aparatına və DTX-yə müraciət etdi – İcra başçısına görə
Dövlət başçısı şəhid ailələri ilə görüşdü - FOTOLAR
Gəncənin islahı mümkünsüz görünən icra başçıları… - NƏ ETMƏLİ?
İcra başçısından şəhid ailəsinə HÖRMƏTSİZLİK - VİDEO
İcra Hakimiyyətindən şəhid polkovnikin barelyefi ilə bağlı AÇIQLAMA: - “Təbrizlə əlaqə saxlayacağıq”
"Atanın ağlı olaydı, ölməyəydi” – Tərtərin başçısı şəhidin qazi oğlunun torpağını əlindən alır
Tərtərin başçısından şəhid anasına təhqir: “1000 manat alanda yaxşıydı…” – Video
Ağcabədinin icra başçısı Rafil Hüseynov Qarabağ şəhidinin statusunu ləğv  etdirmək istəyir-  Şəhidin həyat yoldaşı  dövlət qurumlarından kömək istəyir
Ramiz Mehdiyevin kadrından "Mehdiyev ərkanı..." - Belələri vaxtında cəzalandırılmalı idi...
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
Gəncənin icra başçısı axtarılır
“Şəhidin bulağını sökmək nə deməkdir?” – Mahmudov əsəbiləşdi
ABŞ-ın məşhur jurnalisti Gəncəyə səfər edib
Şəhid polkovnik-leytenantın atası dünyasını dəyişdi
İcra başçısının şəhid ayrıseçkiliyi... - Vaqif Həsənov şəhid ailələrini hiddətləndirdi
İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR
Zaqatalanın icra başçısı ilə bağlı ŞOK İDDİA - NARAZILIQ VAR!
İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – Video
Gəncə terrorunun qurbanları acınacaqlı durumda: - İcra başçısı da müraciətə cavab vermir
Tanınmış müğənni icra başçısını istefaya çağırdı: “Rədd ol get!“
Gəncədə evi bombalanan, gözünü itirən qadın başçıya üsyan etdi - VİDEO
Şəhid Ailələri Sabirabadda ETİRAZA HAZIRLAŞIR... - PULLARI YEYİBLƏR...