Qazaxın icra başçıs Rəcəb Babaşov 450 minlik avtomobili və 250 minlik nömrəsi… - BAŞÇI KİMƏ ARXAYINDIR ?
19-11-2021, 15:24
1 321

Qazaxın icra başçıs Rəcəb Babaşov 450 minlik avtomobili və 250 minlik nömrəsi… - BAŞÇI KİMƏ ARXAYINDIR ?

Qazaxda  78 hektar ərik bağlarını satan icra başçısı Babaşov üçün  yarım milyonluq maşın nədir ki?

Qazağın icra başçısı Babaşov 1500 manat maaşla Havay adalarında  dincəlir…

Bu adam məktəbə gedibmi, əsgərlikdə olubmu, bəlkə “dezertir”dir ?

Dünən  axşamdan  Qazax Rayon İcra hakimiyyətinin başçısı Rəcəb Babaşovun adı ölkə mediasının MANŞETİNİ BƏZƏYİR. 
“İcra başçısının oğlu yarım MİLYON manata  maşın və nömrə aldı - 77-LL-077 “  başlıqlı  xəbər ölkə gündəmini əməlli-başlı zəbt edib. 
Xəbərə  gələn, oxucu  rəylərini görəndə adam dəhşətə gəlir. Oxucular nələr yazmır:
Haramı olsun…
Cavan oğlanlar döyüşdə şəhid olur, icra başçısnın oğlu isə yarım milyonluq avtomobil alır…
Bu  qarğış, nifrin dolu  siyahını kifayət qədər uzatmaq olar. Amma nə faydası..
Bununla nəsə dəyişəcəkmi ? Əlbəttə, yox. 
İkinci bir məqama toxunmaq istəyirik. 
Saytların belə maraqla tirajladığı və  sosial şəbəkədə az qala sensasiya kimi qarşılanan  bu xəbər niyə sizlərə təəccüblü gəlir ki ? 
Axı, yarım milyon Babaşov üçün nədir ki ?
Yarım milyon Babaşov üçün  xırda bir obyektinin qiymətidir. Vallah, Babaşov bizlərə gülür ki, bunlar “qəpik-quruşu”- YARIM MİLYONU sensasiya kimi təqdim edirlər. 
Babaşov düşünür ki, mən yağışlı havalarda başımın üstə çətir tutmaq üçün  ADAMI ARENDAYA götürə bilirəmsə,  nə maşın söhbəti edirsiniz ?
Babaşov Qazaxda səkiləri  100 min manata satır. 
Babaşovun Sabirabad rayonunda heyvandarlıq fermaları, qoyun sürüləri var. 
Babaşov Gürcüstandan Qırmızı Körpüdən Azərbaycana  qanunsuz  siqaret  keçirəndə 2-3 milyon qabağa düşür. Biz də yarım milyonluq  maşın söhbətini xəbərə çevirmişik. 
Babaşov Qazax RİH-də açıq şəkildə deyir ki, buralar mənlikdir.
Hətta  Rəcəb Babaşov Qazaxın icra başçısı olduqdan sonra yerli qurumları mərkəzdən köçürməyə başlayıb. Onların inzibati binalarını isə müxtəlif iş adamlarına satır. 
Təsəvvür edirsiniz,  dövlət  idarələrini şəhərin mərkəzindən kənara köçürür, həmin idarələrin binasını iş adamlarına satır. Bərəkallah…
Hətta rayon mərkəzindəki “Voyenkom”un binasını  “Abu-Life”  Ticarət Mərkəzinin  sahibinə satıb. 
Hələ bu jurnaldır. Rəcəb Babaşov  söz verib ki, camaata film göstərəcəm.
Bəli, Babaşov    Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun inzibati binasını da iş adamına satıb. 
Məlumdur ki, Babaşov  uzun müddət  Vergilər Nazirliyiinn Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə İdarənin rəis müavini vəzifəsində çalışıb. Və sabiq nazir  Fazil Məmmədovun sağ əli olub, iri vergi ödəyiciləri olan iş adamlarına divan tutub. 
Bu adam təkcə  aksiz markası olmayan, yəni ölkəyə qaçaqmal yolu ilə gətirilən  siqaretlərdən bəlkə 100 milyon qazanıb.  
Bu adam o qədər həddini aşıb ki, "Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəisinə deyir ki, mənə “PƏNCƏRƏ”  ver. Yəni istədiyim vaxt  ölkəyə qanunsuz siqaret  gətirə bilim. Aralarında süpürləşmə olub və  kabinetdə rəis də icra başçısına “bedro” atıb. 
Bu adam belə rüsvayçı adamdır. 
Biz hələ hərbçinin bacısına “əxlaqsız qadın”  deməyi, nəticədə döyülmək məsələsini bir kənara qoyuruq. 
Bu adam  eks-nazir Ziya Məmmədovla  qudadır. Belə ki,  Ziyanın  qardaşı oğlu Rəcəb Babaşovun qızı ilə ailə həyatı qurub.
Nə isə…
Çox suallar qoymaq olar ee….
Axı,  icra başçısı  1500-1920 manat olan maaş ilə necə yarım milyonluq avtomobil ala bilər ?
Vallah bu suallar artıq Azərbaycan cəmiyyətində gülüş doğurur. Nə qədər bu sualları saqqız  kimi çeynəmək olar ?
Bizim Gundəlik-Bakı olaraq Babaşova öz suallarımız var:
Qazax   Rayon İcra hakimiyyətinin rəsmi saytında (www.qazax-ih.gov.az)  sənin tərcümeyi-hal yerində bircə cümlə yazılıb:
R.A.Babaşovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Rəcəb Abas oğlu Babaşov  Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
Ay adam, sən Qazax boyda rayonun rəhbərisən ee…
Harada doğulmusan, harada böyümüsən, hansı məktəbə getmisən, hansı ali məktəbi bitirmisən, əsgərlikdə olmusanmı, bəlkə elə “dezertirsən” ?
Kimin həvəsi və hövsələsi varsa, Babaşovun mülklərinin az qisminin siyahısına baxsın: 
Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat,
– Bayıldakı Aran restoranı, Aran kafesi
– və “077-lər” adlı avtoyuması,
– Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı,
– əlavə olaraq Bakıda 4 evi,
– o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi,
– ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobili


P.S Babaşov deyərsən birdən, biz səni tanımırıq, biz səni gömrükçüyə şillə vurduğun vaxtdan tanıyırıq.

Oxşar xəbərlər

Qazax rayonunun icra başçısı Rəcəb Babaşov səkiləri satır?- Başçının oğlu  450 min avroluq avtomobildə gəzir...
İcra başçısı oğluna 450 minlik “Gelandewagen” aldı - FOTO
Oğlu yarım milyonluq maşın sürən Qazaxın icra başçısının unutduğu Heydər Əliyev adına parkda biabırçılıq (FOTO+VİDEO)
Rəcəb Babaşov Qazaxda 5 ildə qurduğu biznes imperıyasını "xırıd" edir .. VİDEO
Qazax icra başçısı və oğlunun 500 minlik avtomobilləri və rayondakı 3 min işsiz
Qazax icra başçısı və oğlunun 500 minlik avtomobilləri və rayondakı 3 min işsiz
Vəsf  zamanı deyil, Rəcəb Babaşov və Akif Vəliyev- Akif Vəliyev süddən çıxan ağ qaşıq deyil
Qazax İcra Hakimiyyətində birabırçılıq - Rəcəb Babaşov özəl klinikanı niyə reklam edir? (FOTO)
Ağstafanın 35 yaşlı başçısının MİLYON-larla dəyəri olan sərvətləri-350 minlik maşın,bağ evləri.obyektlər hansı pulla alınıb?-VİDEOLAR
Qazaxın padşahının qabarmış dosyesi: Araşdırılmalı, qiyməti verilməlidir... VİDEO
Lerikin icra başçısı ilə bağlı daha bir iddia - VİDEO
Qazaxın icra başçısı dövlətə məxsus binaları satır - Həbs növbəsi ona çatır?
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Prezident icra başçısını işdən çıxardı
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Yeni icra başçısı harda işləyib?
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Biləsuvarın “Şabaniyyə” ləqəbli başçısından yarım milyonluq “əməliyyat” - İTTİHAM
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA
Goranboyun icra başçısı ilə bağlı ŞOK İDDİA - Belə deyirlər...
İcra başçısına yeni müavin təyin edildi
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Qubanın icra başçısı məktəb direktoru vəzifəsinə 40 min pul istəyir" - İddia
"Mərdan Camalov Zərdabdan qaçıb?" - Sakinlər onu axtarır...
İcra başçısının birinci müavini karantin rejimini pozdu, oğluna toy etdi (FOTO)
Oğlu qızını öldürən icra nümayəndəsi İŞDƏN ÇIXARILDI
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - AÇIQLAMA