“Ayan” MMC  qanunsuz  olaraq əcnəbiləri işə götürür…- Şirkətin  “Qızıl Quyu”  limonadları insan orqanizmi üçün ziyanlıdır
20-11-2021, 00:22
702

“Ayan” MMC qanunsuz olaraq əcnəbiləri işə götürür…- Şirkətin “Qızıl Quyu” limonadları insan orqanizmi üçün ziyanlıdır

Miqrasiya  Dövlət  Xidməti  hara  baxır ? 

MMC  günəbaxan tumlarını Krasnodarda kimdən alır ? 

Kiflənmiş  “Beloçka”  tumları…  

Qoşqar Təhməzli hara baxır ? 

Cənab  Prezidentin  sahibkarlığın inkişafına göstərdiyi qayğı hər kəsə məlumdur. 
Bu gün ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar güzəştli kreditlərlə təmin olunur, vergi və gömrük rüsumları  aşağı salınır, amma…
Əmması odur ki, bəzi iş adamları yaradılan münbit şəraitindən sui-istifadə edərək istehlakçıları aldadır, onlara keyfiyyətsiz məhsul təqdim edir, süni qiymət artımı  yaradır və s . 
Cənab prezident  sahibkarlara  dəfələrlə  deyib ki, ölkədə süni qiymət artımı yaratmayın.  
Söhbət təkcə  qiymətdən getmir ee, ümumiyyətlə, ölkənin müharibə  vəziyyətində olduğu çətin dönəmdə vətəndaşa  problem yaratmaq  dövlətə zərbə vurmaq deməkdir. 
Belə  şirkətlərdən biri də  “Ayan” MMC-dir. 
Məlumat üçün qeyd edək ki, sözügedən şirkət 2005-ci ildə təsis edilib. 
"Ayan" MMC Azərbaycanda qida məhsullarının istehsalı, emalı və ixracı ilə məşğuldur. Şirkət "Beloçka", "Tək-Tək" ağ-qara günəbaxan tumlarının, "Beloçka" şirin-pendirli qarğıdalı çubuqlarının emalı, qablaşdırılması, satışı, həmçinin "Qızıl Quyu" limonadlarının istehsalı ilə məşğuldur. 
Şirkət  gilənar, tərxun, qızılgül, zirinc, üzüm, feyxoa, limon və digər  meyvələrin  şirəsini qablaşdırır. 
Öncə tum məsələsinə nəzər salaq. 
İlk öncə  şirkətin sahibindən soruşmaq lazımdır ki, Azərbaycanda  sizin  istehsalınız üçün  lazım olan günəbaxanın heç 1 faizi də yoxdur. 
Deməli,  xammalı kənardan alırsınız. 
Amma demirsiniz  ki, şirkət üçün lazım olan  bütün xammal Krasnodardan gətirilir. 
“Ayan” MMC orada kimlə və hansı şərtlərlə müqavilə bağlayıb ?
Vasitəçilik edən iş adamı  ermənidirmi ? 
Biz demirik  bunu, sadəcə, sizdən cavab gözləyirik. 
Mediada  yayılan məlumata görə, tumların qurudulması işi düzgün qaydada həyata keçirilmir. Daha doğrusu, tumlar nəm olaraq qablaşdırılır. Lazım olan temperaturda qurudulmur və ya daha yüksək temperaturda qurudularaq keyfiyyətsiz hala salınır. Buna görə də hava keçirməz qablara yığıldıqdan sonra kiflənir. Bu isə insanların zəhərlənməsinə yol açır. Qurudulmayan tumların istifadəsi isə daha ciddi təhlükəyə, yəni uşaqlarda və böyüklərdə bağırsaq çöplərinin yaranmasına səbəb olur ki, məhz bu virus digər xəstəliklərə yol açır. Bir neçə dəfə "Beloçka" tumlarından zəhərlənmə halları qeydə alınıb. 
Şirkət  tumlar vasitəsilə  hətta  “qumar”  oyunu da keçirir. 
Yəni "Ayan" MMC istehsal etdiyi "Beloçka" tumları vasitəsilə qanunsuz uduş kampaniyaları həyata keçirir. 
Bu  kampaniya da başdan ayağa maxinasiyadır. 
Yəni, şirkət  kampaniya adı altında istehlakçıları aldadır. Belə ki, alıcılar müvafiq balları toplayıb "Beloçka" tumlarını aldıqları dükanlara təqdim edirlər. MMC-nin satış şöbəsinin əməkdaşları isə yığılan balların qarşılığında dükan sahiblərinə hədiyyələri vermirlər. Onlar günü günə sataraq istehlakçıların hüquqlarını pozurlar. 
İndi isə keçək, MMC-nin istehsal etdiyi "Qızıl Quyu" limonadları  məsələsinə…
Bu limonadların  keyfiyyətində bir sıra problemlər var: "Qızıl Quyu" limonadlarının tərkibi keyfiyyətli deyil. "Yeyinti məhsulları haqqında" Qanuna görə, məhsulun tam tərkibi onun üzərində göstərilməlidir. Suyun saxlanma müddəti, buraxılma tarixi etiketdə yazılmalıdır. "Qızıl Quyu" limonadlarının istehsalı zamanı isə qanunun tələblərinə əməl olunmur. Bu limonadların hazırlandığı sexlərdə antisanitariya şəraiti baş alıb gedir və standartlara riayət edilmir". 
Yaxşı bütün bunlar ortada olduğu halda  Qida Təhlükəsizliyi Agentliyi hara baxır ? 
Bu barədə növbəti yazıda.


Oxşar xəbərlər

SON DƏQİQƏ! Azersun qiymətləri qaldırdı: NARAZILIQ BAŞLADI
Səfər Mehdiyev bahalaşmaya necə rəvac verir... - DGK-nin ləğvi yenidən gündəmdə...
Süni qiymət artımını yaradan əslində Tarif Şurasıdır - FAKT BUDUR!
İctimai nəqliyyatda süni qiymət artımı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Un bahalaşdı: Süni artım, yoxsa iqtisadi zərurət? - GƏLİŞMƏ
QİDA və MİDA vətəndaşları dövlətdən  narazı salır…-  Qoşqar və Fərhad Təhməz(li)ov  qardaşlarının əməlləri…
Məzən olsun, Veysəloğlu – 1 ədəd narın qiyməti 1m 35 qəpik
Millət vəkili: “Monopoliyanın qarşısı alınarsa, məhsullar 40 faiz ucuzlaşar” - VİDEO
Bakı metrosunda gediş haqları qaldırılacaq? - AÇIQLAMA
İnam Kərimov HARA BAXIR: "Ölkəni texniki sort Pakistan, İran kartofu bürüyüb" - Alverçilər "at oynadır"
Səfər Mehdiyevin gömrük sistemində gizli şəbəkə: möcüzəvi mayor olan Mahir və…
Səfər Mehdiyevin yeni “icadı”: Gömrükdə 1.91 müəmması
''Veysəloğlu”nun toz basmış  vitrinləri...- Şirkətin   sahibi  Aydın Talıbov  kimdir ?
Bakı metrosu bu tarixdən fəaliyyətə başlayacaq
Bakı Baş Gömrük İdarəsinin rəisi sahibkardan rüşvət istəyir? - Kənan Məmmədovla bağlı Prezidentə müraciət
“Bizi öldürsə, ancaq qiymət artımı öldürəcək” - Röya
Əhaliyə şad XƏBƏR - Bəzi məhsulların qiyməti ucuzlaşacaq
ABŞ Dövlət Departamentindən Ermənistana zərbə
Bayram günləri taksilərin qiyməti artdı?
SOCAR  ölkədə  yanacaq  monopoliyası  yaradır-ARAŞDIRMA
Dövlət xidmətindən süni qiymət artımı ilə bağlı məsələyə REAKSİYA
Musa Abbasovun Neftçilər xəstəxanası  can ala-ala gedir...- Qiymətlər isə kəllə-çarxa qalxıb
Təbii qazın da qiyməti qalxaqcaq? - Rəsmi açıqlama
“Veysəloğlu”nun sahibi  Aydın Talıbov vergidən yayınır ?- QURUMLAR NİYƏ SUSUR ?
“Taksi qalmaqalı”nın SÜRPRİZ NƏTİCƏSİ: - Şirkətlər qiyməti niyə qaldırır?
Ermənistan partlayışla üz-üzə: Əhalinin səbri tükəndi
“Gömrük elə işləsin ki, ölkəmizi xaricilərə rüşvətxor və talançı yer kimi təqdim etməsin”
Tovuzun icra başçısı hara baxır ki... - NARAZILIQ!
“Qiymət artımının arxasında süni inhisarçı şirkət kimi “Azərsun” Holdinq durur”
Nazirlikdən süni qiymət artıran sahibkarlara XƏBƏRDARLIQ