Adı  “ÖMÜR” olan  klinika  insanların  ÖMRÜNÜ  kəsir və ciblərinə girir - ŞOK FAKTLAR
22-11-2021, 16:16
491

Adı “ÖMÜR” olan klinika insanların ÖMRÜNÜ kəsir və ciblərinə girir - ŞOK FAKTLAR

Klinikanın direktoru  Tansu Məmmədzadə  Avropa Məhkəməsi qarşısında cavab verə bilər…  

20 min manat pul  alıb uşagı müalicə edə bilməyən “Ömür” klinikası…


Bəzi insanlarımız  daha çox sovet nostaljisi ilə yaşayır. 
Biz  nostalji ilə yaşamağın tərəfdarı deyilik, həm də müstəqil dövlətimiz hər mənada  bizim  üçün daha dəyərlidir. 
Amma  bir  məsələni də unutmamalıyıq ki, sovet dövründə  səhiyyə hamı üçün əlçatan idi. Yəni ölkənin ən kasıb adamı da pulsuz müalicə oluna, hətta ən mürəkkəb cərrahi əməliyyatı  keçirə bilərdi. 
Sözün qısası hamı üçün  səhiyyə xidməti ƏLÇATAN idi..
Bəs bu gün..?
Bu gün kim  7-8 minlik  bahalı ürək əməliyyatına girə bilər ? 
Bu mövzu dəfələrlə hətta Milli Məclisdə müzakirə olunub. 
Yaxud təhsil sahəsinə nəzər salaq. 
Sovet dövründə  təhsil pulsuz idi. 
Bəs bu gün kim illik  təhsil haqqı 4-5 min manat olan ali məktəbdə təhsil ala  bilər ?
Təkcə statistik  məlumata görə, ildə yüzlərlə gəncimiz  təhsil haqqını ödəyə bilmədiyi üçün  ali məktəbdən uzaqlaşdırılır. 
Hətta bu yaxınlarda Pedoqoji Universitetin tələbəsi olan şəhid bacısı  təhsil haqqını verə bilmədiyi barədə ölkə başçısına müraciət etmişdi. 
Bütün bunları yazmaqda məqsədimiz   sovet dövrünü vəsf etmək deyil, sadəcə real vəziyyəti göstərməkdir. 
Hətta hər gün oxuyuruq ki, koronavirus xəstələri bahalı dərmanları almağa pul tapmırlar. 
Bütün bunları nəzərə alan  möhtərəm Prezidentimiz ölkədə İcbari Tibbi Sığorta ilə bağlı sərəncam verib. Məqsəd odur ki,  tibbi xidmət hamı üçün alçatan olsun. 
Təəssüf ki, Səhiyyə nazirliyinin və  TƏBİB-in rəhbərliyi bu təşəbbüsü əməli fəaliyyətdə doğrultmur. 
Söhbət təkcə dövlət tibb müəssisələrindən getmir. 
Təəssüf ki, bu nəcib təşəbbüsü  özəl klinikaların çoxu başa düşmür, ya da başa düşmək istəmir. 
Məlumat üçün qeyd edək ki, Azərbaycanda “Özəl tibb fəaliyyəti haqqında”  qanun 1999-cu ildə qəbul olunub. Və həmin ildən ölkəmizdə özəl klinikalar fəaliyyətə başlayıb. 
Belə klinikalardan biri də “Ömür” klinikasıdır. 
Bizdə özəl deyən kimi hamı düşünür ki, özümün şəxsi klinikamdır, nə istəsəm edə bilərəm. Əslində belə deyil. 
Məlumat üçün  qeyd edək ki,  “Ömür” klinikasının direktoru, həkim-ginekoloq Tansu Məmmədzadədir. O, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvüdür. Gənc həkim-ginekoloq Almaniyada təhsil aldıqdan sonra ölkəmizdə  klinikanın direktor vəzifəsinə yüksəlib. 
Xanım direktora problemin nə dərəcədə aktual olduğunu  aydın etmək üçün bircə faktı onun nəzərinə çatdıraq. 
Özəl səhiyyə  xidməti ilə bağlı  Avropa Məhkəməsinin qərarına  nəzər salaq:
“İnsan haqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 2-ci maddəsi üzrə pozitiv öhdəliklər  DÖVLƏTDƏN TƏLƏB EDİR ki, xəstəxanaları pasiyentlərin həyatını qorumaq üçün zəruri tədbirlər görməyə MƏCBUR EDƏN hüquqi aktlar qəbul etsin. DÖVLƏTİN  BORCUDUR ki, xəstəxanalarda baş verən ölüm hallarının səbəbini və tibb işçilərinin məsuliyyətini müəyyən etməkdən ötrü səmərəli məhkəmə sistemi təşkil etsin”. 
Başa düşdünüzmü, cənab Tansu Məmmədzadə ?
Özünüz də Avropada təhsil almısınız. 
Xanım doktor, Azərbaycan  Avropa Şurasının üzvü kimi Avropa Məhkəməsinin qərarlarını icra etməlidr. 
Bunu bilirdinizmi ? 
Digər  bir  ciddi məsələyə  diqqəti yönəldək.  
Bu klinikanın sahibi  hansı məmurdur ? 
Əlbəttə, klinikanın real sahibi Tansu Məmmədzadə deyil. Çünki gənc xanımda bu qədər pul haradandır ki, klinika üçün ən bahalı avadanlıqları alsın, bina götürsün və digər xərcləri ödəsin. Əlbəttə, klinika hansısa məmura məxsusdur. 
Bu məsələni də buraxaq müvafiq orqanların öhdəsinə. 
“Ömür” klinikasında qiymətlərin hətta Avropa ölkələrindən bahalı olması və digər problemlər barədə çox yazılıb. 
Hətta pasiyentlərə ödədikləri yüksək xidmət haqqına görə çeklərin verilməməsi də ciddi problemdir. 
Görəsən, Vergilər Dövlət Xidməti hara baxır ? 
Klinikada “qara mühasibatlığın”  olması da heç kimə sirr deyil. 
Bəs  bu çox bahalı qiymətə uyğun tibbi xidmət niyə göstərilmir ? 
Bu klinikada xidmət ən aşağı səviyyədədir. 
Adı “Ömür” olan klinika  təkcə xəstələrin cibini deyil, həm də ömrünü kəsir. 
Bəli, hansısa rüşvətxor məmur, yaxud nazir  xaricdən bahalı avadanlıqlar alıb klinikaya yerləşdirib. Amma...
Amması odur ki, həkimlər savadsızdır, burada həyata keçirilən müayinələrin dürüstlüyü, müalicə prosedurlarının isə effektivliyi böyük şübhələr doğurur. 
Bəli, “Ömür” klinikasında çalışan həkimlər peşəkar, təcrübəli deyillər. Bu klinikada qoyulan diaqnozlara hamı gülür, əslində ağlamalıdır. 
Şübhəniz varsa, buyurun FAKTLA tanış olun. 
Deməli, vətəndaş bir şirkətə işə düzələndə ondan sağlamlıq haqda arayış istəyiblər. O da  “Ömür” klinikasında müayinədən keçib və ona təhlükəli  “Hepatit C”  aşkarlanması barədə arayış verilib. 
Təsəvvür edirsiniz xəstə və ailə üzvləri hansı hala düşüb ? Daha sonra vətəndaş  Sumqayıtda Gigiyena və Epidemiologiya Mərkəzinin Bakterioloji Laboratoriyasında təkrar analiz verib. Məlum olub ki, onda belə bir  virus yoxdur. 
Bir daha əmin olmaqdan ötrü  vətəndaş  “Sağlam Ailə”də də yoxlanıb. Yenə də ona bu virusun daşıyıcısı olmaması haqda arayış verilib. 
Və vətəndaş  məhkəməyə üz tutub. Bu məhkəmə çəkişməsi il yarıma qədər davam edib. 
İndi vətəndaşın bu il yarım ərzində çəkdiklərini, mənəvi zərbəni, maddi itkilərini təsəvvür edin. 
Buna nə deyirsiniz, xanım Tansu Məmmədzadə ? 
Bəlkə, başqa bir  rüsvayçı hala nəzər salaq ? 
Şikayətçinin sözlərinə görə, 8 aylıq hamilə olan qızı bir neçə aydır yaşadığı ərazi üzrə dövlət klinikasında qeydiyyatdadır. Hər ay yoxlamadan keçib və hamiləliyin gedişində heç bir fəsad aşkarlanmayıb. Çox gözəl. 
Ancaq qızı qohumla nikahda olduğunu görən ana  qızını müasir avadanlığı olan klinikalardan birində də müayinədən keçirmək qərarına gəlib və…
Yazıq  ana  “hər gün özünü  reklam edən “Ömür” klinikasına gəlib. 
“Ödənişlə bağlı heç bir çek vermədilər. Klinikada dopler müayinəsi etdilər. Və guya 8 aylıq dölün beynində şişlər var, beyin mayesi normal deyil”. 
Tibb  elmində belə uşaqlar şikəst doğulur və doğuş məsələhət deyil.
İndi gənc ailənin durumunu təsəvvür edin. 
Və  digər iki  müxtəlif  müayinələr göstərib ki, döl normaldır və heç bir problem yoxdur. 
Vətəndaş  bu rüsvayçılıqla  bağlı “Ömür” klinikasına müraciət edəndə ona nə cavab versələr yaxşıdır?
Gedin hara istəyirsiniz şikayət edin, bizim Milli Məclisdə də, Səhiyyə Nazirliyində də adamımız var. 
Bax, budur sənin klinikan cənab baş həkim Tansu Məmmədzadə.
İndi isə keçək  rəngi qurumamış fakta. 
Cənab Tansu Məmmədzadə !
Bir həftədir ki, ölkə mediasında rəhbəri olduğunuz klinika ilə bağlı video yayılır. 
Vətəndaş bildirir ki, klinikanın rəhbərliyi məndən uşağımı müalicə etmək üçün 20 min manat pul alıb və sonda müalicə edə bilməyib, bayıra atıb. 
Videoda vətəndaş klinikanın içərisindən canlı olaraq  qeyd edir ki, məni klinikanın rəhbərliyi qəbul etmir. Hətta Hüseyn həkim də xəstəyə deyir ki, get kimə istəyirsən şikayət elə..
Xanım Tansu Məmmədzadə !
Yazının girişində  Avropa Məhkəməsindən əbəs yerə sitat gətirmədik. 
Belə davam edərsə, bir gün sizin klinikanın qeyri-insani fəaliyyətinə, Avropa məhkəməsində baxılacaq.
Xanım Tansu Məmmədzadə, adı  “Ömür” olan klinikanız  insanların ömrünü kəsməklə
məşğuldur.

Oxşar xəbərlər

“ÖMÜR” Klinikasına 20 minlik ittiham : Tansu Məmmədzadə susur – VİDEO
“Ömür” klinikasında  nələr baş verir ?- Niyə susursunuz, xanım  Tansu Məmmədzadə ?
Emin Əmrullayev TƏHSİLİMİZİ hara aparır ?- Nazir Emin Əmrullayev təhsil haqları barədə niyə  danışmır ?
Ömür Klinikasında daha bir şikayətçi özünü yandırmağa cəhd edib - VİDEOFAKT
Partiya sədri Təhsil nazirinə səsləndi: Bizdəki təhsil haqqı daha çox təhsil həvəsinə qoyulan cərimədir
Azərbaycanda bu tələbələrə 250 manat təqaüd verilə bilər - AÇIQLAMA
BNA-qafalı Təhsil naziri: Emin Əmrullayevdən skandal açıqlama
DİQQƏT! Bu xəstəliyi olanlar pulsuz müalicə oluna bilər - SİYAHI
Şənbə günləri də tədris həyata keçirilə bilər - RƏSMİ
40 min dollara(!) özəl orta təhsil - Azərbaycandakı məktəblərdə kimlərin övladları təhsil alır?
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
Ürək əməliyyatı keçirənlər vaksin vurdura bilərmi? - Professordan cavab
Ömürlük xəstələr qalıb Səhiyyə Nazirliyinin, TƏBİB-in və Zaur Əliyevin əlində- Ramin Bayramlıdan nümunə götür, Zaur Əliyev
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Peşə təhsilimiz  bərbad gündədir- Təhsil Nazirliyi hara baxır ?
Koronavirusa yoluxma qorxusu əhalinin psixi sağlamlığında…
Bu tələbələrin təhsil haqqı üçün 14 milyon manat ödəniləcək - RƏSMİ
Türkiyədə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR
Məktəblər hansı halda yenidən bağlana bilər? - AÇIQLAMA
“Bakı Atatürk Liseyi”ndə narazılıq – Növbəti tədris ili üçün təhsil haqqı indidən tələb olunur
Məktəblər yenidən bağlana bilər? - AÇIQLAMA
Tələbə-qiymət kitabçası üçün  20 manat pul  yığan Humanitar kollec direktoru -Kollec, yoxsa, Vaqif  Əmiraslanovun  işədüzəltmə bürosu
Bakıda çalışan müəllimlərin orta aylıq maaşı açıqlandı
Əli İnsanovun dövründə SARA-lan və Oqtay Şirəliyevin dövründə NİGAR-an qalan Səhiyyəmiz...
Nazir: "Təhsil haqqı üçün hər tələbəyə güzəşt edilməsi mümkün deyil"
Qanvermə hansı xəstəliklərə müsbət təsir edir?– Qan verməyin şərtləri,əks-göstərişi
Azərbaycanda yenidən distant təhsilə keçilir - Bu tarixdən
Sovet İttifaqı Azərbaycanın haqqını necə yeyirdi? – STATİSTİKA
“Elnur aptek”lərin sahibini kim həbsxanadan buraxdırdı ?  Elnur İsgəndərov bu gün də öz çirkin əməllərini davam etdirir
“Repetitorluq məktəb mühitini dağıdır” - ETİRAZ