“Aqrovest”  MMC  nə qədər vergidən yayınır ?-  Direktor Anar  Şərifov rəsmi 500, əslində 15000  manat maaş alır ?
22-11-2021, 15:54
563

“Aqrovest” MMC nə qədər vergidən yayınır ?- Direktor Anar Şərifov rəsmi 500, əslində 15000 manat maaş alır ?

 Şirkət  şikayətçilərə  hədə-qorxu gəlir…

"Aqrovest" MMC  ilə bağlı  məlumatları oxuyanda sözün düzü məəttəl qaldıq. Bu barədə bir az sonra...
Qısaca  onu qeyd edək ki, şirkət  Azərbaycan fındığını  Hollandiya, Belçika, Lüksemburq, Rusiya və başqa ölkələrə  ixrac edir. 
Yəni  şirkət  ərzaq sənayesi üzrə təbii və emal olunmuş fındığın istehsalında ixtisaslaşaraq emaldan qablaşdırma və daşınmaya qədər olan bütün xidmətləri həyata keçirir. 
Şirkətin özünə məxsus   yüz  hektarlarla  fındıq bağı var, 49 il müddətinə icarəyə götürülmüş 1000 hektar torpaq  sahəsi,  800-dən artıq işçisi var,  100  hektarlarla yeni fındıq bağları salıb. 
Üstəlik, meyvə bağları var və meyvələr əsasən ixrac olunur, lakin onların bir hissəsi daxili bazarda da satılır.
Şirkətin  Zaqatala rayonunda  böyük strukturu fəaliyyət göstərir, tamamilə avtomatlaşdırılmış dünya səviyyəli fındıq emalı zavodu, soyuducu anbarları, laboratoriyası, qonaq evi,  Qusar rayonunda da fındıq bağları, anbarları var, bir sözlə geniş bir şəbəkə. 
Məlumat üçün onu da qeyd edək ki, şirkət  gündəlik tələbat  məhsullarını ölkəmizə idxalı ilə də məşğul olur. 
İndi isə keçək əsas mətləbə. 
Deməlİ, müstəqil Azərbaycan dövləti şirkətin sahibləri üçün  münbit şərait yaradıb ki, özləri də qazansınlar, həm də  dövlətə vergi ödəsinlər, yeni iş yerləri açsınlar və s...
İndi görək, şirkətin rəhbərliyi  nə ilə məşğul olur ?
Şirkətin aqrovest.az   saytında  baş direktor  Anar Şərifovla bağlı uzun-uzadı bəy tərifinə rast gəldik. 
Guya Anar Şərifov  demokratik dəyərlərə, insan haqlarına bağlıdır, nə bilim dövlətə və dövlətçiliyə sadiqdir-filan...
Bu yerdə rəhmətlik Ulu Öndərin müşavirədə bir məmura dedikləri yada düşdü: “ Ay kişi, işindən danış...”
Anar Şərifova deyən lazımdır ki, ay kişi, fındıqdan danış, vergidən yayınmaqdan danış,  işçiləri 12 saat işlədib pul verməməkdən danış və s...sənin demokratiyaya, dövlətçiliyə nə dəxlin var..? 
Fındıqdan danış ee, fındıqdan neçə milyon qazanırsan..?
Dövlətin büdcəsinə nə qədər ödəyirsən ? 
Bəli, əsas məsələlər qalıb qıraqda, bu da siyasətdən danışır. 
İndi görək, şirkətin işçisi nə deyir ?
Şirkətin işçisi deyir ki, şirkətdə çalışdığım müddətdə əmək hüquqlarım pozulub.
Şikayətçi bütün qurumlara müraciət  etsə də nəticə olmayıb. 
Şirkətin keçmiş əməkdaşı deyir ki, bizə kağız üstündə, yəni rəsmi olaraq  300 manat maaş verilsə də, əslində 1500 manatdan çox pul alırdım. 
Hə, cənab  Anar Şərifov, bundan danış ee...yoxsa demokratiya-zad...
Deməli, cənab Anar Şərifov, hər işçinin 1200 manatını vergidən gizləyib. 
Görün bu adam bu illər ərzində Azərbaycanın dövlət büdcəsinə neçə milyon ziyan vurub. 
Şikayətçi  deyir ki, şirkətin direktoru  rəsmi sənədlərdə 500 manat maaş alır, əslində isə onun maaşı 15 000 manatdır. Bərəkallah. 
Görəsən bu illər ərzində ölkənin müvafiq dövlət qurumları, İqtisadiyyat və Vergilər nazirliyi hara baxıb ? 
Şikayətçi  onu da xüsusi olaraq  qeyd edir ki, şirkətin  mal dövriyyəsi  real  miqdarından ən azı 20 dəfə az göstərilir.  
Deməli,  şirkət işçilərin  hüquqlarını pozaraq işçiləri  12 saat işləməyə məcbur edir, əmək haqları haqsız kəsilir, vaxtında verilmir, ölkənin Əmək Məcəlləsi pozulur. 
Bütün bunlar azmış kimi şirkətdə əmək müqaviləsi çox vaxt olmur. 
Hələ bu harasıdır ? 
Şirkətdən şikayətçi olanlara hədə-qorxu gəlinir, hətta “Bandotdel”lə  şikayət olunur. 
Şirkət rəhbərliyi deyir ki, bizə  kimsə heç nə edə bilməz…
Həə, cənab Anar  Şərifov, şirkətin saytında ümumibəşər  dəyərlərdən danışırsan…fındıqdan danış e…


Oxşar xəbərlər

Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
İnam Kərimovun daha bir fırıldağı İFŞA OLUNDU - FAKTLAR...
Baş nazirin birinci müavini 16 milyon manatlıq fındıq bağları alıb – SƏNƏDLƏR
İnam Kərimovun batırdığı daha bir sahə... - Belə davam edərsə...
İqtisadçı ilə nazirlik rəsmisini qarşı-qarşıya gətirən fındıq bağının sahibi kimdir? – MARAQLI TƏFƏRRÜAT
Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - Qalmaqal
Hüseynqulu Bağırov əmlaklarını satışa çıxardı - SİYAHI
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
Azərbaycanın xaricə satdığı ən populyar ərzaq məhsulları - SİYAHI
Keçmiş deputatdan inanılmaz fırıldaq: 20 milyon dollar necə “qazanıldı?” - Video
Musa Pənahovun Qubada gilas bağı – Torpaqlar neçə ələ keçirilir?
Azərbaycanda 35 milyon manatlıq şirkət yaradıldı
"Baku Electronics"in  soyuducuları   soyutmaq əvəzinə  qızdırır...-    Avadanlıqların  səsindən evdə oturmaq olmur...
Xocavənddə 15 min hektar əkin sahəsi Azərbaycanın nəzarətinə keçib
“Marathon Petroleum” 9,9 milyard dollarlıq kəskin zərərlə üzləşib
Zavoddan fındıq oğurlamaq istəyənlər saxlanıldı - Foto
İcra başçısının sərvəti və satdığı mülklər - SİYAHI
Mikayıl İsmayılov haqda ŞOK İDDİALAR... - Bu faktlar yetərlidir ki...
“Veysəloğlu” və “Oba” vergidən necə yayınır... – 72 saatlıq qul əməyinə etiraz
Qarabağı talayan xarici şirkətlər - ADLAR
“Olympus Park” nazirliyin və rəsmi qurumların qadağasını saymadı - Bakıda tikinti şirkətinin qarşısında gərginlik
Müdafiə Sənayesi Nazirliyində yeni TƏYİNATLAR
Fəda Abbasovun milyonçu baş anbardarı – “Azəraqrar” direktoru Vaqif İsmayılovdan məsləhət alır?
“ASAN Xidmət”in “İnnovasiyalar Mərkəzi”nin rəhbərliyinə TƏYİNAT
Səfər Mehdiyevin "As İnşaat-N" sevgisi Və ya onu nə bu şirkətlə işləməyə vadar edir?
Elxan Usubov əmlaklarının siyahısını saymaqla bitirmək olmur... - İLGİNC FAKT
“Azərsun” sabotajla məşğuldur? - Qiymətlər hər gün bir az da artır...
“Fındıq sexlərinin yaxınlığında yaşamaq həyatımızı dözülməz edib” - GİLEY
“Xaliq Faiqoğlu” cəbhəyə göndərdiyi sürücülərin pulunu vermir
“Sobsan Boya”  və  Səhiyyə naziri   Oqtay  Şirəliyevin şərikli biznesi-“Sobsan Boya” fabrikində ÖZBAŞINALIQ