Nazir İnam Kərimov aqrar sahədəki  kadr korpusunu məhv elədi- İNAM KƏRİMOVUN “KARYERASI “
22-11-2021, 20:15
1 552

Nazir İnam Kərimov aqrar sahədəki kadr korpusunu məhv elədi- İNAM KƏRİMOVUN “KARYERASI “

İnam Kərimov buğda ilə arpanın fərqini bilmir…

Gənc nazir rəqəmləri niyə şişirdir, niyə “pripiska” ilə məşğul olur ? 


İnam Kərimov “gənc nəsil kadrlar”  dalğasında  vəzifəyə gələnlərin ilk nümayəndələrindən biridir. 
Sözün qısası, uzun müddət cəmiyyətimiz düşünürdü ki, köhnə, yaşlı kadrlar  getsə və əvəzində yeni, gənc, Avropada təhsil almış kadrlar vəzifəyə gəlsə, problemlər həllini tapacaq. 
Və  cəmiyyətdən gələn bu sifariş  həyata keçirildi. 
Az vaxtda xeyli sayda  gənc kadrlar nazir, komitə sədri, icra başçısı təyin olundu. 
Və bu dalğada İnam Kərimov kənd təsərrüfatı naziri oldu. 
Bu adam düşünmədi ki, ölkənin ən geniş  sahəsi olan aqrar sahədən  zərrəcə xəbərim yoxdur, bu etimadı doğrulda bilərəmmi, ya, yox, rəhbərlik etdiyim sahəni məhvə apararam-filan...
Yox, İnam müəllim bu barədə düşünmədi. Onun əsas məqsədi gənc yaşında  nazir kreslosuna əyləşmək və “forstlanmaq” idi. İnanın ki, belə idi...
Bəzi məmur uşaqları  nazirliyə işə düzəlir ki, belimdə tapança olsun...bax, İnam müəllim də belə gənclərdən idi. 
Elə bilirsiniz ki, onun aqrar sahəni inkişaf etdirmək üçün ciddi planı-proqramı-zadı var idi..?
Onun ilk planı rayonda  quzu ilə şəkil çəkdirmək oldu. 
Guya quzunu qucağa almaq nəsə böyük hünərdir. 
Bəli, quzudan sonra İnam Kərimov daha ciddi işlərə girişdi. 
Vaxtilə onunla birlikdə ASAN Xidmətdə çalışan tarix, ədəbiyyat  müəllimlərini, filoloq, regionşünas təhsili almış dostlarını  Kənd Təsərrüfatı Nazirliyinə doldurmağa başladı. 
Və beləliklə on illər boyu Azərbaycanda yetişmiş kadr korpusunu məhv elədi. 
Yeri gəlmişkən, bir məsələyə diqqəti cəlb edək. 
Hər bir ölkə xeyli sayda məhsulu xaricdən idxal edir, özü də  xarici ölkələrə  məhsullarını ixrac edir. 
Bu məhsullar içərisində  taxıl məhsulları, buğda xüsusilə önəmlidir. Çünki böyük şairimiz Səməd Vurğun demişkən, “ Taxıl-çörək  bol olarsa, basılmaz vətən”. 
Yaxud L.İ.Brejenev demişkən, “Çörək olarsa, mahnı da olacaq “.
Sözün qısası, taxıl-çörək digər məhsullardan fərqli olaraq dövlətin əsas məhsuludur. 
Bizim  bir dövlət olaraq illik tələbatımız 1.8 milyon tondur. Ki, onun da 1.2 milyon tonunu Rusiyadan, Qazaxstandan alırıq, yəni idxal edirik. Qalır, 0.6 milyon ton. 
Nazir İnam Kərimovun  təqdim etdiyi rəqəmlər isə saxtalaşdırmadan başqa bir şey deyil. Bu adam buğda ilə arpanı, arpa ilə çovdarı səhv salır. Əslində rəqəmləri bilərəkdən şişirdir. 
Gənc nazir təkcə istehsal olunan məhsulun həcmini deyil, əkin sahələrini də bilərəkdən şişirdir. Çünki dövlət hər əkilən hektara görə, subsidiya, yanacaq, gübrə və s ayırır. Bütün bunlar hamısı mənimsənilən milyonlar deməkdir. 
Məlumdur ki, taxıl subsidiyasını əldə etmək üçün hökumətə yaxın fermerlər “pripiska” aparır. Yəni əkmədikləri əraziləri taxıl zəmiləri kimi qeydiyyatdan keçirirlər. Məsələn, 100-150 hektar, bəlkə də 100 hektar ərazilər var ki, boşdur, rəqəmlərdə guya orada  taxıl əkilib, taxıl biçilib. 
Əgər sabah  dünyada ərzaq  qıtlığı yaranarsa, İnam Kərimov bu millətə nə cavab verəcək ? 
İnam Kərimovun əsas  işi dövlətin ayırdığı milyonları  tender yolu ilə dostlarına məxsus şirkətlərə ötürməkdir. 
Bir sözlə, dövlətin pullarını İnam Kərimov dostları ilə  bölüşdürür. 
Bircə faktı qeyd edək ki, İnam Kərimovun tabeçiliyində olan və  dostunun rəhbər olduğu  “Aqrar Tədarük və Təchizat” ASC uşaq bağçalarına kilosu 50 qəpiyə olan xiyarı kiloqramı 4 manatdan satıb. 
Xiyarı  4 manata, özü də  körpə uşaqlara…
Həmin ASC  150  min manatlıq  printer katrici alıb. 
Bir soruşan yoxdur ki, ay İnam müəllim, mətbəə açmısan?
Bir sözlə, İnam Kərimov Prezidentin etimadını doğrultmadı. Qalanı bizlik deyil…

P.S İnam Kərimovu əmisi Samir Kərimovun dostu müxalifətçi, xaricdə mühacir həyatı yaşayan Elbəyi Həsənli ilə nə birləşdirir.

Oxşar xəbərlər

3 ili tamam olan nazir İnam Kərimov bu müddətdə aqrar sahədə heç bir ciddi addım ata bilmədi- İnam Kərimovun ailəsinə Əli İnsanovun maddi-mənəvi dəstəyi çox olub...
Nazir  İnam Kərimova daha İNAM qalmayıb...
Cənab İnam Kərimov, sən nazir  qoyansan ?-  Çindən alınan 1.5 milyon tut  tinginin sonu nə oldu ?
Kənd təsərrüfatı sənin üçün ASAN XİDMƏT deyil, İnam Kərimov…- İnam Kərimov nazirliyi ASAN XİDMƏT-in filialına çevirib
KTN bu gün başdan-başa korrupsiyalaşıb... - İnam Kərimov büdcə pullarını DAĞIDIR
İnam Kərimov ANCAQ NARAZILIQ YARADIR... - İTTİHAM
Nazir İnam Kərimovun “qurbanlıq biznesi”- Müqəddəs Qurban bayramında 6 qəpiyindən keçməyən NAZİR
İnam Kərimovun Ziya Məmmədovun kadrı ilə bağlı PLANI... - İLGİNC FAKT
İnam Kərimov Göyçayda videokonfrans keçirdi
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
Sarbonna təhsilli İnam Kərimovun nazirliyində korrupsiyada “məhsuldarlıq” - Yarımadıq...
Azərbaycanda qarğıdalı sahələrinin dərmanlanmasında dronlar işə salındı
İnam Kərimov Fermerlər Şurasını topladı
“Aqrolizinq” adını dəyişib “Aqroservis”  oldu, NƏ DƏYİŞDİ ?- Qurumun  rəhbərləri  100 milyonlarla  dövlət vəsaitini mənimsəyiblər...
İnam Kərimovun qardaşı vəzifəsindən azad edildi - vəzifədən ayrılması xəbəri gizli qalsa da...
Aqrar sahəyə ayrılan milyonları İrşad Əliyev, İsmət Abbasov və Heydər Əsədov mənimsəyib-  İnam Kərimov bilmir ki, qarnı balalı  damazlıq inəkləri kəsim sexlərinə göndərirlər...
"Kənd təsərrüfatında gənc kadrlar yetişməlidir" - deputat
KTN-də Heydər Əsədov ab-havası... - İTTİHAM
İnam Kərimovun MÜBHƏM "ESTET" SEVGİSİ... - Milyonlar belə yeyilir...
İnam Kərimov necə BAHALAŞMA YARADIR... - AÇIQLAMA
İnam müəllim də elə əvvəlkilər kimi YEYİR... - Bu fakt hər şeyi ortaya qoyur...
Türkiyəli nazir Zəngilanda ağac əkdi - FOTO
Zəngilanın Ağalı kəndlərində 200 ev tikiləcək
İnam Kərimovun daha bir fırıldağı İFŞA OLUNDU - FAKTLAR...
“Əlli yaşında təhsil alan icra başçısı nə bilir xalq nədir...”
“Əlindən heç bir iş gəlməyən qartımış köhnə kadrlar...” – Rəsul Quliyev
İnam Kərimov etimadı doğrulda bilmədi... - FAKT BUDUR...
“Kənddən şəhərə” qış yarmarkası bu ünvanlarda fəaliyyətə başlayıb
Nazir və səfir Bakıda yarmarkada - FOTO
İnam Kərimovun Zamin Məmmədov adlı PROBLEMİ... - İTTİHAM