Neftçilər Xəstəxanasında xəstələr boğulur, havalandırma sistemi yoxdur..- Baş direktor  Musa Abbasov  pul yığıb, can almaqla məşğuldur…
24-11-2021, 02:05
418

Neftçilər Xəstəxanasında xəstələr boğulur, havalandırma sistemi yoxdur..- Baş direktor Musa Abbasov pul yığıb, can almaqla məşğuldur…

Xəstəxanadakı  yataq dəstləri köhnə, nimdaş və çirklidir…




Mərkəzi Neftçilər Xəstəxanasının  saytında ( mnx.az ) oxuyuruq:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası əvvəlcə Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası kimi adlanırdı və 1956-cı ildə yaradılıb. Çox tezliklə, bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrildi. Bir neçə il sonra xəstəxananın yeni korpusları tikildi, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqlarla təmin edildi. Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. 
Bax, burada Kərəmi ağlamaq tutur. 
Necə yəni  Avropanın istənilən müasir klinikası ilə rəqabət-filan…
Adama deyərlər avazın yaxşı gəlir, amma…
Əmması odur ki, bu xəstəxanada həmişə “bespredel” olub. 
Belə ki, 2-3 ildən bir, bəzən 1 ildə 2 dəfə bu xəstəxananın baş həkimi, direktoru dəyişir. 
Belə olan halda  bu xəstəxana hansı nüfuzdan, reytinqdən, Allah qoymasa, Avropa standartından danışa bilər…
Nazirin qulağına kimsə nəsə deyir, bir həftədən sonra Qubadan birini gətirib  qoyurlar  Mərkəzi Neftçilər Xəstəxanasına baş həkim və  3 aydan sonra çıxardırlar, başqa  baş həkim tapırlar…
Bu əsl rüsvayçılıqdır. Hətta deputatlardan biri ironiya ilə deyib ki, Neft şirkətindən, neftçilərdən birini gətirib qoysunlar baş həkim, bəlkə xəstəxana düzələ…
Bir sözlə,  xəstəxananın saytında  bər-bəzəkli reklama baxmayaraq Mərkəzi Neftçilər Xəstəxanasında hər şey bərbad vəziyyətdədir. 
TƏBİB-in rəhbəri  Ramin Bayramlı istefaya getməzdən öncə, dostu Musa Abbasovu  xəstəxanaya baş direktor, onun dostu Hüseyn Şahmalıyevi isə müavin təyin etdi. 
Amma  bu təyinatlardan keçən 1 ildən artıq vaxtda heç nə dəyişmədi. Əslində dəyişdi, pisliyə doğru. 
Bəli, bu xəstəxanada neftçilərdən çox başqa şəxslərə xidmət  edirlər. Amma  tibbi xidmət səviyyəsi də çox aşağıdır. 
Biz media olaraq  bu xəstəxanada baş verən  qanunsuzluqlardan, qiymətlərin kəllə-çarxa qalxmasından, ölüm hallarının çox olmasından  dəfələrlə yazmışıq. 
Hətta  xəstəxananın vergidən külli miqdarda yayınmasından da bəhs etmişik. 
Belə ki, xəstəxanada kağız  üstə maaş-əmək haqqı 600 manatdırsa, realda 4-5 mindir, yəni xəstəxanada həmişə qara mühasibatlıq olub. Əməliyyatların qiymətləri də kağız üstə bir cür, realda tam fərqlidir.
Yəni külli miqdarda  vergidən yayınma  var. 
Bəs  dövlət  qurumları  niyə tədbir görmür ?
Bu sualın cavabını biz də bilmirik. 
Bu xəstəxanada  tibbi xidmətlərin haqqı  ildə ən azı  2-3 dəfə artırılır. 
Təsəvvür edirsiniz, xəstənin qəbulu zamanı 1800 AZN depozit qoyulmalıdır. Adama deyərlər ki, nə qulluq elədin ki, çatan kimi 1800 manat  alırsan…
Hətta  sosial şəbəkələrdə  xəstə sahibləri yazır ki, doğmalarınızı bu xəstəxanaya etibar etməyin…
Mediada  tez-tez belə başlıqlara rast gəlirik: “ Neftçilər xəstəxanası yenə can aldı”. 
Bəlkə, jurnalist həmkarımızın başına bu xəstəxanada açılan oyunları yada salaq..?
Neftçilər xəstəxanasının  baş direktoru Musa Abbasov və onun komandası üçün xəstənin canı cəhənnəmlikdir. 
Burada Covid xəstələrinə qarşı  baxımsızlıq, səhlənkarlıq var. Antibiotiklərdən  boş yerə o qədər vururlar ki, hətta sağlam adamın qara ciyəri, böyrəyi sıradan çıxır. Baş direktor Musa ancaq pul qazanmaqla məşğul olur…
Bunu təkcə jurnalist həmkarımız demir. 
Gundəlik-Bakıya  bu gün daxil olan məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanasında  elementar havalandırma sistemi yoxdur,  xəstələr boğulur. 
Bu vəziyyətdə  xəstə  100 faiz ölümə məhkumdur. 
Məlumatdan o da bəlli olur ki, Mərkəzi Neftçilər Xəstəxanasında  oksigen balonları da yoxdur. 
Bəs belə olan halda  bu xəstəxana  covid  xəstələrinə necə  tibbi xidmət göstərə bilər, ay Musa ? 
Bütün bunlar azmış kimi, məlumatlı mənbə qeyd edir ki, xəstələrin yatdığı  yataq dəstləri bəlkə də 10 ildir təzələnmir, hamısı çirk içində, köhnə, nimdaş döşəklər, mələfələr, odeyallar, adam iyrənir.  
Burada xəstəni müalicə etmək deyil, ancaq şikəst etmək olar. 
Ancaq  pul məsələsinə gələndə, xəstələrdən böyük məbləğdə pul alırlar, heç çek də vermirlər. 
Xəstələrə  verilən yemək və qidanın keyfiyyətindən isə heç danışmağa dəyməz. 
Həkim kontingenti isə sanki cəllada bənzəyirlər. 
Sözün qısası, təzə baş direktor Musa Abbasov  sanki əzrayıl kimi  xəstəxananın qapısını kəsdirib, növbəti qurbanı gözləyir…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Növbəti sayımızda yumşaq mebellər və gəlir hara gedir yazısı dərc olunacaq.


Oxşar xəbərlər

Neftçilər xəstəxanasında  Yüzbaşı, Minbaşı.. -Neftçilər(in) xəstəxanasında neftçilərdən çox başqa xəstələr var
Neftçilər Xəstəxanasının qəbul etdiyi koronavirus xəstələrinin sayı AÇIQLANDI
Musa Abbasovun Neftçilər xəstəxanası  can ala-ala gedir...- Qiymətlər isə kəllə-çarxa qalxıb
Bu klinikalar İcbari tibbi sığorta ilə bağlı xidmət göstərir - SİYAHI
Bu xəstəxanalarda da pulsuz tibbi xidmət ala bilərsiniz - Siyahı
"Yeni Klinika"ya o rəhbər gətirilir - İDDİA
Bu xəstəxanalar Bakı Baş Səhiyyə Mərkəzinə birləşdirildi - SİYAHI
Azərbaycanda bu tibb müəssisələri birləşdirilir - SİYAHI
Azərbaycanda bu xəstəxana odunla qızdırılır?
Nöqsan aşkarlanan xəstəxanaların adları məlum olub - SİYAHI
Sumqayıt Tibb Mərkəzi yaradılıb
20 sentyabr “Neftçilər günü”dür - VİDEO
Qax Rayon Mərkəzi Xəstəxanası xəstəlik yuvasına çevrilib? - VİDEO
Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni direktor təyin olunub - Foto
“Azərbaycanda koronavirusdan ölüm faizi çox aşağıdır” - Həkim
Dializ xəstələrindən baş həkimə qarşı SƏRT İTTİHAM: - “Bu, bizim üçün ölümə bərabərdir”
Daha bir xəstəxana yenidən koronaviruslu xəstələr üçün ayrıldı
Aşura günü qan veriləcək məntəqələrin ünvanları AÇIQLANDI
"Semaşko" xəstəxanası koronavirusa görə bağlandı
Mərkəzi Gömrük Hospitalı xəstə qəbulunu DAYANDIRDI
“Semaşko” bağlandı: Yalnız koronaviruslu xəstələr qəbul ediləcək
Ramin Bayramlıdan yeni təyinat
Bu tibb müəssisələri korona xəstələrinin qəbulunu dayandırdı
İlham Əliyev Neftçilər Günü ilə bağlı mərasimdə
Meliorasiyanın yeni rəhbəri kimdir? - DOSYE
TƏBİB vaksinasiya prosesi ilə bağlı MƏLUMAT YAYDI
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
AQTA 8 xəstəxanada nöqsan aşkarlandı
Sabirabadda rəsmən DƏRƏBƏYLİKDİR... - GİLEY
Bura səhiyyə ocağı deyil, əsl bazardır... - GİLEY