Parta arxasından təzəcə duran Çeşmi xanım necə dekan oldu ?- 25  yaşında prorektor, 34 yaşında icra başçısı olan Seymur  Orucov...
27-11-2021, 01:10
3 515

Parta arxasından təzəcə duran Çeşmi xanım necə dekan oldu ?- 25 yaşında prorektor, 34 yaşında icra başçısı olan Seymur Orucov...

Novxanıdakı milyonluq qoşa  bağ evlərini hansı pulla almısınız ?

Elmi rəhbəri  Kamal Abdulla  olan  “parnik sahibi”  Çeşmi xanım  professor  olmağa hazırlaşır...


Sözün düzü, “Narxoz”un keçmiş  rektoru, sabiq millət vəkili Şəmsəddin  Hacıyevin qızı, Ağstafanın icra başçısı Seymur Orucovun  ömür-gün yoldaşı  Çeşmi xanım Hacıyevanın elm aləminə gəlişi və yüksəlişi əsl möcüzədir. Soruşa bilərsiniz ki, niyə ?


Deməli, Çeşmi xanım  “Narxoz”un qapısından içəri girən günü, yəni 1-ci kursda oxumağa başlayan kimi olub  “Narxoz”da  Tələbə Elmi Cəmiyyətinin sədri. 
Adama deyərlər ki, bu xanım qızın dərsə gəldiyi  5 gün deyil, nə tez elmlə məşğul oldu, nə tez Tələbə Elmi Cəmiyyətinin sədri seçildi ?
İnsanda bir abır-həya da yaxşı şeydir ee. 
Allah qoymasa, Çeşmi xanım  “Narxoz”un qapısından içəri daxil olandan  5 gün sonra elm aləminə baş vurdu. Və  7 gün sonra  “Narxoz”un  Tələbə Gənclər Təşkilatının sədr müavini oldu. 
Bax, belə rüsvayçılıqları görəndə, adamın matı-mutu quruyur. 
Qoy bu adam heç olmasa universitetdə  1 il oxusun də. 
Bu hələ harasıdır ? 
Çeşmi xanım  “Narxoz”un  partasının arxasından duran kimi  olub, “Narxoz”da dekan. Bəli, papasının yanında dekan. 
Bilənlər bilir ki,  universitetdə dekan olmaq üçün professorlar on illər çalışardı, kollektiv tərəfindən seçilərdi. Amma Çeşmi xanım 24  yaşında dekan oldu. 
Digər tərəfdən  axı “Korrupsiya haqqında qanun”  qohumların  eyni qurumda işləməsini korrupsiya vasitəsi kimi  nəzərdə tutur. Bu xanım rektorun qohumu-zadı deyil e, qızıdır. 
Hələ bu harasıdır ? 
Bir müddət sonra dekan Çeşmi xanımın  səsi Maştağadan gəldi. Bəlli oldu ki, Çeşmi xanım Mağtağada bağça  müdirəsidir. 
Dekan hara, bağça müdirəsi hara ?
Bir müddət sonra bəlli oldu ki, Çeşmi xanım “parnik”  sahibidir və pomidor, xiyar yetişdirir. Və ən dəhşətlisi odur ki, Çeşmi xanımın pomidor, xiyara görə, daha doğrusu, “parnik”də  istifadə etdiyi qaza görə, Azəriqaza  115 min manat borcu var. Bərəkallah Çeşmi xanım. 350 minlik avtomobildə İran şahının xanımı kimi Maştağaya gedib-gəlirsən, Azəriqaza da 115  min borcun var. 
Çeşmi  xanım, bir məsələ var e, lətifəsi səndən uzaq, deyir “ Fason xaraşo ee, amma..”
Amması odur ki, dövlətin borcunu niyə vermirsən ? 
Yaxşı  350 min dəyərində  avtomobili hansı pulla alımısan ? 
Hələ bu harasıdır ee....
Çeşmi xanım indi də Kamal Abdullanın rəhbərliyi altında professor olmağa hazırlaşır.
Bəli, söhbət  Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladan gedir. 
Kamal Abdulla söz verib yaxın 3-4  ildə murtukulturalizm sahəsində  10-15  professor yetirşdirəcəm, onlardan biri də Çeşmi xanımdır. 
Bəli, Çeşmi xanım həm də rektor Kamal Abdullanın murtukulturalizm üzrə müşaviridir.     
İndi görək  bu cütlüyün  o biri tayı, yəni Çeşmi xanımın həyat yoldaşı, Ağstafanın icra başçısı Seymur Orucov nə işlər yapır. 
Seymur Orucov da  xanımı Çeşmi kimi partanın arxasından duran kimi olub, “Narxoz”un prorektoru. 
Adam necə  25 yaşında prorektor ola bilər. Özü də Allah qoymasa, təlim-tərbiyə işləri üzrə prorektor. 
Azərbaycan elmi əməlli-başlı  fontan vurur. 
Qaynata rektor, 25 yaşlı  yeznəsi prorektor, 24 yaşlı qızı isə  dekan...
Hələ bu harasıdır ? 
Seymur  Orucovun doğma dayısı, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili  Səttar Möhbalıyev  bacısı oğluna söz verib ki, qudama, yəni Prezidentin o zamankı  köməkçisi  Əli Həsənova demişəm ki, səni rayonların birinə icra başçısı qoyaq. 
Bəli, elə də oldu. 
Seymur Orucov  34 yaşında  Ağstafaya icra başçısı təyin olundu. 
Gənc başçı kresloya oturan kimi mərhum sabiq icra başçısının bütün komandasını yığıb dedi ki, heç kimlə işim yoxdur, əvvəlki kimi işləyin...
Bəs nooldu, gənc kadrlar, islahat-filan, ay Seymur Orucov ? 
Bəli,  Seymur  Orucov  Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli  keçirir, tenderdə özünə yaxın şirkətlər qalib olur, daha doğrusu, qalib elan edilir, yəni dövlətin vəsaitini mənimsəyir. 
Bir sözlə,  Seymur Orucov da  kreslosunda oturtduğu mərhum icra başçısı Nizaməddin Quliyevin yolu ilə gedir. 
Bunlardan soruşan yoxdur ki, Novxanıdakı milyonluq qoşa  bağ evlərini hansı pulla almısınız, 350 minlik avtomobili sizə kim bağışlayıb ? 
Deməli, hamısı rüşvətin hesabınadır. 
Bir sözlə,  Seymur Orucov  Prezident İlham Əliyevin ona göstərdiyi etimadı çoxdan itirib. 
Deməli,  gənc Seymur da Nizaməddinin dalınca gedir…


Oxşar xəbərlər

Ağstafanın icra başçısı Seymur Orucovun qaynanası AMEA-da Ramiz Mehdiyevin “sağ əli”dir...- SENSASİON FAKTLAR
İcra başçısı Seymur Orucovun biznesmen xanımının 115 min manatlıq  qaz borcu -  Bağça  müdirəsi  necə biznesmen olur ?
Ağstafada  KÖHNƏ HAMAM, TƏZƏ TAS və təzə icra başçısı Seymur Orucov...- Seymur Orucov 25 yaşında qaynatasının NARXOZ-unda necə prorektor olub?
Ağstafanın başçısı Seymur Orucovun xanımı,''MİLYONÇU REKTOR''un qızı Çeşmi Hacıyeva 350 minlik zirehli avtomobili ilə yeni işinə gedəcəkmi ?
Ağstafanın yeni icra başçısı Seymur Orucovun OLİQARXİYASI...- HƏBS olunan başçılar dərs olmadı ?
Ağstafanın “ingilisdilli, çatmaqaşlı”  icra başçısı- Seymur Orucov  öz yaxınlarını  tenderdə qalib  edir...
Bir  ayağı rayonda, o biri ayağı  Bakıda olan  gənc  icra başçısı Seymur Orucov- İcra  başçısı  etimad limitini bitirib
Kamal Abdullanın “mırtı-kulturalizm”  üzrə müşaviri Çeşmi xanım…- ADU-da nə baş verir ?
İcra başçısı Seymur  Orucov 350 min manatlıq avtomobillə “yaylağa” çıxır- Başçının həyat yoldaşı Çeşmə xanım üst-başını silkələsə 100 min manatlıq  qızıl-briliyant  tökülər....
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
Ağstafanın 35 yaşlı başçısının MİLYON-larla dəyəri olan sərvətləri-350 minlik maşın,bağ evləri.obyektlər hansı pulla alınıb?-VİDEOLAR
Təzə icra başçısı  Seymur Orucov Ağstafanı “qaşıyır”- Deyəsən Seymur Orucovu da həbs olunan Nizaməddin Quliyevin aqibəti gözləyir.
35 yaşlı  icra başçısının xanımı 350 minlik avtomobil idarə edir-Çeşmə xanımla Maştağa sakinlərinin çəkişməsinin  səbəbi nədir?-VİDEO
Tanınmış tarzən, xanımı və qızı Covid-19-dan vəfat etdi
Ölkənin ən gənc icra başçısı hakimiyyəti necə məyus etdi? - Seymur Orucovdan sensasion faktlar...
Siz cavanlarla həbsxanada olan qoca icra başçılarının nə fərqi var, Seymur Orucov ? - Dəyəri 350 min olan avtomobili hansı pulla almısan?
Siz cavanlarla həbsxanada olan qoca icra başçılarının nə fərqi var, Seymur Orucov ? - Dəyəri 350 min olan avtomobili hansı pulla almısan?
Məktəb direktoru yoxsa, fotomodel?
"Ramiz Mehdiyev və Əli Həsənov irsi yaşayır və fəaliyyət göstərir" - İTTİHAM
Prezident və birinci xanım Şamaxıda səfərdə olublar
Abşeronun icra başçısı İradə Gülməmmədova xəstəliyinə görə təcili Almaniyaya aparıldı
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
Zeynəb Xanlarova Azərbaycana qayıtdı - Ailəsindən açıqlama
Prezidentlə xanımı Füzuliyə getdi
Rayon sakinləri Seymur Orucovdan ciddi qərarlar gözləyirlərmiş - AĞSTAFANI KİMLƏR İDARƏ EDİR?
AMEA-nın bu institutu məhkəməyə verildi - SƏBƏB
Prezident və xanımı Qubadlıya səfər etdi
“Bibimin kəfəni hələ saralmayıb“ - Xalq artistinin qohumları dalaşdı
Azərbaycanlı xanım Ukraynada deputat seçildi
Təhsil Nazirinin müavini Firudin Qurbanov “Təhsil Bazarkomu”dur ?- Firudin Qurbanovun MİLYONLUQ OBYEKTLƏRİ, BİZNESi  ...