Zəngilan məhkəməsinin qadın sədri  toyda “Dolya Varovskaya” oynayıb…? - Gülsarə Kərimovna  “Lambada” oynamaq istəyəndə onu  məclisdən çıxarıblar…
29-11-2021, 17:49
3 689

Zəngilan məhkəməsinin qadın sədri toyda “Dolya Varovskaya” oynayıb…? - Gülsarə Kərimovna “Lambada” oynamaq istəyəndə onu məclisdən çıxarıblar…

Məhkəmə sədri “hayan olsun” əvəzinə hansı sözü deyir…?

Suraxanı rayon məhkəməsinin keçmiş hakimi, hazırda Zəngilan rayon məhkəməsinin  sədri olan, Türkmənistanlı, Azərbaycanlı olmayan Gülsarə Kərimovna barəsində Gundəlik-Bakıya ilginc məlumatlar daxil olub. 
Qısa məlumat üçün bildirək ki,  Türkmənistanda doğulan, orada təhsil alan, vəkil, notarius işləyən, hətta  həbsxana həyatı yaşayan Gülsarə Kərimovna  2013 –cü ildə  qəflətən  Azərbaycanda peyda olub. 
Və  2013- 2018-ci illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi olub, 
2018 – ci ildən isə  Zəngilan Rayon Məhkəməsinin sədridir.
Xarici ölkə vətəndaşı olan, Azərbaycan dilində yazıb oxumağı bilməyən Gülsarə Kərimovnanın  Azərbaycanda məhkəmə hakimi, məhkəmə sədri olması, qanunsuz əməlləri  ilə bağlı  mediada kifayət qədər yazıldığı üçün bu məsələlərin üzərində dayanmırıq. 
Ona görə də bir başa  redaksiyamıza daxil olan məsələyə diqqəti yönəltmək istəyirik. 
Deməli, mötəbər mənbənin Gundəlik-Bakıya verdiyi məlumata görə,  dünən  azərbaycanlı olmayan Gülsarə Kərimovna  hörmətli şəxslərdən birinin toy məclisində iştirak edib. 
Məclisdə  iştirak  edən şəxsin dediyinə görə, Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda AMEA-nın prezidenti olan  Ramiz  Mehdiyev və  Zəngilan Məhkəməsinin sədri  Gülsarə Kərimovna əl-ələ tutaraq zala  daxil olarkən, Ramiz Mehdiyevin ayağı ilişərək yıxılıb və xəsarət alaraq zalı tərk edib. Bu səbəbdən məclisdə biraz  qanqaraçılığı yaranıb. 
Şənlik davam edərkən, məclisdə iştirak edənlərin diqqəti  dövlət qulluqçusu olan məhkəmə sədrinin  yaşına və tutduğu məsul vəzifəyə yaraşmayan libasına yönəlib. 
Belə ki, Gülsarə Kərimovna  dizindən bir qarış yuxarı, göy rəngli qısa  geyimi ilə  məclis iştirakçılarının  diqqətini cəlb edib. Gülsarə Kərimovna  göy rəngli  şərfi ilə bəzi yerlərini  guya örtməyə çalışsa da, əksinə  yersiz  hərəkətləri ilə özünü  məclisdə tamam başqa cür aparıb. 
Əlbəttə,  necə geyinmək  məsələsi Gülsarə Kərimovnanın öz işidir. Amma burası Avropa deyildir.
Əmması odur ki,  Gülsarə Kərimovna  məclisdə möhkəm içərək  “Dolya varovskaya”  mahnısını  “zakaz”  verib rəqs etmək istəsə də, məclisdə əyləşənlər  bir-birinə  təəccüb və heyrətlə baxıb.
Mahnının ritmindən və  qazlı içkinin təsirindən çılğın hərəkətlər edən  Gülsarə Kərimovna  rəqs edə-edə elə səslər çıxarırdı, elə ucadan gülürdü ki, bu nəinki məhkəmə sədrinə, hətta qadına yaraşan hərəkətlər deyildi. 
Bütün bunlar azmış kimi Gülsarə Kərimovna  təkidlə ona söz verilməsini, sağlıq demək istədiyini  dəfələrlə bildirsə də, məclisin sahibi ona Azərbaycan dilində yaxşı  bilmədiyi üçün,  söz  demək imkanının olmadığını başa salıb. Həm də ona  nəzakətlə  bildirib ki,  Azərbaycan dilini bilmədiyin üçün  birdən çaşıb  siyasi səhvə-zada yol verərsən, Ramiz Mehdiyevin sağlığna badə qaldırarsan  və s. Əslində məclisin  sahibi  adicə FƏRD sözünün mənasını söyüş kimi başa düşən Gülsarə Kərimovnaya  söz verməməkdə  haqlı idi. Çünki  Gülsarə Kərimovna  həmişə  məhkəmə zalında hirslənəndə  kiməsə “hayan olsun” əvəzinə başqa cür  deyir. Çünki Azərbaycanlı olmayan şəxslər H hərfi deyə bilmirlər. Beləsinə mötəbər məclisdə söz vermək, heç cür olmaz. 
Nə isə,  ona söz verilməməsindən möhkəm pərt olan Gülsarə Kərimovna  ayağa qalxaraq “Lambada”  mahnısını   sifariş verib  rəqs etmək istəyəndə, rayon hüquq-mühafizə orqanlarının (hörmət naminə adını çəkmək istəmədiyimiz) rəhbər şəxsləri  azərbaycanlı olmayan və məclisdə özünü apara bilməyən  Gülsarə Kərimovnanı  maşına mindirərək, lazım olan “adres”ə yola salıblar. 
Bu yerdə məşhur “Bəxt üzüyü”ndə Söylünün dediyi sözlər yada  düşür: Söyünə şükür…
Söhbət  əsərdəki “Detdom uşaqlarının atası olmur, nəçəlnik!” deyən Hüseyndən gedir. 
P.S.  Vallah ədəbiyyatımızda məşhur Kefli  İsgəndər obrazı var idi. Deyəsən bundan sonra keflilərin sayı çox olacaq.


Oxşar xəbərlər

Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovna Zəfər günü “imic”ini dəyişmək istəyib...- Şəhid anasına “Necəsən ?”  deyən Gülsarə Kərimovna naxoşdur...
Gülsarə İmanovanın kimliyi bəlli oldu- Zəngilanın məhkəmə sədri Ramiz Mehdiyevin  həyat yoldaşı  Qalina Yuryevnanın sifarişlərini yerinə yetirir…
Zəngilan məhkəməsinin  sədri Gülsarə Kərimovnanın “Yusif Züleyxa” məsələsi…-Məhkəmə sədri dövlətin qanunlarını deyil, Ramiz Mehdiyevin göstərişlərini əsas tutur…
Zəngilan məhkəməsinin sədri  Gülsarə Kərimovna  “diri adamı öldürür”- Gülsarə-Ağa-Vüsalə üçlüyünün  saxta məhkəmə  ssenarisi…
Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə İmanovanın  SİRR PƏRDƏSİNƏ  bürünmüş  AVTOBİOQRAFİYASI…
Məhkəmə hakimi vəfat edib - FOTO
Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovnanın “KVARTET”i- Kontrabasda çalır Türkmənistan vətəndaşı Gülsarə xanım...
Zəngilan Məhkəməsinin sədri Gülsarə Kərimovna HƏBS OLUNA BİLƏR- ŞOK FAKTLAR
Şirvan Apellyasiya Məhkəməsinin sədri həbs oluna bilər ?
Zəngilan Məhkəməsində ÖZBAŞINALIQLAR- GÜLSARƏ, VÜSALƏ, AĞA VƏ AĞAMİRZƏNİN “işbirliyi”
Ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq…- Binəqədi məhkəməsinin sədri Araz Kazımov QANUNSUZLUQ edir ?
Məhkəmə hakimi vəfat etdi
Prezident Daşqın Səfərovu yüksək vəzifəyə təyin etdi
Azərbaycanda hakim vəfat etdi - FOTO
Zəngilan rayon Məhkəməsinin sədrini bəlkə Sabirin şeiri tərpədə, dilə gətirə...- Pay atonnan, ölübəə...
Məhkəmə zalına  krassovkada, idman şalvarında gələn məhkəmə sədri  Gülsarə Kərimovna…-  Gülsarə Kərimovna, sən artıq bitdin, tükəndin, bizdən uzaq ol..
Azərbaycanda daha bir hakim koronavirusa yoluxdu - FOTO
Nazir məhkəmə sədrinə TÖHMƏT VERDİ
Zəngilan sakini: Mənim ailəmi rüşvət alaraq Məhkəmə sədri Gülsarə Kərimovna və Ağamirzə Məmmədov dağıtdı- ŞOK FAKTLAR
Tanınmış hakim koronavirusa yoluxdu
6 xarici ölkədən 23 şəxs də azadlığa çıxır
Məhkəmə hakimi koronavirusdan vəfat etdi
Prezident Suraxanı Rayon Məhkəməsinin yeni binasının açılışında - FOTOLAR
Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan VƏFAT ETDİ
Şəki rayon məhkəməsində  “cərimə rüşvəti“ - Məhkəmənin sədri  Ceyhun Əhmədov hara baxır ?
Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR
Gəncə Apellyasiya Məhkəməsinin 9 hakimi koronavirusa yoluxdu – MƏHKƏMƏ İŞİNİ DAYANDIRMALI OLDU
Füzuli  Pənahov Ali Məhkəmənin sədri olmaq istəyir...- TÖHMƏT-in mübarək,  Füzuli Pənahov-VİDEO
Azərbaycanda icra başçısının sabiq xanım müavini məhkəmə zalında həbs OLUNDU
Zəngilan məhkəməsinin xarici vətəndaş olan sədri Gülsarə Kərimovna ZƏNGİLAN camaatına RACON KƏSİR…- Ağamirzə ilə Vüsalənin SÖVDƏLƏŞMƏSİ…