"Colgate" diş pastası satan Ramin  Quluzadə  10 milyonları necə qazanıb? 

“Tərəqqi” 
medalını  hansı əməlinə görə almısan, cənab İşlər müdiri?  

Ramin Quluzadənin adı Azərbaycan mətbuatında  “saçyoldu” məsələsi ilə  yadda qalıb. 
Belə bir  rüsvayuçılıqdan sonra  adam gərək abırına qısılıb  kənara çəkiləydi. 
Amma Ramin Quluzadə nəinki qırağa çəkilmək, hətta daha böyük  vəzifələrə iddialıdır. 
Gəlin, bu adamın  keçmişinə qısa bir nəzər salaq. 
Başqaları  kimi “Narxoz”u  bitirib. Heç bir idarəçilik təcrübəsi  olmadığı halda  bu cavan oğlan  birdən birə  NƏQLİYYAT ,  RABİTƏ və  YÜKSƏK TEXNOLOGİYALAR naziri təyin edilib. 
Təsəvvür edirsiniz, bu qurum adi nazirlik deyil e, özündə 3-4 mühüm sahəni birləşdirən fövqəl qurumdur. 
Axı,  heç bir təcrübəsi olmayan Ramin Quluzadə  müasir rabitə, texnologiyalar sistemini haradan bilir ? 
Axı, ora-bura  kağız-kuğuz daşımaq  nə vaxtdan   idarəetmə təcrübəsi olub ? 
Onda gərək  20 il məktub daşıyan  kuryerləri  baş nazir qoymaq lazımdır. 
Axı, Ramin Quluzadə  mürəkkəb nəqliyyat sistemini  haradan bilir ?
Axı, bu adamın bu sahədə 1 günlük təcrübəsi yox idi. 
Həm də sabiq nəqliyyat naziri Ziya Məmmədovun xaraba günə qoyduğu nəqliyyat  sistemini bu adam necə  bərpa edə bilərdi ? 
Suallar bir deyil, iki deyil ee...
 Axı, nə qədər yazmaq olar ki, məmurun bizneslə məşğul olması qanunla qadağandır. 
Bu adi həqiqəti sizlər nə vaxt başa düşəcəksiniz, cənablar ? 
Cənab Ramin Quluzadə,  “Tikinti Təchizat Layihə”,  “Synergy Co” Qapalı Səhmdar Cəmiyyəti, "Eskort” MMC  şirkətləri sənin deyilmi ? 
Əgər sənin deyilsə, niyə açıqlama verib yazılanları təkzib etmirsən ? 
Görəsən, Ramin Quluzadə rabitə, nəqliyyat sahəsində Allah qoymasa hansı işləri görə bildi ki, “Tərəqqi” medalı ilə təltif edildi. 
Bu adamın nazirlikdə hansı fəaliyyəti olub, hansı tərəqqiyə imza atıb ki, döşünə medal taxıblar. 
Bu adamı tanıyanlar yaxşı bilir ki,  qısa vaxtda  böyük bir  gözəlçə  siyahısını  qabağına qoyub “sortirovka” aparırdı. Və axırda da  nazirliyin karidorunda  saçyolduya görə,  rüsvaycasına işdən qovuldu. Amma...
Əmması odur ki, işdən qovulduğu həmin gün də daha mühüm vəzifəyə təyin olundu. 
Və  Ramin Quluzadə indi də  Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olunmuşdur. 
Yaxşı,  Ramin Quluzadəyə ikinci dəfədir ki, mühüm dövlət  vəzifəsi etimad göstərilir. 
Bu adam bu etimadı 1-ci dəfə nəinki doğrultmadı, hətta  rüsvayçı  durumda kollektivdən uzaqlaşdırıldı. 
İnid  görəsən  Ramin Quluzadə nə işlə məşğuldur ? 
Təsəvvür edirsiniz,  indi Ramin Quluzadənin tabeçiliyində maliyyə şöbəsi,  tikinti, təchizat və s şöbələr. Üstəlik,  “Qəbələ” iqamətgahı,  “Marxal” Müalice - İstirahət Kompleksi,  “Səadət sarayı”, “Azərsuvenir”,  Material təchizatı bazası və daha nələr. 
Bir sözlə, Ramin Quluzadə  lap xəzinəyə düşüb. 
Amma bircə gün  idarəetmə təcrübəsi olmayan, biznesinin olmadığını bəyan edən  bu adamın adına  10 milyonluq mülklər, villalar haradandır görəsən ? 
Çox üzr istəyirik, xoruz  boğuşdurmaqla  pul qazanan görmüşük, amma  “saçyoldu” ilə  milyonları necə qazanmaq olar ?
Bəlkə, Ramin Quluzadə  pul qazanmağın asan yolunu tapıb ? 
Cənab Quluzadə,  Goradildəki  10 milyonluq villanın  az qala 1 milyon dəyərində hasarları var. Və hasarların hündürlüyü 10-15 metrdir. Rəhmətliyin nəvəsi, nədən qorxursan, nədən gizlənirsən ? 
Hələ malikanənin ərazisindəki futbol meydançası, tennis korti, bilyard-zad..bunlar nədir Quluzadə ? 
Bu boyda torpaq sahəsini niyə zəbt etmisən ? 
İdman yarışlarına hazırlaşırsan ? 
Adamın bir nəfsinin həddi-hüdudu olar, Adam...
Axı, sən milyonları  necə qazana bilərdin ? 
Sənin ən qazanclı işin özün də yaxşı bilirsən ki, diş pastası "Colgate" satmaq olub. Sən 10 milyonu buradan qazanmısan ? 
Biz sənin özəl həyatınla bağlı məsələləri qatlayıb qoyduq bir kənara. 
Amma  dövlət məmuru  kimi  sənin əməllərini hansı yerə yazaq ? 
Sən nə vaxt medianın sənə  ünvanladığı suallara cavab verəcəksən ? 
Hələ mediada sənin bircə dənə də olsun açıqlamana rast gələ bilmədik. 
Bəlkə dilin tutulub.
Başqa yerlərdə dilli-dilavər olursan, medianı görəndə isə...
Buyur mövqeyni qoy ortaya, cənab Quluzadə..