Doğulan uşaqlara gözəl adlar qoymaq çox vacib məsələdir. Çünki uşaq böyüyəndə ona qoyulmuş addan utanıb, xəcalət çəkməsin.
Bir də var əksinə ola. Yəni uşağa gözəl ad qoyursan, uşaq böyüyəndə öz çirkin əməlləri ilə ona qoyulan gözəl adı zibil edir, batırır. Belə olanda deyirlər ki, “Sənə o gözəl adı verənin lap....”
İndi haqqında bəhs edəcəyimiz Adəm və Hatəm qardaşları da belədir.
Adəmin ilk peyğəmbər olduğu hamıya bəllidir, Hatəm isə böyük səxavət sahibi kimi tanınır, hətta müqəddəs kitablarda adı keçir.
Bu adları qardaşlara verənlər düşünüblər ki, böyüyəndə fəzilət sahibi, iman əhli olarlar. Binəvalar nə bilsin ki, Adəm və Hatəm qardaşları böyüyəndə Peysər, Pəzəvəng olub, şam tutacaqlar...
Bəli, bu qardaşları tanıyanlar, onların əməllərini bilənlər onlara Adəm və Hatəm demir, əə Peysər, əə Pəzəvəng deyə müraciət edirlər.
Deməli, insan övladının çörəyi müxtəlif yerlərdən çıxır, biri yer əkir, biri daş yonur, o biri yol çəkir, bir başqası dəllək olub baş qırxır...
Bu qardaşların isə dədə-baba peşəsi baş tutmaqdır.
Bunların da çörəyi baş tutmaqdan, əxlaqsızlıq yuvası işlətməkdən çıxır. Bundan böyük rəzalət nə ola bilər ?
Bəli, millətimiz çörəyə Quran kimi and içir, filankəslə çörək kəsmişəm deyib kəsdiyi çörəyə xəyanət etmir.
Görəsən, bu qardaşlar qazandıqları, övladlarına yedirdikləri çörəyin haradan gəldiyini, necə qazanıldığını başa düşmürlər ?
Görəsən, bu qardaşların süfrəsində əyləşib bir tikə çörək kəsənlər nə hiss keçirirlər ?
Bəli, kişinin çörəyini kəsərlər, amma Peysərin, Pəzəvəngin çörəyinə əl uzatmaq özü də günahdır...
Ümumiyyətlə, əxlaqsızlıq yuvası işlətməklə çörək qazanmaq, ailə dolandırmaq, arvad-uşaq saxlamaq, bəlkə də Adəm və Hatəm qardaşları üçün baş ucalığıdır.
Hələ Allah qoymasa, bu qardaşlardan biri olan Adəm istəyir ki, böyük adam olsun.
Günümüzə bax ee, vəzifə həvəsi hara, əxlaqsızlıq yuvası hara, baş tutmaq hara, PRİTON hara ?
Bu adam dövlətin içinə girib vəzifə tutaraq öz çirkin əməllərini rahatcasına həyata keçirərək, nə vaxtsa yüksək pensiya da almaq haqqında düşünür. Amma Adəm və Hatəm qardaşlarına demək istəyirik ki, hər yerdən pensiyaya çıxmaq olur, hətta türmədən də, amma baş tutmaqdan pensiyaya çıxmaq olmur.
Görəsən, bu qardaşlar səhər evdən çıxanda arvad-uşağa nə deyirlər?
Yəqin deyirlər ki, işə gedirik. Ta demirlər ki, baş tutmağa, əxlaqsızlıq yuvası işlətməyə gedirik.
Görəsən bunların evlərindəkilər bilmir ki, hansı və nə yolla qazanılmış çörəyi yeyirlər...
Niyə bilmirlər ? Əla bilirlər. Arvad görmür ki, Adəmdən bütün günü kəllə-paça iyi gəlir…
Ehh, arvad sevinir ki, Peysər ona əxlaqsızlıq yuvasından qazandığı pulla qızıl üzük alıb…
Vallah hər mənada çox ağrılı mövzudur.
Bunlar məsələnin mənəvi tərəfidir.
Bəs problemin hüquqi tərəfi ilə niyə müvafiq dövlət qurumları məşğul olmurlar ?
Sözün düzü, son illər cəmiyyətin bəlasına çevrilən narlotikə qarşı hüquq-mühafizə orqanlarının sistemli şəkildə apardığı mübarizə cəmiyyət tərəfindən bəyənilir.
Məgər əxlaqsızlıq yuvası saxlamaq, qadın alveri ilə məşğul olmaq patıdan-fatıdan az təhlükəlidir?
Bir neçə gün öncə məktəblilərə patı satan şəxs həbs olundu.
Axı, adına əxlaqsızlıq problemi dediyimiz bəla artıq məktəblərin, yaşayış evlərinin, məscidlərin, hətta dövlət qurumlarının yanında yerləşir.
Bunu hüquq-mühafizə orqanları görmür?
Qardaşlar təkcə baş tutmaqla deyil ee, işverənliklə də məşğul olurlar.
Bəli, Adəm və hatəm qardaşlarının əxlaqsızlıq yuvaları həm də “kompromat” mənbəyidir. Qardaşlar “qonaqlar”ın əməllərini çəkib sonra onları şantaj edib külli miqdarda pul alırlar.
Görəsən bu cinayətkar qardaşların əməllərini niyə hüquq-mühafizə orqanları görmək istəmir?
Bu “paparoza” qardaşlara kimlər “krışa”lıq edir ?
Yəqin ki, qardaşlar aylıq gəlirlərini kiminləsə bölürlər…
P.S İnanın, günün birində cənab Prezidentimiz bu işin başında kimlər dayanırsa hamısını silib atacaq arxivə.
Binamus, biqeyrət, bişərəf və əxlaqsızlıq yuvası işlədən Adəm və Hatəm qardaşları
30
noyabr
14:36

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Adəm və Hatəm qardaşlarının Bakıdakı əxlaqsızlıq yuvaları həm də “kompramat” mənbəyidir- RƏZALƏT
Çörəyi əxlaqsızlıq yuvasından çıxan Adəm-Hatəm qardaşları...- İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi hara baxır ?
Adəm və Hatəm qardaşlarının Bakıdakı əxlaqsızlıq yuvaları …- Hüquq-mühafizə orqanları bu qardaşların əməllərinə niyə göz yumur ?
Adəm və Hatəm qardaşlarının əxlaqsızlıq yuvaları niyə bağlanmır, qardaşlar niyə həbs olunmur ? - Hüquq-mühafizə orqanları hara baxır ?
Erməni dilini öyrənmək istəyənlər üçün kurslar təşkil olunur
"Gilan Holdinq"in prezidenti bu işə qol qoyacaqmı? - GİLEY
“Rza Zərrabın bizim məmurları unutmasından böyük “xəyanət” ola bilməz”
“Pəzəvəng” kafesi, “Məsti-xumar” gözəllik salonları, masajxanalar... - Görəsən, Xətai Rayon Polis İdarəsi hara baxır ?
Masallıda qoçuluq edən məmur KİMDİR? - İDDİA
Azərbaycanlı xanəndə qəfildən öldü
İki gün öncə şəhid olan Orxan Vətən müharibəsindən belə qayıtmışdı (VİDEO)
49 qadının saxlanıldığı kafenin sahibini infarkt vurdu
Prokurorluq şadlıq sarayında ölən 18 yaşlı oğlanla bağlı MƏLUMAT YAYDI
SOCAR, yoxsa Xıncov kəndinin uşaqları-RÖVNƏQ ABDULLAYEVİN ''SOCAR'' BİZNESİ
Bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Çanaqqala restoranı DÖVLƏTİN QANUNLARINI POZUR- Elxan və Tahir Qasımov qardaşlarının qandonduran cinayət əməlləri…
“Köşkü aparıb prokurorluğun qarşısına qoya bilmərəm”
“Ermənilər Allahın evində heyvan saxlayıb“ - Liviyalı diplomat
Ağdamın işğaldan azad olunmasından bir il ötür
Mətanət İsgəndərli ilə gəlininin davasına Afət də qoşuldu
Generalın işdən çıxarılmasının sensasion səbəbi - 100 min rüşvət alması ilə bağlı səs yazısı var
"İndiki estrada ifaçılarının səviyyəsi aşağıdır" - Eldar Mansurov
Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki…- “Sobsan”nın şəriklərindən biri də sabiq səhiyyə naziri Oqtay Şirəliyevin qudasıdır...
Abşeronda fəhlə torpaq uçqununun altında qaldı
“Olympys Park” MMC sakinlərə qarşı... - GİLEY
10 yaşlı oğlunu boğaraq öldürən ata həbsxanada İNTİHAR ETDİ
“Sobsan” boya fabrikində işbaşında ölüm hadisəsi…- Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının ekoloji “terror”u
Cəlilabadda sakinlərə problem yaradan “gömrük qardaşları” kimdir..? - ŞİKAYƏT
Azərbaycanda ötən ay uşaqlara ən çox bu adlar qoyulub - Siyahı
- Türkiyə Qara dənizdə idarə olunan raket sistemini sınaqdan çıxarıb - VİDEO
- Ukraynanın daha bir şəhərində SSRİ bayrağı qaldırıldı - YENİLƏNİB
- Güləşçilərimiz Fransada 3 medal qazandı
- Polis əməkdaşı yol qəzasında ÖLDÜ
- Mingəçevirdə it sahibini PARÇALADI
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Yük maşını yol kənarına aşdı
- "Yargı"da daha bir ayrılıq - FOTO
- Ukrayna Lisiçansk şəhərinə nəzarəti itirir
- Narkotiklə şərlənən şəxsin təqsirsizliyi üzə çıxdı -PROKUROR NARKOTİKİN EVƏ NECƏ QOYULMASINI ARAŞDIRACAQ
- Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
- ABŞ-da atışma olub, iki nəfər ölüb
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Misirdə akula turist qadını parçaladı - Video
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Bazar günü hava necə olacaq?
- "Təxribatların qarşısını almağa hazır olun" - Zakir Həsənovdan generallara TAPŞIRIQ