10 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Cəfərovun  “telefon  biznesi”… - Məhkumun ailə üzvləri ilə 1dəqiqəlik danışığının qiyməti 1 manatdır…
30-11-2021, 16:10
2 105

10 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Cəfərovun “telefon biznesi”… - Məhkumun ailə üzvləri ilə 1dəqiqəlik danışığının qiyməti 1 manatdır…

10 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Cəfərovun  “telefon  biznesi”…

Məhkumun ailə üzvləri ilə 1dəqiqəlik danışığının qiyməti 1 manatdır…

Emin Cəfərov  həbsxanada “Tarif Şurası”nın sədridir? 

Çox  təəssüf ki,  cinayət  və cəza məsələsinin optimal həllini  tapmaq müşküldür. 
Əlbəttə, hər kəs tutduğu vəzifədən, sosial mənşəyindən asılı olmayaraq  etdiyi cinayət əməlinin cəzasını almalıdır. 
Ancaq  cəza məhkuma  ZÜLM  vermək üçün deyil, cəza  insanı İSLAH etmək üçündür. Ona görə də əvvəllər həbsxanalara İSLAH müəssisələri deyirdilər. 
Məhkum da insandır, vətəndaşdır, onun da hüquqları var, sadəcə  cəmiyyətdən təcrid olunub. 
Təəssüf ki,  bu adi həqiqətləri bəzi  cəzaçəkmə müəssisələrinin ( kalon ) rəhbərləri başa düşmək istəmir. 
Həmin kalonun rəisləri  məhkumlara biznes mənbəyi kimi baxırlar. 
Belə kalon rəhbərlərindən biri də 10 saylı cəzaçəkmə müəssisəsinin  rəis müavini  Emin Cəfərovdur. Bu adamın  rüşvət və korrupsiya əməlləri barədə ölkə müdiasında yazılanları oxuyanda adam dəhşətə gəlir. 
Bu adam başa düşmür ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Penitensiar Xidmət sahəsində  son illər ciddi islahatlar aparılıb, ölkəmizdə məhkumların  hüquqlarının qorunmasına diqqətlə yanaşılır, o  cümlədən cəza-icra siyasəti humanistləşdirilir.
Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları, xeyli sayda məhkumun  əfv edilməsi dövlətimizin humanist siyasətinin göstəricisidir. 
Eyni zamanda azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması, alternativ cəzalara üstünlük verilməsi, ev dustaqlığı, bir sözlə, cəza siyasətinin humanistləşdirilməsi çox mütərəqqi addımlardır. 
Unutmamalıyıq ki, 70 illik sovet dönəmində ev dustaqlığı olmayıb. Bu müstəqil dövlətimizin insana münasibətidir. 
Görəsən bütün bunları Emin Cəfərov başa düşmür ? 
Axı, insaf naminə qeyd etməliyik ki, cənab Prezidentin bu  humanist siyasətinin həyata keçirilməsində, icra olunmasında cənab ədliyyə naziri Fikrət Məmmədovun və Penitensiar Xidmətin rəhbərliyinin də əməyi çoxdur. 
Bəs, bu Emin Cəfərov kimə oxşayıb, kimdən nümunə götürüb ki, Prezidentin bu  çox vacib  siyasətinin üzərinə kölgə salır, öz şəxsi maraqları üçün məhkumlara və onların ailələrinə problem yaradır. 
Kalona yeni məhkum gələn kimi Emin Cəfərov qol götürüb oynayır,  düşünür ki, rüşvət-pul gəlib. 
Bu adam lap axırıncı yola getməklə, məhkumların hesabına milyonlar qazanıb. 
Bütün bunlar azmış kimi Emin Cəfərov 10 saylı kolonda  əməlli-başlı  telefon biznesi yaradıb. 
Məhkumun öz  ailə üzvləri ilə 1 dəqiqəlik telefon danışığının  qiyməti 1 manatdır. 5 dəqiqə danışdın 5 manat və s. 
Emin Cəfərov 1 gündə  telefon danışıqlarının hesabına məhkumlardan külli miqdarda pul yığır. 
Görəsən Rabitə nazirliyi  Emin Cəfərovun bu qanunsuz əməllərini görmür, görürsə niyə qarşısını almır ? 
Söhbət kiçik məbləğdən deyil, hər gün 20 min manatdan gedir. Görəsən bu məbləğin  yarısını dövlətin büdcəsinə keçirmək olmazmı ? 
Yoxsa hamısını Emin Cəfərov cibinə qoymalıdır ?
Ümumiyyətlə, məhkumların ailə üzvləri, yaxınları ilə telefon danışığının norması niyə müəyyən olunmur ? 
Qoy hər şey qanun-qaydaya uyğun olsun. Niyə qaydaları və qiymətləri Emin Cəfərov kimilər diqtə etməlidir ?  Emin Cəfərov Tarif Şurasının sədridir bəlkə ? 
Ümumiyyətlə, Emin Cəfərovun məhkumlardan yığdığı  böyük məbləğdə pullar hara gedir ? 
Düzdür, kolonun rəisi  Fikrət Qafarov nə qədər  Emin Cəfərovun əməllərinin qarşısını almağa çalışsa da Emin Cəfərov düzələnə oxşamır. 
Görəsən, bu rüşvətxor rəis müavininə “krışa”lıq edən, himayədarlıq edən, onu müdafiə edən hansı  vəzifəli şəxsdir ? 

Ardı var.

Oxşar xəbərlər

10 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Cəfərovun rüşvət və korrupsiya əməlləri- O ƏDLİYYƏ SİSTEMİNƏ LƏKƏDİR....
16 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İTTİHAM
2 saylı Cəzaçəkmə Müəssisəsindən ŞİKAYƏT VAR - “Müdaxilə olmasa, atam öləcək”
1 saylı Cəzaçəkmə Müəssisəsindən 13 nəfər azadlığa buraxıldı - FOTO
Şövqü Süleymanova hansı yüngülləşdirici cəza verilə bilər?
Məhbuslar taleyin ümidinə buraxılıb? - NARAZILIQ!
Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi Müalicə Müəssisəsində ÖZBAŞINALIQ - İTTİHAM
11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA
7 saylı cəzaçəkmə müəssisəsində NƏLƏR BAŞ VERİR?
İndiyədək Amnistiya Aktı nə qədər məhkuma şamil olunub? - RƏSMİ
Arvadını öldürmək istəyən şəxs həbsxanada intihar etdi
Cəza müddəti bitən şəxs necə əfv siyahısına salınıb? - “Əfv haqqı” nə qədərdir?
Qətlə görə həbs edilən şəxs həbsxanada İNTİHAR ETDİ
Oğlu şəhid olan məhkumlara icazə verilib - RƏSMİ
2 saylı Cəzaçəkmə Müəssisəsində ÖZBAŞINALIQ... - "Məgər çörək yeməyə görə rüşvət verərlər?"
Xaçmaz 1 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində BAZAR AÇIBLAR... - İTTİHAM
Həbsxanadan qaçmaq istəyən məhkumlar gülləbaran edildi: 46 ölü
"Həbsxana rəisinin müavini oğlumu döyüb, pul istəyib" - GİLEY
6 saylı Cəzaçəkmə Müəssisəsində nə baş verir? - İDDİA
Gürcüstanda həbsxanada yanğın - Ölənlər var
11 saylı cəzaçəkmə müəssisəsində ÖZBAŞINALIQ - GİLEY
Azərbaycanlı dünya çempionu yenidən həbs edilə bilər
13 saylı çəzaçəkmə müəssisəsində NƏ BAŞ VERİR? - ŞOK İDDİA
Azərbaycanda bu insanların gecə 11-dən sonra çölə çıxması QADAĞANDIR - RƏSMİ
COVID-19 pasportu olmayanlar məhkumlarla uzunmüddətli görüşə buraxılmır
6 saylı cəzaçəkmə müəssisəsindən daha bir özbaşınalıq - GİLEY
Azərbaycan həbsxanasında müəmmalı ölüm: 53 yaşlı kişi...
Bu sistem rəsmən çöküb... - İDDİA
72 məhkum azadlığa buraxılıb
Əfv sərəncamının icrasına BAŞLANILDI