Başın  sağ olsun,  BAŞSIZ  səhiyyəmiz- Səhiyyə naziri  olmayaq istəyən  Kəmaləddin Qafarov kimdir ?
1-12-2021, 23:56
1 587

Başın sağ olsun, BAŞSIZ səhiyyəmiz- Səhiyyə naziri olmayaq istəyən Kəmaləddin Qafarov kimdir ?

Dünya  koronavirus kimi dəhşətli  bəla ilə üz-üzə qaldığı bir zamanda  Azərbaycan səhiyyəsi başsız qalıb. 
Bəli, tam məsuliyyətlə deyə bilərik ki,  Əli İnsanov, Oqtay Şirəliyev  kimi nazirlərin 30 il  rəhbərlik etdiyi  səhiyyəmiz  ancaq kasıb-kusubun cibinə girmək və üstəlik canını almaqla məşğul olub. 
Özünüz düşünün, hansı bir imkanlı şəxs öz sağlamlığını Azərbaycan səhiyyəsinə etibar edir ?
Kimin qarnı ağrıyırsa, Avropaya, Türkiyəyə, az imkanlılar isə İrana qaçır. 
Bəs  dövlət başçısının ölkə səhiyyəsinə ayırdığı 100 milyonların hesabına alınan bahalı tibbi avadanlıqlar, yeni tikilən rayon xəstəxanaları, diaqnostika mərkəzləri nə işlə məşğuldur ? 
Hələ, pandemiya dövründə həbs olunan baş həkimləri demirik. 
Təsəvvür edirsiniz, ölkədə xalqın sağlamlığı ilə məşğul olan iki qurum var: Səhiyyə nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ( TƏBİB ) . 
Qurumun ikisinə də rəhbər təyin olunmayıb. Nə nazir var, nə də  TƏBİB-in sədri. 
Səhiyyə naziri olmaq uğrunda əməlli-başlı mübarizə gedir. 
Kimlərin adı nazir olmaq  uğrunda hallanmır ? 
İnsaf naminə qeyd edək ki, adı hallanan bəzi namizədlər  ixtisasca həkim, tibb elmləri üzrə peşəkar şəxslərdir.  Amma...
Əmması odur ki, nazir olmaq  istəyənlərdən birinin, ümumiyyətlə,  tibb sahəsinə dəxli yoxdur. Yəqin ki, inanmadınız. İndi sənəd və sübutla  bunu ortaya qoyacağıq. 
Buyurun  səhiyyə naziri olmaq istəyən millət vəkili Kəmaləddin Qafarovla tanış olun. 
Bu adam dərman alverçisidir, dərman satmaqla məşğuldur,  “Zəfəran”  apteklər  şəbəkəsinin sahibidir. 
Axı,  dərman  satmaq hara, səhiyyə naziri  hara ?
Əgər belədirsə, onda  alma satanı,  dana  alverçisini də qoyaq kənd təssərürfatı naziri problem həll olunsun də. 
Kəmaləddin Qafarov təkcə dərman satmır, ev, mənzil də satır. 
Bəli, Kəmaləddin Qafarovun  “VERSAL PALACE”  MTK-sı  Bakı şəhərində,  Ağ Şəhərdə  binalar tikir, bahalı mənzillər  satır. 
Hə, indi Kəmaləddin Qafarov  tikintidən gəlib  səhiyyə naziri olmağa iddialıdır. 
İndi gəlin görək, Kəmaləddin Qafarov harada oxuyub, ixtisası nədir, haralarda çalışıb, ömründə birinin yarasına  dərman qoyubmu, ümumiyyətlə, elementar cərrahi əməliyyatdan başı çıxırmı ? 
Bu adam Bakıda doğulub, məktəbi bitirib və sonda hansı yollasa Naxçıvanda  universitetə  daxil olub. 
Adamdan soruşarlar ki, Bakıda  doğulan, burda böyüyən 17-18 yaşlı  gənc necə oldu ki, gedib Naxçıvanda oxudu ?
Sizi inandırıram ki, bu adam  bəlkə də universitetin qapısını tanımayıb. 
Yaxşı, indi görək, bu adam Naxçıvanda  hansı fakültəni bitirib, ixtisası nədir ? 
Kəmaləddin Qafarovun  rəsmi tərcümeyi-halında qeyd olunur ki, o, Naxçıvanda meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. 
Yəni bu adam kələmdən, soğandan, badımcandan, xiyardan, yəni tərəvəzdən danışsa, başa düşmək olar. 
Bu adamın səhiyyəyə nə dəxli var, axı bu adam heç tibbi kolleci də bitirməyib, heç  “med brat” da deyil. 
Hələ bu harasıdır  ? 
Meyvə-tərəvəzçi  Kəmaləddin Qafarov 2 dəfədir ki, Milli Məclisə üzv seçilir, deputat olur. 
Hələ bu harasıdır ? 
Allah qoymasa, Kəmaləddin  Qafarov, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavinidir. 
Hər yerdən ümidi kəsilən xərçəng xəstələrinin başına bu adam hansı zülmləri gətirmir ? 
Kəmaləddin  Qafarov  bu əlacız xəstələrin hesabına milyonlar qazanır. 
Bu adam deputat ola-ola   “AzəriMed” şirkətinin sahibidir. 
Bu adamın direktor müavini olduğu Onkoloji mərkəzdə  xəstədən ilk müraciət  zamanı  500 manata yaxın pul alırlar. Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat alır.
İndi isə Kəmaləddin  Qafarovun  şirkətlərinin az bir siyahısına nəzər salaq.
Yuxarıda qeyd etdiyimiz kimi,  Qafarov “AzəriMed” şirkətinin rəhbəridir. Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydaları  aşkarcasına pozaraq, “AzəriMed” şirkəti ilə heç bir tender olmadan 43 milyon manatlıq alqı-satqı aparıb. Təsəvvür edin, Kəmaləddin Qafarov həm dövlətin 43 milyon vəsaitini verib-alandır, həm də öz şirkətinin 43 milyon manatlıq malını satan.
Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq müqavilə imzalayıb.
2018-ci ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.
Təsəvvür edirsiniz,  Kəmaləddin Qafarov  Onkologiya Mərkəzinin direktor müavini olaraq  dövlətin ayırdığı milyonları öz şirkətinin hesabına keçirir, oradan isə mal, dərman alıb təzədən Onkologiya Mərkəzinə satır. 
Yəni alan da, satan da  Kəmaləddin özüdür. 
Dünyada belə  rüsvayçılıq ola bilməz. 
Adam  sol əli ilə sağ qulağını qaşısa, ona güləllər. Amma Kəmaləddin Qafarov sol əlini qulağının arasından keçirib sağ qulağını qaşıyır. Və elə bilir ki, guya cinayət əməllərinin izini itirir. 
Gör bu ağılda adam səhiyyə naziri olsa, cəmiyyətimizi nə gözləyir ? 
Başın sağ olsun, başsız  səhiyyəmiz...


Oxşar xəbərlər

BAŞSIZ  Səhiyyə Nazirliyi  və  BAŞSIZ  TƏBİB uğrunda  dava qızışır…- Rəşad Mahmudovla Zaur Əliyev arasında SAVAŞ…
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu - FOTO
“Baş”sız  səhiyyəmizin təzə “baş”ı  peyda olub…- Həkim-deputat Rəşad Mahmudovun NAZİR olma eşqi...
Azərbaycanda vaksin ilk öncə onlara VURULACAQ
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir?
ÜST Azərbaycana 1 milyon tibbi maska göndərib
Oqtay Şirəliyevə yeni vəzifə VERİLDİ
Qoca Oqtay Şirəliyevlə cavan Ramin Bayramlının nə fərqi ?-  “Semaşko”da koronavirusla bağlı  həkimlərin əlavə maaşı niyə kəsilib ?
TƏBİB-in sədr əvəzləyicisi Vüqar Qurbanov nə işlə məşğuldur ?- TƏBİB ZAUR ƏLİYEVİN QAYDALARI İLƏ İDARƏ OLUNUR ?
Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - RƏSMİ AÇIQLAMA
TƏBİB və Nazirlik savaşır - Arada insanlar və ümidlər ölür!
TƏBİB və Nazirlik savaşır - Arada insanlar və ümidlər ölür
Xəstəxanada koronavirusdan ölən şəxslərin meyitləri dəyişik düşüb?
Revizor-baş həkim Nurməmməd Yarıyev necə Tibbi Mərkəzin direktoru oldu ? - Səhiyyə sistemindəki paralellik- Şap elə bilir şupdadır..
İsmayıllı səhiyyəsinin biabırçı durumu
Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?
"Vəziyyət belə davam edərsə..." - TƏBİB
Bu gündən vaksin vurdura bilməyənlərə sertifikat verilir
İsmayıllıda səhiyyə sistemi dizini yerə atıb... - İTTİHAM
BMT-dən Azərbaycana hədiyyə - FOTO
Bura tibb ocağıdır, yoxsa XƏSTƏLİK MƏNBƏYİ? - FOTOFAKT
Prezident Oqtay Şirəliyevi vəzifəsindən azad etdi
“TƏBİB-dəki uşağın bütün səlahiyyətləri əlindən alınmalıdır“ - Hafiz Hacıyev
“Qızıl Xaç”dan TƏBİB-ə tibbi yardım ianəsi
TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ
Tibb işçilərinə vaksin məcburi vurulur? - TƏBİB-dən AÇIQLAMA
TƏBİB-in şöbə müdiri vəzifədən getdi - YENİ TƏYİNAT
İki  baş  həkim  getdi “qazamata“- İndi səni deyirlər, Kəmaləddin  Qafarov
TƏBİB-ə belə sataşan olmamışdı - Foto
“Semaşko"nun baş həkimi işdən çıxarıldı - YENİ TƏYİNAT