Ermənilərə qəhmər çıxan xanım DEPUTAT Könül Nurullayeva, bu dəfə töhmətlə  canını qurtara bildin, çalış, bir də…
1-12-2021, 23:57
4 982

Ermənilərə qəhmər çıxan xanım DEPUTAT Könül Nurullayeva, bu dəfə töhmətlə canını qurtara bildin, çalış, bir də…

Deputat  xanım,  çalış dərinliklərə baş vurma, sənlik deyil…

Sovet dövründə  rayonlardan birinin 1-ci katibi  kolxozun yığıncağını keçirəndə kəndin gözəgəlimli, təhsilli qızlarından birinə deyir ki,  səni kolxoza  sədr qoymaq istəyirəm...atana denən gəlsin görüşək, xeyir-dua versin..
Nə isə qızın atası gəlir, 1-ci katibin  uzun söhbətini dinləyəndən sonra deyir ki, get öz bacını qalxoza  sədr qoy...mənim qızımla işin olmasın..
Katib o kənddən elə qaçır ki, bir də o kəndə gəlmir...
Sonradan  1-ci katibi o kəndə iclasa dəvət edəndə deyirmiş ki....
Yazıya bu girişi  elə-belə, yazını yüngülləşdirmək üçün, oxucunu yormamaq üçün yazdıq. 
Həə, indi isə keçək əsas mətləbə. 
Söhbət hörmətli millət vəkilimiz Könül Nurullayevadan gedir. 
Biz bu yazıya özümüzdən heç nə əlavə etmədən, konkret olaraq  deputatların öz dilindən çıxanları yazmaq istəyirik. 
Məsələn, hörmətli millət vəkilimiz, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyir ki, keçmiş deputat, Hüseyn Abdullayev Naxçıvanda toylarda qlarnet çalırdı...sonra məsləhət  oldu ki, deputat olsun...
Necə yəni klarnet çalırdı ?
Klarnet çalanın Milli Məclisdə nə işi var, ay Fəzail müəllim ? 
Məgər Milli Məclis toyxanadır ? 
Klarnet  çalana 20-30 min  seçici necə  səs verib ? 
Fəzail Ağamalı onu da deyir ki, “Quska”  Milli Məclisdə özünü apara bilmirdi. Vay, vay...
Bir adam özünü apara bilmirsə, bu adam necə deputat olub ? 
Könül xanım, bunların sizə zərrə  qədər dəxli yoxdur haa…
Amma bizim üçün də maraqlıdır ki, siz cavan qız necə deputat oldunuz ?
Ay Könül xanım, 10 minlərlə seçici  sizin  nəyinizə  səs verdi ? 
Bəlkə çatma qaşlarınıza ? 
Bəlkə başınızdakı çarşaba ? 
Həə, təsəvvür edirsiniz, Könül xanım  seçicilərlə görüşə  başı çarşablı gedirmiş…
Hələ bu harasıdır ?
Könül Nurullayeva, şəhid ailəsinin evinə daxil olarkən bahalı tuflisini də çıxartmayıb…
Ev sahibəsi deyib ki, sənə uşaq vaxtı öyrətməyiblər ki, evə daxil olanda adam tuflisini çıxardar ? 
Nə isə, sözün qısası,  5-10 nəfərin tanımadığı Könlül Nurullayeva 2020-ci ildə Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərində Nizami rayonu 24 saylı birinci seçki dairəsindən deputat olub. 
Axı, deputat seçilmək üçün ən azı 10-15  min nəfər sənə səs verməlidir ?
Ay Könül xanım, siz bu səsləri necə qazandınız ? 
Nə isə Könül xanım deputat olur. Və..
Deputat xanım Allah qoymasa, Türkiyədə səfərdə olarkən istəyib ki, bir deputat siftəsi eləsin və forsdana-forsdana deyib ki…
Ermənistan kasıb dövlətdir, ona görə də bizə təzminat verməməlidir…
Könül xanımın bu sözləri  sosial şəbəkədə tozanaq qopardı…təhqirin biri  bir qəpik…
Ay Könül xanım, sənə deyən lazım idi ki, neynirsən təzminat məsələsini…
Əslində Könül Nurullayeva savadsızlığından bu sözləri deyib..
Bu yerdə yadıma  bilirsiniz nə düşür..?
“Axırıncı aşırım”  filmindəki  nökər  Rəşid ( Fazil Salayev )  ağası Kərbəlayi İsmayıla xoş gəlmək üçün deyir ki…
Qurban olum Şura hökumətinə  ki, Kərbəlayinin heyfini Nikolay kopayoğludan aldı…
Kərbəlayi deyir ki, gədə, tikəni qulağın boyda edərəm…
Nə isə Könül Nurullayeva  bu səhvindən yaxşı canını qurtara bildi, ona şiddətli töhmət verildi…
Könül Nurullayeva, bu dəfə şiddətli  töhmətlə canını qurtara bildin, amma , çalış ki, bir də…
Həə, Könül Nurullayeva, atalar deyib ki, qonşunun ümidinə qalan…
Deyirsən  ailə də dövlətdir-filan. Belə dərin mövzulara çalış baş vurma, Könül xanım, çalış dayazda üz…
Girmə dərinlərə…



Oxşar xəbərlər

Xanım deputat yenə qəzəb yaratdı FOTO
Sən kimin qohumusan, Könül Nurullayeva ?- Könül xanım ermənilər üçün göz yaşı tökür...
Deputat Könül Nurullayevanın ailəsi-onun kiçik dövləti - Seçkidə  deputat  xanımın 2  rəqibi  “SOCAR”ın rəisləri olub
Deputatın ayaqqabı ilə daxil olduğu ev şəhid ailəsinindir? - Könül Nurullayeva olaya aydınlıq gətirdi
Könül Nurullayeva ermənilərə qahmar çıxdı, elə bir “gül” vurdu ki…
BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq
Milli Məclis deputata TÖHMƏT VERDİ
Töhmət alan deputat ÜZR İSTƏDİ
Faiq Ağayev deputat olmağa razılıq verdi - Video
“Şəhidlərimiz olan zaman şənlik keçirməzlər“ - Deputat
DYP deputata cavab verdi: Videokameralara baxış keçiriləcək
Könül Kərimovanın bu fotosu tənqid edildi
“Bədənini cəllad kimi kəsib, 8 saat narkozda saxlayıb...“ - Aynişandan sərt İTTİHAM
Aqil Abbas deputatların təkliflərinə qarşı çıxdı: “Bu qədər vəsait haradan ayrılsın?”
Şabranın belə bir KƏNDİ DƏ VAR... - Başçı bilmir... dövlət ki bilir!
Masallının bərbad yolları: “Təcili yardım belə bura gələ bilmir” - VİDEO
Bir qrup erməni deputat Qarabağa gəlir
65 yaşdan yuxarı deputatların bir qismi iclasa gəlmədi
“Bibimin kəfəni hələ saralmayıb“ - Xalq artistinin qohumları dalaşdı
"Onun mənimlə nə düşmənçiliyi vardı ki, belə tapşırıq vermişdi” - Əli Həsənova sərt ittiham
Deputat Qarabağ Qazisinə vəd versə də... - İndi ortalıqda görünmür...
“Hətta br dəfə hansısa televiziya da gəlmişdi çəkilişə, yenə veclərinə alan olmadı...” - GİLEY
“Belə getsə, kənddən köçüb getməli olacağıq” - GİLEY
Ermənilər bu kəndə qədər geri çəkilib: “Tezliklə bura da Azərbaycanın olacaq”
Könül Kərimova yenidən dəyişdi - VİDEO
Elman Nəsirov: "Deputat" sözü "millət vəkili" sözü ilə əvəz edilməlidir"
Pul qazanmaq üçün Rusiyaya gedən azərbaycanlı məşhurlar
Fəqət Şadlinskaya Bərdənin icra başçısı olmaq istəyir..- İcra başçısı Vidadi İsayevin  keçmiş “qara kassası” hamıya meydan oxuyur
Azay Quliyev 2005-də Şirvanda necə deputat oldu ?- Millət vəkili niyə 3-cü dəfə Şirvandan Binəqədiyə “köçdü” ?
"25-dən çox qohum və rəfiqəsini direktor təyin edib..." - NARAZILIQ!