Özəl klinikalar  millətin başında “həkimlik”  öyrənir…-  “Baku Medical Plaza”  dövlətə nə qədər vergi ödəyir ?
2-12-2021, 18:39
908

Özəl klinikalar millətin başında “həkimlik” öyrənir…- “Baku Medical Plaza” dövlətə nə qədər vergi ödəyir ?

Klinikada həkimlərin  real maaşı nə qədərdir..?

Həkimlər körpənin atasından əvvəl 160, sonra 600, sonra 3000 manat alaraq…onu necə öldürdülər?  

70 il  yaşadığımz  sovet  dönəmində  səhiyyə və tibbi xidmət  pulsuz idi və hətta ən kasıb adam üçün əlçatan idi. Digər tərəfdən  səhiyyə xidmətinin  səviyyəsi yüksək idi. Təsəvvür edirsiniz, ən ucqar dağ kəndinin sakini  kor bağırsağını təlükəsiz  şəkildə əməliyyat etdirib  2 gün sonra sağ-salamat evinə qayıdırdı. Və uzağı  həkimə “xırda  bir şirinlik”  verə bilərdi. 
Amma  30 ildir  Azərbaycan səhiyyəsinə  yüz milyonlarla dövlət vəsaiti qoyulub, yarlı-yaraşıqlı xəstəxanalar tikilib, xaricdən ən bahalı tibbi avadanlıqlar gətirilib, üstəlik Allah qoymasa 30 ildə yüzlərlə özəl tibbi klinikalar  peyda olub. Bəs nəticə..?
Həə, bax burda  vətəndaşın anası mələr qalır. 
Təkcə  bir faktı qeyd edək. Bir müddət əvvəl həkim xəstədən  850 manat alaraq onun korbağırsağı əvəzinə nazik bağırsağını kəsmişdi. Həkim öz dili ilə deyir ki, mexaniki səhv olub...
Bəli,  səhiyyəmiz fəlakətli durumdadır. 
Bəzi oliqarx məmurlar özünə klinika açıb. Heç iki dərmanın adını  soruşsan bilməz, amma millətin başında tibb  elmini öyrənir, milyonlar qazanır...
Bir soruşan yoxdur ki, polis rəisi, prokuror, məhkəmə sədri, icra başçısı hara, tibbi klinika hara ?
Bunlara səhiyyə nazirliyi necə lisenziya verir ? 
Təsəvvür edin ki, çoban gedib təhsil nazirliyindən lisenziya istəyir ki, özəl məktəb açmaq istəyirəm ...
Nə isə, mövzudan uzaq düşməyək. 
Bakıda fəaliyyət göstərən özəl klinikalardan biri də “Baku Medical Plaza”dır. 
Maraq üçün klinikanın  saytına daxil olub, bölmələrlə  maraqlanırıq. 
Deməli, klinikada tibb elminin bütün bölmələri var. Ürəkdən ( kardioloq) tutmuş dişə (stomotoloq), mədədən  doğuma ( ginekoloq), cərrahiyyədən psixoloqa və s  bir sözlə, hərşeyşünas xəstəxana. 
Adətən, dünyada klinikalar müəyyən sahə üzrə ixtisaslaşır, bizimkilər isə hamısından  yarımçıq, yəni hərşeyşünas. 
Bu klinikanın təkcə Bakı şəhərində neçə filialı, neçə mərkəzi fəaliyyət göstərir. 
Hamısında da  qiymətlər ceyran belində. 
İndi soruşsan ki, dövlət büdcəsinə nə qədər  vergi ödəyirsiniz, məlum olacaq ki, “qəpik-quruş”. 
Soruşsan ki, həkimlərin əmək haqqı sənədlərini ortaya qoyun, məlum olacaq ki, həkimlər 400-500 manat maaş alır. Amma əslində  real maaşlar 4-5 mindən başlayaraq 10 min manata qədər davam edir. 
Bu külli miqdarda vergidən yayınmadır. 
Necə olur ki, son vaxtlar dəlləkxanada  kassa aparatı quraşdırmaq istəyirsiniz, amma o boyda klinika bu qədər vergidən yayınır ? 
Klinika öz saytında özünü necə reklam edir ?
Dünya standartları, müasir tibbin nailiyyətləri, xalqa təmənnasız  xidmət və s. Necə deyərlər, kasıb itinin adını gümüş qoyan kimi, səhiyyəmiz də dünya standartlarından danışır...
Görün, klinikanın saytında nə yazılır:
Baku Medical Plaza-da fəaliyyət göstərən Ana və Uşaq Sağlamlıq Mərkəzinə aid olan Qadın xəstəlikləri və Doğum şöbələri müasir dünya standartlarına uyğun etibarlı xidmətlər göstərməkdədir. Burada  qadın xəstəlikləri, hamiləlik, hamiləlikdən əvvəl və doğuşla əlaqədar problemlərin həllində müasir tibb sahəsindəki  yeniliklər tətbiq edilməkdədir.
Əgər belədirsə,  2 aylıq körpəni necə öldürdünüz, ey  “qəssab”lar..? 
Valideyin deyir ki, uşaq həm hamiləlik dövründə, həm də hamiləlikdən sonrakı dövrdə normal olub, uşaq tam sağlam və çəkisi də normal olub: “ Son günlər uşaqda qusma olduğu üçün həkimə müraciət etdik, həkim dedi ki, sünnət etdirin”. 
Bəli, Azərbaycan həkimi qusmanın səbəbini  sünnətdə axtarır. Budur səhiyyəmiz. 
Valideyin deyir ki, həkimin dediklərini elədik və uşağın halı lap pisləşdi, həkim məsləhət bildi ki, 
“Baku Medical Plaza”ya aparın.  Klinikada  160 manat ödənişi elədik, sonra bizdən yenə 600 manat istədilər, onu da ödədik, sonra isə həkim dedi  ki, uşağın vəziyyəti lap ağırdır, reanimasiyaya qoymaq üçün 3000 manat ödəməlisiniz…”. 
Sonra valideynlə həkimlər arasında belə söhbət olub:
Növbətçi baş həkim olan cavan oğlana da dedim ki, üstümdə 600 manat var, onu verirəm, siz uşağı yerləşdirin, qalan hissəsini də götürüb gəlirəm. Saat təxminən gecə 2 olardı. 
Dedilər: "Yox, biz bunu edə bilmərik”. Baş həkimə yalvardıq-yaxardıq ki, uşağın halı çox pisdir, uşağı götürün, indi gecədir, səhərə az qalıb, saat 7-yə qədər ödəyəcəyik, təki uşaq yaşasın. Növbətçi həkim isə cavabında dedi: "Mən sizi başa düşürəm, amma rəhbərlik qoymur”.
Mən xahiş-minnət elədim, dedim, rəhbərliyin xəbəri olmayacaq, saat 7-yə kimi gətirirəm. Çünki uşaq aparatdan ayrılsa, oksigeni çatmayacaq, öləcək. 
Gözümzün önündə övladımız ölüm-qalım savaşı verərkən bizim əlimizdən heç nə gəlmirdi. 
“Baku Medical Plaza” ilə bağlı  belə dəhşətli faktlar çoxdur. 
Amma yazmağın, sadalamağın nə faydası ?


Oxşar xəbərlər

Ömürlük xəstələr qalıb Səhiyyə Nazirliyinin, TƏBİB-in və Zaur Əliyevin əlində- Ramin Bayramlıdan nümunə götür, Zaur Əliyev
Bura tibb ocağıdır, yoxsa XƏSTƏLİK MƏNBƏYİ? - FOTOFAKT
“MedEra Hospital”da ağzımı elə tikdilər ki, dodaqlarım açıq qalır  yumulmur ...-ŞİKAYƏT
Adı  “ÖMÜR” olan  klinika  insanların  ÖMRÜNÜ  kəsir və ciblərinə girir - ŞOK FAKTLAR
Tibbi sığortanın bilinməyənləri – Daha heç kim xəstə “oğurlamayacaq”
Bu klinikalar İcbari tibbi sığorta ilə bağlı xidmət göstərir - SİYAHI
Tibbi Sığorta Agentliyindən qəribə ŞİKAYƏT
“Baku Medical Plaza”da həkimin pulları oğurlandı
“Modern Hospital”da ölənlərin sayı niyə artır ?- Hospitalın real gəliri və ödədiyi vergi nə qədərdir ?
Qoca Oqtay Şirəliyevlə cavan Ramin Bayramlının nə fərqi ?-  “Semaşko”da koronavirusla bağlı  həkimlərin əlavə maaşı niyə kəsilib ?
Mənbəyi bilinməyən “REAL TİBB MƏRKƏZİ”- Səhiyyə Nazirliyi hara baxır?
Musa Abbasovun Neftçilər xəstəxanası  can ala-ala gedir...- Qiymətlər isə kəllə-çarxa qalxıb
“Premium Clinic”in premium qiyməti xəstələri bezdirib
Dövlət xəstəxanalarında “özəl qiymətlər”: - Travmatologiya İnstitutu rentgenə niyə pul alır?
«Əvvəl təkcə həkimə pul verirdik, indi həm sığortaya pul ödəyirik, həm həkim pul alır”
Koronavirus testi ölkəyə neçəyə gətirilir? - TƏBİB sualları cavabsız qoyur
Başın  sağ olsun,  BAŞSIZ  səhiyyəmiz- Səhiyyə naziri  olmayaq istəyən  Kəmaləddin Qafarov kimdir ?
Oqtay Şirəliyevdən sonra Yaqubun yuxusu ərşə çəkilib...-  Səhiyyə nazirliyinin avtomobil qarajında baş verən qanunsuzluqlar...
Bu xəstəxanalarda da pulsuz tibbi xidmət ala bilərsiniz - Siyahı
120 manat ödəyib, həkim otağına daxil ola bilərsiniz... - Xəstəxanalarda "dodaq uçuqladan" qiymətlər...
Zaur Əliyev də istefa verməliydi... - tibbi sığortanın təşkili bərbad, yenə həkimə rüşvət...
Bu klinikalar vaksin yoxlanışı üçün 30 manat istəyir
Səhiyyə Nazirliyinin VAKSİN TƏLƏSİ... - BUNUN BAŞQA ADI YOXDUR...
“Ömür” klinikasında  nələr baş verir ?- Niyə susursunuz, xanım  Tansu Məmmədzadə ?
Milli Məclisin “bəd xassəli”  deputatı Kəmaləddin Qafarov...-  O milyonları xəstə insanların cibinə girməklə qazanır...
Həkimlərə əlavələrin verilməsinin şərtləri dəyişdi
Bu gündən Bakıda yaşayanlar üçün bir sıra xidmətlər pulsuz olacaq
Binanın girişinə atılan uşaqla bağlı AÇIQLAMA
TƏBİB-in sədr əvəzləyicisi Vüqar Qurbanov nə işlə məşğuldur ?- TƏBİB ZAUR ƏLİYEVİN QAYDALARI İLƏ İDARƏ OLUNUR ?
Səhiyyə nazirliyində şok korrupsiya sistemi – DETALLAR