Suraxanı məhkəməsinin sabiq hakimi, Zəngilan rayon məhkəməsinin sədri  Gülsarə Kərimovnanın hakim olaraq  fəaliyyəti barədə nə qədər yazsaq da, çalışırıq ki, onun şəxsiyyətinə, personasına, özəl həyatına toxunmayaq. 
Çünki dünyada özəl həyat  toxunulmazadır. Biz də bir media olaraq  buna riayət etməyə çalışırıq. 
Yəni bizim bir media olaraq  mübarizəmiz  Gülsarə xanımın ÖZÜ ilə deyil, hakim olaraq fəaliyyəti ilə bağlıdır. 
Bizim üçün kiminsə özəl həyatı maraqlı deyil...
Sadəcə, biz dəfələrlə  soruşuruq ki, Türkmənistanda doğulan, orada böyüyən, təhsil alan, dülgərlik üzrə peşə məktəbini yarımçıq qoyan ( bilmirik ali, yoxsa...) sonradan vəkil-notarius işləyən, orada məhkumluq həyatı yaşadığı deyilən ( bunu da biz dəqiq bilmirik, qoy özü aydınlıq gətirsin ) Gülsarə Kərimovna necə olub ki,  gecə Bakıya uçub və sabah Suraxanıda məhkəmə hakimi olub ?
Hətta, Gülsarə xanımın azərbaycan dilini bilməməsi, FƏRD  sözünü söyüş kimi başa düşməsi və digər məsələləri bir kənara qoyuruq. Amma Gülsarə Kərimovna bir məhkəmə qərarını, qətnaməsini yaza bilməyən, yazmaq üçün ən azından həmin yazdığın dili bilməlisən möhtərəm dostlar. Hörmətli Fikrət Məmmədov, biz Zəngilanlılara təyin etdiyiniz Gülsarə Kərimovna İmanova Azərbaycan dilində yazıb oxumağı bilmir. Elə hər dəfə deyirsiniz ki, Ramiz Mehdiyevdən ayıbdır, xətrinə dəyər. Bəs bu 50 minlik Zəngilan camaatından ayıb deyil? Gulsarə Kərimovna İmanovanın təhsili ilə, adı, soyadı ilə, vətəndaşlığı ilə maraqlanın. Axı Vüsalə deyirdi ki, bütün qərar və qətnamələri mən yazıram. Bu Gülsarə xanım Azərbaycan dilini bilmir, fərd deyirik, deyir mənə söyüş söyməyin. Biz bununla hansı dildə danışaq, özümüzlə tərcüməçi aparaq? Bir nümayəndənizi göndərin, məhkəmədə iştirak etsin. Bunu da Prezident bilməlidir?  
Zəngilan  məhkəməsinin sədri  Gülsarə Kərimovnanın məcburi köçkünləri  formal boşatması, bu məsələni biznesə çevirməsi, Ramiz Mehdiyevin ailəsi, daha doğrusu, xanımı ilə sıcaq münasibətləri və digər məsələləri də zamanın öhdəsinə buraxırıq. 
Ancaq Gülsarə Kərimovnanın uşaq ikən fizika elminə marağı  bizim diqqətimizi cəlb etdi. 
Bu, digər mövzulardan az maraqlı deyil. 
Yaxınlarının dediyinə görə, balaca, totuş  Gülsarə orta məktəbdə oxuyanda  məşhur fizik Qalileyo Qalileyin bir  fikrini tez-tez təkrar edirmiş:
Mənə dayaq verin...mən kürreyi-ərzi  qaldırım..
Elə o vaxtdan Gülsarə Kərimovna hara gedibsə, özünə arxa-dayaq, dirək axtarıb...
Axır ki, bu dayağı Azərbaycanda tapıb. 
Məhz o dayağın nəticəsində  qısa müddətdə bu uzunluqda KARYERA qazanıb. 
Son vaxtlar Ramiz müəllimin dayağı gücdən düşdüyü üçün  Gülsarə Kərimovna  xiffət keçirir, cürbəvür hallar yaşayır, haldan-hala  düşür...
Amma biz bir media olaraq deyirik ki, Gülsarə Kərimovna, qəti narahat olmayın,  hüquqi müstəvidə davamız öz yerində qalır, türklər demişkən, eşq ayrı, məşq ayrı...amma  sizə  özəl həyatınızla bağlı, xobbinizlə bağlı öz saytımızda  yer ayıra bilərik. 
Stress atmaq istəyirsinizsə, sizə yardımçı ola  bilərik, əlbəttə. BİR İNSAN KİMİ...
Hüquq müstəvisində davamız isə, davam edəcək.