İcra başçısı Şahin Məmmədovla “Broker”  Əbülfəz Məlikovu nə birləşdirir ?  - Batumidə “broker”lə  icra başçısını qoşa villası...
6-12-2021, 09:00
697

İcra başçısı Şahin Məmmədovla “Broker” Əbülfəz Məlikovu nə birləşdirir ? - Batumidə “broker”lə icra başçısını qoşa villası...

Həyatını təşviş  və qorxu içində yaşayan “qəmsəmol”  Şahin Məmmədovun SİRRİ...

2004-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başcısı,  2005-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, 2019-cu ildən isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı işləyən  Şahin Məmmədovun  Gürcüstanın Batumi şəhərində 1 milyon dəyərində villasının olması barədə ötən yazımızda bəhs etmişdik. 
Sözün düzü, Şahin Məmmədovun  ölkədə yüzlərlə obyektinin olması, torpaq sahələri,  fermaları, Bakıda mənzilləri, Ağcabədi şəhərində  böyük mağazaları, maşın yuma sexi,  böyük mebel mağazası, iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexləri  və daha nələri  barədə mediada çox yazılıb. 
Amma Batumi şəhərindəki villası  mediada az hallandırılıb. 
Şahin Məmmədovu tanıyanlar yaxşı bilir ki, tipik əyalət adamıdır, yəni bir tamaşada deyilən kimi “kolxoz Qüdrət”. 
Ona görə də  məlumatlı bir mənbə ilə  2 gün öncəki təsadüfi  söhbətimizdə  villa məsələsinə aydınlıq gəldi. 
Mənbənin dediyinə görə, gömrüyün “qara kassası” kimi tanınan, “Trans Broker” MMC-nin sahibi Əbülfəz Məlikovun  Batimidə möhtəşəm bir villası var. 
Söhbət  vaxtilə vağzalda iranlı Mənüçöhr Əhədpurun siqaretini satan, sonradan erməni qızı ilə evlənən, daha sonra  gömrüyün monopolistinə çevrilən Əbülfəz Məlikovdan gedir. 
Bəli, Əbülfəz Məlikovun  Gürcüstanın  rəhbərliyi, nazirləri ilə möhkəm əlaqəsi olub. Həm də Əbülfəz Məlikov  Gürcüstandan  Azərbaycana  qoyun, dana  daşımaqla  milyonlar qazanıb. Və nəticədə  Əbülfəz Məlikova Batuminin ən gözəl yerində böyük torpaq sahəsi  ayrılıb. Orada Əbülfəz Məlikov özünə və Gürcüstan dövlətinin  nazirlərindən birinə villa tikdirib. 
Mənbəmiz həmin villalarda olduğunu və oranın az qala cənnəti  yada saldığını danışdı. Və sonda bildirdi ki, Əbülfəz Məlikov ona “pay”  verilən böyük torpaq sahəsinin bir hissəsini  Şahin Məmmədova satıb və orada  Şahin Məmmədov üçün villa tikdirib. 
Mənbəmiz bildirdi ki, həmin villa  torpaqla birgə Şahinə Məmmədova  12 milyona başa gəldi. 
Nə isə, villa məsələsinə beləcə aydınlıq gəldi. 
Bəs görəsən, təkcə bir villaya 12 milyon xərcləyən Şahin Məmmədov  bu pulları necə və hansı yolla əldə edib ? 
3 rayonda  18 il icra başçısı işləmək sizə zarafat gəlməsin. Hələ Allah qoymasa, bundan sonra Şahin Məmmədovun  daha nə qədər icra başçısı olacağı bilinmir. 
Hələ icra başçısı olmazdan öncə Şahin Məmmədov  Bərdə şəhərində müxtəlif  bankların müdiri olub  və Bərdədə “obnaliçka” Şahin kimi ad çıxarıb. 
Deməli,  mediada  Şahin Məmmədovun “dini təriqət”  məsələsinə toxunulsa da mövzunun dərinliyi hələ də mediada açılmayıb. 
Bəli,  Şahin Məmmədov Bərdədə  işləyərkən, həyatını büsbütün zəhərləyəcək bir hərəkət edib. Bunu Bərdədə çox az adam bilir. Ona görə də Şahin Məmmədov  bu mövzunu  qorxulu sirr  kimi qoruyur. Kim bu mövzuda zərrəcə  bilirsə, ağzını  yummağa, pul basıb  mövzunu qapatmağa çalışır. Söhbət irz-namusdan gedir…Nə isə…
Rəhmətlik Sabir deyirdi ki, İrzü namus gedər badə…
Axundov isə deyirdi ki, Bu günədək ağalar və bəylər öz rəiyyətinin  qızının irz və namusuna toxunmayıb…
Başa düşdünmü, Şahin  Məmmədov ? 
Biz  İranda  daha çox  tanınan dini təriqət  nümayəndələri ilə  Şahin Məmmədovun əlaqələri, sponsorluğu  və s  məsələləri  zamanın öhdəsinə buraxırıq. 
Bəli, keçmişi komsomolçu olan  Şahin Məmmədov, sonra bankir, daha sonra icra başçısı ola bildi. 
Yuxarıda  bir sual verdik ki, təkcə 1 villaya  12  milyon xərcləyən Şahin Məmmədovda bu qədər pul haradandır ? 
Bu adam Ağcabədinin icra başçısı olarkən, Qarqar çayından rayon mərkəzinə gələn 18 km uzunluğunda su  borularını çıxararaq satıb.
Qarqardan Ağcabədinin rayon mərkəzinə kimi uzanan 18 km-ə qədəri çuqun  boruların 1-inin uzunluğu 4,2 metr, çəkisi 534 kq-dır. 
İndi qoy hüquq-mühafizə orqanları  18 km borunun çəkisini və bazar qiymətini hesablasın. Və görsünlər ki, Şahin Məmmədov təkcə su borularından neçə milyonlar qazanıb. 
Başqa  bir misal. Dövlətin Ağcabədidəki səhiyyə müəssisələrinə dərman preparatlarının alınması üçün ayırdığı  200 min manat pulu  Şahin Məmmədov mənimsəyib. Hətta buna görə, rayon  səhiyyə idarəsinin müdiri  Şahinə bir sillə vurub, pulu qaytarmasını tələb edib. 
Keçmiş  qəmsəmol  Şahin Məmmədov köhnə əməllərini indi də Masallıda davam etdirir. 
Keçmiş icra başçısı  Rafil  Hüseynovun  zülmündən güclə qurtaran Masallı camaatı indi də Şahinin problemlərinə keçib. 
Belə yerdə deyirlər, Allah qüvvət verməsin..


Oxşar xəbərlər

Masallının başçısı Şahin Məmmədov Batumidəki 1 milyonluq villasını hansı pulla tikdirib ?
Masallıda icra başçısı Şahin Məmmədovun İMPERİYASI…- Şahin Məmmədov da həbs oluna bilər…
18  il  icra başçısı işləyən  Şahin Məmmədov hansı  “təriqət”in  üzvüdür ?- Ağcabədidə  5  diplomat pul təklif olunan  icra başçısı...
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Masallının icra başçısı Şahin Məmmədov, onun ailə sirri və Bəhai təriqəti…- ŞOK FAKTLAR
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
Masallının qohum icra başçıları...- Rafil Hüseynov və Şahin Məmmədovun “işbirliyi”.
Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Yeni icra başçısı harda işləyib?
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Sabiq məmur vəfat edib
Şəmkirdə əməliyyat: icra başçısı saxlanıldı
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Prezident icra başçısını işdən çıxartdı - Yeni təyinat
Prezident icra başçısını işdən çıxardı
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadılıb
Lerikin icra başçısı ilə bağlı daha bir iddia - VİDEO
Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?
Sabiq icra başçısı vəfat etdi