Sahil Babayev  kimin müdafiə naziridir: Əhalinin, yoxsa..?  - Gündə  göydələndən bir fəhlə yıxılır ölür, niyə onun hüququnu qorumursan, cənab Babayev ?
6-12-2021, 05:38
1 518

Sahil Babayev kimin müdafiə naziridir: Əhalinin, yoxsa..? - Gündə göydələndən bir fəhlə yıxılır ölür, niyə onun hüququnu qorumursan, cənab Babayev ?

4 ildir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik edən  Sahil  Babayevin  rəsmi tərcümeyi-halında qeyd edilir:
İngilis, rus  və türk dillərini əla, fransız dilini isə yaxşı səviyyədə bilir.
Vallah  bu adam politoloqdursa ( çox dil bilən ), göndərin getsin mütərcimlik, tərcüməçilik eləsin. Yoxsa, bu adamın ingilis, yaxud  firəng  dilini bilməsinin sadəcə Azərbaycan insanlarına nə faydası var ?
Təsəvvür edirsiniz, özünü həm də hüquq  professoru hesab edən bu şəxs 2000-ci ildə qəbul olunmuş və 2008-ci ildə qüvvədən düşmüş qərara ƏSASLANARAQ kimlərinsə pensiya və təqaüdlərini azaldır. 
Bu adama başa salan yoxdur ki, sənin əsaslandığın QƏRAR 2008-ci ildə QÜVVƏDƏN  DÜŞÜB. 
Bu adam hələ də QÜVVƏYƏ MİNMƏKLƏ, DÜŞMƏYİ ayırd  edə bilmir. 
Bütün bunlar cəhənnəmə, bu adam 4 ildir nazirdir, indi ayılıb ki, ölkədə vətəndaşlar 10-12 saat işləyir, insanların əmək hüququ pozulur və s. 
Bu adam guya  Avropa  dillərini  bilir, amma bilmir ki, Avropa 100 il əvvəl  8 saatlıq iş rejiminə keçib. 
Bu gün Avropada  8 saatlıq deyil, 6 saatlıq, həftədə  5 günlük  deyil, 4 günlük  iş rejimi müzakirə olunur, ay Sahil Babayev.    
Sən yatmısan fil qulağında...
Heç olmasa sənin nazir təyin edən, sənə etimad göstərən cənab Prezidentin dediklərinə qulaq as, əməl et də.  Dövlətimizin başçısı deyir:
"Sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz."
Başa düşdünmü, cənab Sahil Babayev ?
Prezidentimiz deyir ki, ixtisar edilən hər bir iş yeri bütöv ailəni çörəksiz qoyur. 
Sən isə 4 ildir nazirsən, 10 minlərlə insanı çörəksiz qoymusan, təqaüdünü kəsmisən, pensiyasını azaltmısan, yüz minlərlə insanı dövlətimizdən narazı salmısan...
Axı, sənin vəzifən Əhalinin müdafiəsini qurmaqdır, sən kimə qulluq edirsən, kimləri müdafiə edirsən..? 
Ümumiyyətlə, sənin məqsədin nədir ? 
Sən 4 ildir nazirsən, indi deyirsən ki, iş yerlərində monitorinq keçirmək sitəyirik. İndi ayılmısan ? 
Bəs 4 ildir nə ilə məşğul  idin ? 
Biz başa düşürük ki, sabiq nazir, hazırda həbsdə olan Səlim Müslümovun  dövründə  təqaüd, pensiya məsələsi  al-ver, biznes məsələsi olub. Bu problemi də normal qaydada həll etmək, yoluna qoymaq olardı.
Səninki bilirsən nədir ?
Dədəm mənə kor deyib...
İnsanlar sənin əlindən qan ağlayır, adamlar dərman pulu tapa bilmir, sən də fəxrlə deyirsən ki, son 1 ildə minlərlə pensiyanı büdcəyə qaytarmışam. 
Büdcə xalq üçündür, millətin rifahı üçündür. 
Sən öz  yerini isti eləmək üçün 10 minlərlə imkansız insanın yerinə  soyuq su calamısan, adam...
Adamlar aldıqları cüzi pensiya ilə işıq, qaz, su pulu verirdi. Sən o imkanı da insanların əlindən almısan. 
Cənab Sahil Babayev, bütün ölkə sənin əməllərindən danışır. 
Cənab Sahil Babayev,  eşitdik ki, karonaya yoluxmusan, Allah şəfa versin. 
Amma  sosial şəbəkədə bunu eşidənlərin sənin ünvanına dediklərini  oxusaydın, bir gün də o vəzifədə oturmazdın. 
Cənab Babayev, nəzərinə çatdırım ki, 100 il əvvəl, Azərbaycanda , 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdur. Bunu bilirdinmi ? 
Bilsəydin belə etməzdin. 
Gündə Bakıda tikilən göydələndən bir fəhlə  yıxılıb ölür, onun hüquqlarını niyə qorumursan ? 
Sən həmin tikinti  şirkətinin  sahibinə söz  deyə bilərsənmi ? 
Cənab Sahil  Babayev, sənin işin büdcə doldurmaq deyil e, imkansız əhalinin müdafiəsini  qurmaqdır. 
Əgər büdcə  doldurmaq istəyirsənsə, sənə yolunu göstərək. 
Tabeçiliyində Dövlət Sosial Müdafiə Fondu var. 
Həmin qurum tikinti şirkətlərindən hər ay nə qədər pul yığır ? 
O pulların neçə faizi  DSMF-yə köçürülür ? 
Sənin tabeçiliyində Dövlət  Əmək Müfəttişliyi var.
4 ildir nə işlə məşğuldur ?
Bu sualalr sənə gec-tez veriləcək. 
Hazır ol, Sahil Babayev.


Oxşar xəbərlər

SAHİL BABAYEV DƏ HƏBSƏ GÖNDƏRİLİR ?- Sahil Babayev  deyir ki, bu qanunsuzluq Səlim Müslümovun vaxtında olub...
Nazir Sahil Babayevin atası polkovnik Rafiq Babayev kim olub ?- Rafiq Babayev AXC hakimiyyəti dövründə hansı vəzifədə işləyib ?
SAHİL BABAYEVİN XALQIN BAŞINA AÇDIĞI OYUNLAR ... Əmək və əhalinin sosial müdafiəsi nazirliyi hansı qanunlarla idarə olunur bilinmir?
Gələn il pensiyalar artacaq - RƏSMİ AÇIQLAMA
Sahil Babayev 190 manatın verilməsindən DANIŞDI
Kasıb, imkansız ailələrin “müdafiə naziri”  Sahil Babayev- Qarabağ qazisinə 4 min manata 3 xəstə inək  verib …
Prezidentin rəis təyin etdiyi Azad Cəfərli kimdir? - DOSYE
Sahil Babayevdən yeni TƏYİNAT
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
Sahil Babayev sabiq nazirin kadrına vəzifə verdi - FOTO
Azad olunan ərazilərdə çoxsaylı iş yerləri açılacaq
Sahil Babayevdən anlaşılmaz qərar... - NARAZILIQ!
Azərbaycanda yaşa görə pensiya ARTIRILIR
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
Sahil Babayevin "çarıqlı milyoneri": Fəhlənin adına şirkət açıb və... - İLGİNC FAKTLAR
Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM
Nazirlik, yoxsa Sahil Babayevin “qohum-əqrəba”  kantoru ?- Nazirin həyat yoldaşına məxsus  şirkət ölkəyə nə idxal edir ?
Energetika Nazirliyində yeni təyinat
Sahil Babayev bu ailənin də ümidlərini kəsib... - GİLEY
Sahil Babayev 1000 manata portret alır
Pensiyaların artırılacağı ilə bağlı rəsmi açıqlama
Nazir Sahil Babayev keçmiş məhkumlara ayrılan pulu niyə gecikdirir?-Bəlkə, sələmə verir ?
Sahil Babayevin müavini məhkəmə qərarının qanuniliyini yoxlayır?! - ABSURD!!!
Şəki sakini nədən əlillik dərəcəsi ala bilmir? - xəstəliyində heç bir irəliləyiş olmayıb...
"Öz qərarlarına özləri əməl etmirlər" - İLGİNC
Rəşad Babayevin kimin əmisi oğlu olmasının cəmiyyət üçün mənası yoxdur, Səfər Mehdiyev...-  Əsas olan  DGK-da rüşvət və korrupsiyadır
Sahil Babayevin işçilərindən Qazaxda ÖZBAŞINALIQ - GİLEY
"Sahil Babayev bizim ailəyə zülm edir..." - BU İNSAFDANDIRMI?
“Pensiyamızı qüvvədən düşmüş qanunla hesablayırlar” - NARAZILIQ!
Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilini bilməlisən” - FOTO