“Qaçqınkom”un sədri  Rövşən Rzayev  xanım şikayətçiləri döydürür-ŞOK VİDEO
27-08-2020, 13:00
1 004

“Qaçqınkom”un sədri Rövşən Rzayev xanım şikayətçiləri döydürür-ŞOK VİDEO

Etdiklərin bir gün bumeranq kimi özünə qayıdacaq…
Dəfələrlə qeyd etmişik, bir daha təkrar edirik ki, qısa adı ''Qaçqınkom'' olan dövlət qurumu, digər dövlət qurumlarından fərqlidir. Biz digər qurumların əhəmiyyətini və rolunu azaltmaq fikrində deyilik. Ancaq gəlin xırda bir müqayisə edək. Vergilər nazirliyinə, yaxud Gömrük komitəsinə gündə 5-10, ayda 200-300 iş adamı, şikayətçi müraciət edə bilər. Yaxud Baş prokurorluğa, Ali Məhkəməyə, Təhsil nazirliyinə də eləcə. Amma Qaçqınkom elə bir qurumdur ki, yerini-yurdunu-işini-var-dövlətini itirmiş, hər şeyindən məhrum olan və sayı milyondan çox olan insanları, ailələri gözünüzün qabağına gətirin. Ona görə də Qaçqınkoma sədr təyin ediləndə bütün bu çətinlik nəzərə alınmalıdır. Sözümüzün canı odur ki, Qaçqınkom sədri anlamalıdır ki, hansı ağır yükün və məsuliyyətin altına girir. Bu kabinetdə oturub şellənmək deyil e. Bir məsələni də qeyd edək ki, vaxtilə Qaçqınkomda məsul vəzifədə işləyən rəhbər şəxslərin hamısının xarici ölkələrdə evləri, villaları, mülkləri, biznesləri,bahalı telefonları bahalı telefon nömrələri var. Haradandır bu pullar? 

Əlbəttə dövlətin qaçqınlara ayırdığı vəsaitin hesabına. Əli Həsənovu çıxardıb yerinə Rövşən Rzayevi təyin etməklə problem həll olunmur. Hiss olunur ki, cənab Rövşən Rzayev hansı yükün, hansı məsuliyyətin altına girdiyini hələ də hiss etmir. Rövşən Rzayevin nəzərinə bir şeyi də çatdırmaq istəyirik ki, bizim xalqımız rahat toplumdur. Onun dərdini dinləyə bilsən, hesab et ki, problemin yarısı həll ounub. 

Cənab Sədr! 

Siz bu insanları dinləməyi də bacarmırsınız. Biz demirik ki, sizinsehrli çubuğunuz olsun, hər şeyi bir anda həll edin. Əsla. Amma bu problemlərin içində çabalayan insanları heç olmasa dinləmək qabiliyyətiniz olsun də.

Cənab Sədr! 

Sizin qəbulunuza gələn zavallı qadın qaçqınların polis tərəfindən döyülməsinə indicə baxırıq. O insanları niyə döydürürsünüz ? Axı, o insanlar sizdən nə istəyir ? Qobu kəndində qaçqınlar üçün yararsız evlər tikilibsə günahkar sizsiniz. Bəs o bina tikiləndə hara baxırdınız ? Əgər məcburi köçkün qadın ərindən boşandığına görə məskunlaşdığı evindən bayıra atılırsa bu qadın harada yaşasın ? Bəs küçədə, yol qırağında gecələsin ? Biz buradan cənab Daxili İşlər Naziri, hörmətli Vilayət Eyvazova da müraciət edirik.

Cənab nazir !

 Sizin az müddətdə DİO-da həyata keçirdiyiniz islahatlar, müsbət kadr dəyişiklikləri cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Ancaq məcburi köçkün qadını döyən polisə də deyin ki, sizin müsbət işlərinizə kölgə salmasınlar. Bu insanları onsuz da talehi döyüb ki, yer-yurdlarından olublar, isti ocaqlarından olublar.
 Cənab komitə sədri !
 Kabinetdə oturmaqla qaçqın və məcburi köçkünlərin problemlərini həll etmək olmaz.Buyur yataqxanalara, yarımçıq tikililərə get, qaçqınların həyatı ilə maraqlan. Ölkə başçısı cənab İlham Əliyev Ağcabədiyə, Füzuliyə gedib qaçqınların evində ola bilirsə, siz niyə bunu etmirsiniz?
 Cənab komitə sədri !
 Sizin kabinetin qarşısında polisin döydüyü, itələyib yerə yıxdığı qadın sənin anan, bacın, qızın deyilmi ? Sənin vicdanın necə buna dözür ? 

Cənab Rövşən Rzayev ! 

Bütün dünyada məcburi köçkün və qaçqın çox həssas kontingentdir. Bunu unutma. Bir gün etdiklərin bumeranq kimi özünə qayıda bilər.

 Cənab Sədr !

 Sonda sizin kabinetin qarşısında döyülən qaçqın qadının ərzi-halını nəzər-diqqətinizə çatdırırıq:

Mən Hüseynova Nargilə Mürsəl qızı Yasamal rayonu Şərifzadə 1, ünvanda Texniki Universitetin yataqxanasında məcburi köçkün kimi yaşayıram. Füzuli rayonunun Yuxari Yağlıvənd kəndindənəm. Mən körpə olanda ata-anamın himayəsində olanda biz evlə təmin ediblər. Sonra böyüdüm ailə qurdum, iki azyaşlı övladım var və yoldaşımdan ayrılmışam. İndi iki uşaqla qalmışam ortada. Bilmirəm hara gedim ? Dövlətimiz, Prezidentimiz biz qaçqınlar üçün evlər tikir. Bu evlər bizə verilməsə, bəs kimlərə veriləcək.
''Gündəlik Bakı'' qəzetinin Araşdırma Qrupu(gundelik-baku.com)

Oxşar xəbərlər

Qaçqın və məcburi köçkünlər  “KUPÇA”nı  yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
Qaşqınkom  AİLƏ-ləri  dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO
“2000 manat ver, evini 2 günə təmir edək” – Füzulidə məcburi köçkündən “Qaçqınkom”a rüşvət ittihamı
Rzayevin 2 ili ...
Fuad Muradov Rövşən Rzayevlə şərikliyə niyə son qoydu? – Fakt
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
"Qaçqınkom"da etiraz-  Sədr şikayətçilərin qarşısında söz tapa bilmədi-VİDEO
Səfər Mehdiyev deputata savaş açır..
Azərbaycan Ağsaqqallar Şurasının yeni sədri kim olacaq? - AÇIQLAMA
“Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”
Qaçqınkomun sədri  Rövşən Rzayev hansı işlərlə məşğuldur?
Rövşən Rzayevin “qayğıları”: “Kebabzade” şəhid evinə getməyi “Qaçqınkom” sədrinə unutdurdu...
Nəsimi DYPŞ-də Qara ƏLƏM parolu nədir ?
Əli Həsənovun nəvəsinin Avropadakı biznesi üzə çıxdı (FOTOLAR)
Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA
Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Komitə sədri: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
Rövşən  Rzayev   "xiyar sezonu"nunda  əmək fəaliyyətinə  başlayıb ?-Qaçqınkom sədrinin avtobioqrafiyası
Komitənin qarşısından ucalan qarğışlar
Ağsuda “yaşıl soyqırım” - 22 palıd kökündən kəsilib / Fotolar
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Nəsimi DYPŞ-də Qara ƏLƏM parolu nədir ?
“Ramiz Mehdiyev özü partiya yaratmaq istəyirdi” - sensasion müsahibə
ReAL partiyası qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edir
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… – FOTOLAR
DGK: Bəyannamə sayından asılı olmayaraq güzəşt qüvvədə qalır