Elçin Əsədov Neftçalada fermerləri su ilə imtahana çəkir ..

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı olan  mst.gov.az-a daxil olan kimi ilk olaraq Ulu Öndərin şəkili və dediyi sözlər diqqəti cəlb edir: 
Meliorasiya və su təsərrüfatı  bizim SƏRVƏTİMİZDİR, bu sərvətdən  SƏMƏRƏLİ istifadə etməliyik. 
İndi görək,  “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti   sudan SƏMƏRƏLİ  istifadə edirmi ? 
Bir neçə ay əvvəl 
Prezident İlham Əliyev cənabları su problemləri ilə bağlı XÜSUSİ  MÜŞAVİRƏ keçirərək demişdir ki, su itkilərimiz dözülməzdir: 
“Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var”.
Birincisi, Ulu Öndərin dediyi SƏMƏRƏLİ istifadə edin hara, 40-50 faiz  su itkisi  hara ? 
İkincisi, cənab Prezident İlham Əliyev deyir ki, bu sahəyə böyük dövlət vəsaiti qoyulub. 
Yaxşi, dövlət vəsaiti  hara gedib ki, 40-50 faiz su itkisi var ? 
Ayrılan dövlət vəsaiti gedib, Elçin Əsədov kimilərin cibinə. 
Bəli, milyonlarla dövlət  vəsaiti buxarlanmayıb, yox olmayıb, konkret ciblərə, şəxsi hesablara gedib. 
Söhbət  ASC-nin  tabeçiliyində olan Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun  korrupsiya əməllərindən gedir. 
Elçin Əsədovun əməllərinə keçməzdən öncə ASC-nin yeni rəhbəri  hörmətli  Zaur  Mikayılova bir neçə sualımız var. 
Cənab Mikayılov, sonuncu iş yeriniz  Supermarketdə icraçı direktor olub və  1 ildir ki, ASC-nin sədrisiniz. 
Bir il özlüyündə az müddət deyil. 
Cənab Mikayılov, biz başa düşürük ki, 40-50 faiz itkinin olduğu bir quruma  rəhbər gəlmisiniz, yəni vəziyyət  nəinki ürəkaçan deyil, hətta ürəkbulandırandır. 
Çünki dünyanın heç bir yerində  İTKİ  40-50 faiz ola bilməz. Deməli, ASC-nin sədr müavinləri  Rafiq Aslanov, Zakir Quliyev, Aparat rəhbəri Cahan Məmmədov və başqaları ölkə başıçısına bilərəkdən səhv məlumat verirlər. 
Cənab Mikayılov ! Bir daha təkrar edirik ki, sizin rüşvət və korrupsiya içərisində boğulan  bir quruma rəhbər gəldiyinizi başa düşürük. 
Amma  sədr olduğunuz 1 il müddətində nəsə etməli idiniz, axı…
Siz 1 il müddətində ASC-ni korrupsiya bataqlığına salan müavinləriniz  Rafiq Aslanovdan, Zakir Quliyevdən və Aparat rəhbəri Cahan Məmmədovdan qurtula bilmədiniz. 
Niyə…?
Axı, 40-50 faiz  su itkisini, əslində yüz milyonları talan edən bu adamlar olub. Siz bunlarla necə işləyirsiniz ?
Onlar sizə nə göstərdi ki, siz onlarla işləmək qərarına gəldiniz ? 
Cənab Mikayılov ! Sizin rəhbəri olduğunuz qurumun stukturuna baxnda adamı dəhşət bürüyür. 
Azərbaycanda  heç bir nazirliyin, komitənin bu boyda  sturkturu, idarə, şöbə, sektor müdirləri yoxdur. 
Sizin regionlarda  nə qədər qurumlarınız, təşkilatlarınız var.  ASC-nin mərkəzi aparatında nə qədər şöbə var. Bunlar hamısı dövlətdən maaş alır ee…
Bu boyda qurum kimə lazımdır ? 
Niyə təklif vermirsiniz, niyə islahatlara  getmirsiniz ? 
Axı, cənab Prezident  siz cavanları vəzifələrə  islahatçı kimi təyin edib. 
Bəs, Allah qoymasa, nə vaxt islahatlara başlayacaqsınız?
Nə vaxta qədər  Rafiq Aslanovlar, Zakir Quliyevlər….Elçin Əsədovlar millətin qanını soracaqlar ?  
Bəli, cənab Mikayılov, Neftçala  Suvarma Sistemləri  İdarəsinin rəisi Elçin Əsədovun  dövlətdən oğurladığı  pullar Neftçala rayonunun büdcəsindən dəfələrlə çoxdur. 
Cənab Mikayılov, Neftçala sakinləri bizə yazır ki, Xol zonasında 1 həftədir su yoxdur. Sakinlər yazır ki, hətta Elçin Əsədov suvarma kanallarında olan və suyun səviyyəsini tənzimləyən qapıları satıb.
Cənab Mikayılov ! 
Rəhbəri olduğun ASC-nin Mərkəzi Aparatında yekə bir şöbə var, xeyli də işçisi dövlətdən maaş alır 
Sənədlərlə, vətəndaşların müraciətləri üzrə iş və təsərrüfat şöbəsi…
Cənab Mikayılov, vətəndaşların müraciəti ilə məşğul olan şöbə  sizə məktubları niyə vermir ? 
Əgər verirsə, siz niyə bircə dəfə də olsun reaksiya vermirsiniz ? 
Cənab Mikayılov !
Elçin Əsədovun  idarənin balansında olan  texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satıb  yüz minlər qazanmağından xəbərin NİYƏ YOXDUR ? 
Elçinin keçirdiyi  saxta tenderlərdən də xəbərin yoxdur, cənab Zaur Mikayılov ?
Elçin Əsədov deyir ki, “bir meşok” verib bu vəzifədə oturmuşam. 
Niyə bircə dəfə soruşmadın ki,  ay Elçin, o meşokda nə var idi ? 
 Cənab Zaur Mikayılov,  Elçin Əsədov  idarəyə məxsus  köhnə avadanlıqları, nasosları “kraska”layaraq təzə adı ilə sənədləşdirir və milyonları mənimsəyir, fermerlərdən 5 dəfə artıq  rüsum tələb edir, idarəyə ayrılan  yanacağı satır, transformatorları, elektrik mühərriklərini, nasos aqreqatlarını  satır. 
Bunları niyə Elçin Əsədovdan və onun kimi tabeliyində olan qurum rəhbərlərindən soruşmursan, ay Zaur Mikayılov ? 
Bəs, onda 1 ildir nə ilə məşğulsan, ay Zaur Mikayılov ? 
Müavinlərin  Rafiq Aslanov, Zakir Quliyev  səni  nə tez ovsunladı, ay Zaur Mikayılov ? 
Cənab Zaur Mikayılov, nə qədər ki, Rafiq Aslanovlar,  Zakir Quliyevlər, Elçin  Əsədovlar  “suyun başında dayanıb”  sənə suallarımız çox olacaq. Hazır ol !

P.S Əziz dostlar, biz bir dəfə danışdıq ki, bizi assalarda, kəssələrdə heç kimin yazısını çıxardan deyilik. Biz yorulduq dinləməkdən, amma siz üz vurmaqdan yorulmursuz. Adamın bir abır-həyası olar.