Evimiz yanıb, icra başçısı deyir ki, vəsaitimiz yoxdur...
İmişli rayonundan “Gündəlik-Bakı”ya daxil olan 2 qazinin- ata və oğulun fəryad dolu müraciətinə keçməzdən öncə, görək İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev kimdir, nəçidir ki, onu o boyda rayona icra başçısı qoyublar.
Deməli, İmişli RİH-nin rəsmi saytı olan imishli-ih.gov.az-da bircə cümlə yazılıb:
İcra Hakimiyyətinin başçısı Elçin Rzayev.
Ay adam, ay kişi, ay yoldaş, ay cənab, bu necə dövlət qurumudur, bu necə rəsmi saytdır..?
Yaz görək, kimsən, nəçisən, allah qoymasa məktəbə-zada getmisənmi, təhsilin-filanın varmı, neçənci ildə anadan olmusan, ümumiyyətlə, anadan olmusanmı..?
Barı atanın adını yaz, babanın adı lazım deyil. Haralarda işləmisən..?
Ay yoldaş, sən necənci ildə icra başçısı təyin olunmusan ?
Bunu da yaza bilmirsən, RİH-nin rəsmi saytına ?
Vallah, deyiləsi deyil...
Özümüz müxtəlif saytlardan axatrış verərək öyrənə bildik ki, 21 may 2020-ci ildə Elçin Rzayev İmişliyə icra başçısı təyin olunub və atasının da adı Adildir. Allah xeyirli eləsin.
Özü də hansı ali məktəbi bitirdiyi, orduda olub-olmadığı bəlli deyil. Ancaq o məlumdur ki, Elçin Rzayev Əmlak Məsələləri Dövlət Komitəsində Kərəm Həsənovun yanında şöbə müdiri işləyib. Sonra Əziz Əzizov Cəlilabaddan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldıqda Elçin Rzayev onun yanında qısa müddət rayonun Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri işləyib, 1 ay sonra müavin olub və oradan da İmişliyə icra başçısı gedib.
Bu adam Dövlət Əmlak Komitəsində çalışdığı zaman milyonlara sahib olub. Bununla işimiz yoxdur.
Görəsən, cənab icra başçısı Elçin Rzayevin 2 qazinin evini təmir etdirməyə 5-10 manatı yoxdur ?
İcra başçısı 1-ci Qarabağ müharibəsinin qazisi Mirzəyev Faiq Qurban oğluna və onun 2-ci Qarabağ müharibəsində döyüşmüş tələbə oğluna deyir ki, sizin yanmış evinizi təmir etməyə rayon İcra Hakimiyyətinin vəsaiti yoxdur...
Bu yerdə adamın yadına dahi şairimiz Şəhriyarın bir misrası düşür:
Tehranın qeyrəti yox, Şəhriyarı saxlamağa...
Ay Elçin Rzayev sənin 2 qazininin yanmış evini təmir etməyə başqa şey demirik, 5-10 manat vəsaitin də yoxdur?
İndi isə buyurun 2 qazinin Gündəlik-Bakıya ünvanlanmış fəryad dolu müraciəti ilə tanış olun:
İmişli rayonu, Qaradonlu kənd sakini Mirzəyev Faiq Qurban oğlu dövlət qurumlarına müraciət edərək kömək istəyir.
Faiq Mirzəyev öz müraciətində bildirir ki, 2 il sovet ordusunda hərbi qulluq etmişəm: “1993-cü ildə Ulu Öndər Heydər Əliyevin elan etdiyi səfərbərliyə könüllü qoşularaq döyüşlərdə iştirak etdim. 1993-96-cı illərdə Milli Orduda qulluq etmişəm və 1996-cı ildə ordudan tərxis olunmuşam. Qarabağ veteranıyam və dövlətdən 80 manat veteran pulu alıram”.
Müraciətin davamında Qarabağ veteranı qeyd edir ki, imkansız olduğum üçün qohum-əqrəbanın köməyi ilə ailəm üçün ev tikdim:
“Ancaq baş verən yanğın nəticəsində evim yanıb kül oldu.
Hazırda yaşamağa yerim yoxdur, bir balaca daxmada gecələyirik”.
Qarabağ veteranı Faiq Mirzəyev iki övlad atasıdır. Onun oğlu hərbi xidmətini başa vursa da, ötən il 2-ci Qarabağ müharibəsində iştirak edib və göstərdiyi igidliyə görə, 4 medalla təltif olunub və hazırda Gəncədə kollecdə təhsil alır.
Qarabağ qazisi Faiq Mirzəyev müraciətinin davamında qeyd edir ki, oğlum tələbədir, ona kömək etməyə imkanım yoxdur, özüm də işsizəm, ayda dövlətdən 80 manat veteran pulu alıram.
Bütün bunlar azmış kimi Qarabağ qazisinin evi yanıb və kömək edən yoxdur.
Faiq Mirzəyev qeyd edir ki, dəfələrlərlə İmişli Rayon İcra Hakimiyyətinə müraciət etsəm də kömək etmirlər, deyirlər bizim vəsaitimiz yoxdur.
Ata-oğul, yəni 2-ci Qarabağ qazisi hazırda bir uçuq-sökük, heç bir şəraiti olmayan daxmada yaşayırlar.
Qarabağ qaziləri ata-oğul dövlət qurumlarından kömək istəyir.
İndi söz müvafiq dövlət qurumlarınındır.
Buyurun, cənablar..!
İmişlinin icra başçısı Elçin Rzayev kimdir, nəçidir ? - İmişli sakini olan 2-ci Qarabağ qazisinin, ata-oğulun müraciəti...
16
dekabr
18:09

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İcra başçısı sahibkarlara Qurbanlıq üçün cöngə aldırır – İmişlidə
İmişli rayon sakini fəryad edir...- Rayon icra hakimiyyətinin başçısı müharibə iştirakçısını niyə süründürür?
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Ata-oğul Qarabağ qazilərinin evi yanıb, daxmada gecələyirlər…- İMİŞLİNİN İCRA BAŞÇISI HARA BAXIR ?
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Saatlıya təyin olunan icra başçısı kimdir?
Vilyam Hacıyevə rüşvət verən şəxs necə oldu təkrar vəzifəyə qaytarıldı... - İLGİNC FAKT
Koronavirusdan ölən icra başçısı dəfn olundu
DTX İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirir
Goranboyun icra başçı avtobioqrafiyasını təzələyir Mantyor, ofisiant, kankan, qum-çınqıl satan icra başçıları
Yeni icra başçısı harda işləyib?
Ağstafanın icra başçısı sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
Həbs edilən sabiq icra başçılarının əvvəlki iş yerləri - Tamada, zootexnik, ofisiant...
Goranboyun icra başçısı avtobioqrafiyasını təzələyir...
Prezidentdən sahibkarlara mane olan məmurlara XƏBƏRDARLIQ
İcra başçısı onu özünə müavin təyin etdi
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Koronavirusa yoluxan Vilyam Hacıyevdən XƏBƏR VAR
Sabiq icra başçısı vəfat etdi (FOTO)
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Şuşanın icra başçısı onu tənqid edənlərə “kor” dedi
İcra başçısı özünə yeni köməkçi təyin etdi
İmişlidə başçı dəyişsə də, tender oyunbazlığı davam edir... - FAKT
İcra başçısı bacısı oğlunu vəzifəsindən azad etdi
Ağsu İcra Hakimiyyəti yeni başçını "qəbul etmir" - FOTOFAKT
- Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
- Qızıl və gümüş cüzi bahalaşdı
- Müharibədə nə qədər uşaq qətlə yetirilib?
- "Liverpul" dünya çempionunu transfer etdi
- Ana südü ilə qidalanmanın zehni qabiliyyət arasındakı ƏLAQƏ
- 25 il harada işlədiyi məlum olmayan İlqar Abbasov 2004-cü ildə necə Nərimanovun icra başçısı oldu? - İlqar Abbasovla Adil Vəliyevi hansı tellər bağlayır...
- Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına hökm oxundu
- Tələbələr imtahandan keçid üçün görün hansı üsula əl atırlar - VİDEO
- İraqın şimalında əməliyyat: 2 PKK terrorçusu zərərsizləşdirildi
- Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? - AÇIQLAMA
- Ədliyyə Nazirliyinin yüksək vəzifəlisinə cinayət işi açıldı - Təfərrüat
- Bu şəxslərlə bağlı yeni cərimələr müəyyən edilir
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar