46 yaşı olan universitetin 22 illik rektoru Gülçöhrə Məmmədova...-  Memarlıq və İnşaat Universitetində nə baş verir ?
18-12-2021, 15:52
4 385

46 yaşı olan universitetin 22 illik rektoru Gülçöhrə Məmmədova...- Memarlıq və İnşaat Universitetində nə baş verir ?

Gülçöhrə xanım niyə hər yerə zəng edirdi ki, vallah mən Ramiz Mehdiyevin toyunda olmamışam...

Xanım rektorun  şəxsi klinikası, “avtostoyanka”ları...

 
Allah  bütün övladlara, nəvələrə toy qismət eləsin. 
Amma Azərbaycanda az qala toy da, vay da siyasiləşib..
Bunun bariz nümunəsini  Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olan akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda gördük. 
Deməli, iri məmurlar, deputatlar,  rektorlar, icra başçıları toydan 2 gün sonra  bütün saytlara, media qurumlarına  zəng edib yalvar-yaxar edirdi, “ilan dili çıxarırıdı”,  xahiş edirdi ki, mən  toyda olmamışam, bunu mütləq  yazın...
Belələrindən biri də  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova idi. 
AzMİU-nun Mətbuat və informasiya şöbəsi  dayanmadan  xəbər paylaşırdı ki,  vallah Gülçöhrə  xanım nəinki toyda oynayıb, hətta  iştirak da etməyib.  
Hətta yayılan xəbərlərdə o da qeyd olunurdu ki, Gülçöhrə xanım toyda guya deputat Mixail Zabelinlə birgə oynayıb. 
Bütün bu xəbərlərdən sonra saytlar təkzib verdi və Gülçöhrə xanımın ürəyi rahat oldu. 
Görəsən, xanım rektor Gülçöhrə Məmmədova niyə bu qədər narahat idi ?
Əlbəttə, karantin dövründə  toy məclislərində iştirak etmək olmazdı. Amma, bu qədər təlaşa, narahatçılığa, panikaya düşməyə  nə ehtiyac var idi...?
Deməli, ciddi səbəblər olub...
Belə ki, Gülçöhrə Məmmədova universitet rektoru olmaqla yanaşı, həm də böyük miqyaslı rüşvətxor və korrupsionerdir. Bax, buna görə, əldən-ayaqdan gedirdi...
Bəli,  22 ildir ki,  Gülçöhrə Məmmədova Memarlıq və İnşaat Universitetini şəxsi təssərüfatı, özəl kantoru kimi istifadə edir.
Xanım rektor  müəllimlərə tapşırır ki,  tələbələri “kəsin” ki, arxasınca gələn olsun...yəni pul gətirsin. 
Gülçöhrə Məmmədovanın adı  kütləvi şəkildə universitet müəllimlərinin adına kredit götürməkdə hallanıb və rektor  tərəfindən təkzib olunmayıb.
Biz əbəs  yerə yazmadıq ki, universitet Gülçöhrə xanımın şəxsi kantorudur. Bəli, Gülçöhrə xanımın bacısı  universitetdə “imtahan biznesinin”  başında dayanır, bütün imtahan, qayıb, kəsir pullarını o yığır. 
Bütün bunlar azmış kimi  Gülçöhrə Məmmədova  “tender maxinasiya”ları ilə milyonlara sahib olub. 
Belə ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti mətbəə çap işləri üçün "A- Delfin- AA" MMC-yə 19133 manat, dəftərxana və təsərrüfat malları üçün "İnci Grour of Comranies" MMC-yə 104 min 938.53 manat, digər maşın və avadanlıqlar üçün "Aysberg SH" MMC-yə 103 min 958 manat, kommunal və kommunikasiya xidmətləri üçün EM-İnşaat  MMC-yə 24  min 944 manat, idarənin xərcləri üçün "Xəzri Grour" MMC-yə 109 min 769 manat, inventarın alınması üçün "Qardaşlar Mebel-3" MMC-yə 249 min 442.56 manat, mühafizə xidməti üçün "Gesco" ASC-yə 80 min manat, digər alış və xidmətlər üçün TET MMC-yə 58 min 800 manat, avadanlığın alınması üçün "Automax TT" MMC-yə 48 min 509 manat, liftlərə texniki xidmət üçün "Aslift" MMC-yə 48 min 73.2 manat, internet xidməti üçün "AZRENA AA" MMC-yə 23 min 760 manat, mətbəə çar işləri üçün "Automax" TT MMC-yə 19 min 943 manat, cari təmir üçün "Retro Holding" MMC-yə 43 min 999.6 manat pul ödəyib.  
Beləliklə, dövlət büdcəsi və tələbələrin təhsil haqqından toplanan vəsaitin bir qismi - 935 min 269.89 manat belə xərclənib.  
1 milyon manata yaxın  vəsait...
Fikir verdinizsə,  Gülçöhrə xanım təkcə mebel almağa 250 min manat xərcləyib, liftə xidmət üçün isə təxminən 50 min manat. 
Xanım rektor başa düşmür ki, tələbələrdən yığılan  təhsil haqqı  250 min manata mebel almaq üçün deyil e...
Yaxşı Gülçöhrə xanımın iştahasını başa düşdük. 
Bəs axı, Hesablama Palatası  Azərbaycan Memarlıq və İnşaat Universitetinə, eləcə də onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecinə  ayrılan büdcə və büdcədənkənar vəsaitlərin auditini aparmışdı. Və xeyli qanunnsuzluqlar, maxinasiyalar  ortaya çıxmışdı. Nəticə nə oldu ? 
Əlbəttə, heç nə. 
Sadəcə, universitetin və kollecin baş mühasiblərinə xəbərdarlıq edildi, hətta rektor baş mühasibi işdən də çıxara bilmədi, çünki şərik olublar, məhkəmədə açıb hər şeyi deyərdi. 
Bəli, Gülçöhrə Məmmədova mənimsədiyi milyonların hesabına bu gün özəl klinikaya, avtodayanacaqlara, ticarət obyektlərinə sahibdir. 
Bax, beləcə dairə qapanır və Gülçöhrə Məmmədovanın  maxinasiyaları davam edir...



Oxşar xəbərlər

Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
Memarlıq və İnşaat Universiteti, yoxsa Gülçöhrə Məmmədovanın “şəxsi təsərrüfat”ı..?- Gülçöhrə Məmmədovanın  “tender  maxinasiya”ları...
Başınız nəyə qarışıb, Gülçöhrə Məmmədova ?-  Memarlıq və İnşaat Universitetində ''rüşvət'' çiçəklənir ?
Tağı  amanatı,  Gülçöhrə xanım-Azərbaycan Memarliq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın “PLANI”
AzMİU-da beynəlxalq konfrans öz işinə başladı
Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - AÇIQLAMA
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Ramiz Mehdiyevin ölüm xəbəriylə bağlı AÇIQLAMA
İş adamından toy ilə bağlı AÇIQLAMA
Onu AMEA-ya RƏHBƏR GƏTİRİRLƏR... - İDDİA
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” şok səbəbi
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - VİDEO
Akademik Telman Əliyev vəfat etdi
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
“Karqo Şamil”  də Ramiz  Mehdiyevin nəvəsinin toyunda iştirak edib
Ramiz Mehdiyevin kürəkəni YAP-dakı vəzifəsini itirə bilər
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
Ramiz Mehdiyevin qardaşı oğluna general rütbəsi VERİLDİ - FOTO
Siyavuş Novruzov YAP-ın qərargahını TƏRK ETDİ
Ramiz Mehdiyevin Qusarda da villası varmış...
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Ramiz Mehdiyev təkzib etdi
“Ramiz Mehdiyevin qanunsuz işlərindən biri ifşa olunub”
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi deyilən deputat vəzifəsindən İSTEFA VERDİ
Ramiz Mehdiyev növbəti məğlubiyyətin astanasında...
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA