Ataş - Fərhad – Qoşqar Təhməzov qardaşları- “Troyka” 

Qardaşlardan biri  Ataş  dövlət çevrilişində iştirak edib...

Ataş deyir ki, telefondakı Ataş deyil, başqa şəxsdir...


Ataş, Fərhad və Qoşqar Təhməzov qardaşlarından söz açmazdan öncə onu qeyd edək ki, qardaşlardan biri, Qoşqar  “izi itirmək” üçün, son illər soyadını dəyişərək Təhməz-li olub. 
Öncə qardaşların birincisindən, Ataşdan  danışaq. 
Deməli, Ataş  Təhməzovun mobil telefonuna zəng edib 10-15 dəqiqə hal-əhval tutandan sonra,  soruşanda ki, Ataş müəllim, Əli İnsanov…Akif Muradverdiyev…
O dəqiqə Ataş müəllimin səsi batır və soruşur ki, SİZ KİMƏ ZƏNG ETMİSİNİZ..?
Deyəndə ki, Ataş müəllim, bayaqdan danışırıq, necə yəni kimə zəng etmisiniz..
Ataş müəllim deyir ki, siz səhv düşmüsünüz, mən Ataş deyiləm…
Bəli, söhbət  Prezident Adminstrasiyasının baş məsləhətçisi, Akif Muradverdiyevin işçisi, sabiq  səhiyyə naziri Əli İnsanovun dostu Ataş Təhməzovdan gedir. 
Söhbət Prezidentin İşlər İdarəsinin müdiri, 2005-ci ildə dövlət çevrilişi səbəbilə Əli İnsanovla birgə həbs edilən Akif Muradverdiyevdən gedir. 
Həmin vaxt  3 qardaşdan biri Ataş Təhməzov da saxlanıldı, amma sonradan təmizə çıxdı. 
Bax, bu qardaşların  əsas FİQURU bu Ataş idi. 
Ataşa  görə, o biri qardaş Fərhad Təhməzovu  “Qaçqınkom”da   Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna direktor qoydular. 
Fərhad Təhməzov qaçqınların hesabına 100 milyonlara sahib oldu. Və qazandığı milyonları  3-cü qardaşa- Qoşqara verdi ki, özəl bizneslə məşğul olsun. 
Qoşqar Təhməzov  isə iri məmurların klinikaları üçün Almaniyadan və digər ölkələrdən bahalı tibbi avadanlıqlar gətirdi. Və özü də şəxsi klinika açdı. 
Beləcə  3 qardaşın milyonları ölkə xaricinə yol tapdı. 
Və bir gün  qardaşlardan biri, Fərhad Təhməzov  Mənzil İnşaatı  Dövlət Agentliyinin rəhbəri oldu. Və dövlətin ayırdığı  milyonları mənimsədi...
Fərhaddan sonra 3-cü qardaş  Qoşqar Təhməzli isə Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyinə  ( AQTA ) rəhbər təyin olundu. 
Beləcə, rüşvətə, korrupsiyaya, dövlət çevrilişinə və daha nələrə bulaşmış bu 3 qardaş – Troyka – Azərbaycana qənim kəsilib. 
Növbəti yazıda  qardaşların biznes şəriklərindən bəhs edəcəyik.

P.S Bütün dostların nəzərinə bu yazı ilə bağlı xahiş etməyin.