Azərbaycandakı keçmiş sovet hərbi bazalarının ərazisi kimlərə satılıb ? -  Nizam Osmanovdan soruşmaq lazımdır ki, həmin ərazilərdəki villalar kimlərə məxsusdur?
29-12-2021, 18:16
4 588

Azərbaycandakı keçmiş sovet hərbi bazalarının ərazisi kimlərə satılıb ? - Nizam Osmanovdan soruşmaq lazımdır ki, həmin ərazilərdəki villalar kimlərə məxsusdur?

Bu yazıda adı  daha çox hallanan Nizam Osmanov haqqında qısaca məlumat verək. 
Deməli, Osmanov Nizam Ramazan oğlu 1965-ci ildə  Qərbi Azərbaycanın Kalinino  rayonunda anadan olub.
1986-cı ildə Bakl Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 
1986–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib.
1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 
Uzun müddət , daha dəqiq desək 2014–2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun müavini və  Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.
23 iyul 2021-ci ildə Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 
Bu şəxsin qısa tərcümeyi-halından bəlli olur ki, onun keçmişi daha çox  Rusiyaya bağlıdır. Onu Nəcməddin Sadıkova bağlayan cəhət də bu olub. 
Fikir verdinizmi, Nəcməddin Sadıkovla bərabər Nizam Osmanov da Baş Qərargahdan uzaqlaşdırılıb. 
Biz kiminsə fəaliyyətinə kölgə salmaq istəmirik. Amma…
Əmması odur ki, hazırda Nizam Osmanovun əlində böyük səlahiyyət cəmləşib. Bütün Mənzil İstismar Hissələri, keçmiş Tikinti Baş İdarəsinin səlahiyyətləri, hərbçilərin mənzil təminatı kimi həssas məsələ Nizam Osmanova verilib. 
Hərbi sahələrdəki tikinti, quruculuq, əsaslı təmir, mənzillərin tikintisi məsələsi birbaşa Nizam Osmanovun səlahiyyətinə aiddir. 
Bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, Müdafiə Nazirliyi  üçün tikinti aparan şirkətlərin məsələsini də Nizam Osmanov həll edir. 
Bu adamın barəsində mətbuatda gedən informasiyaları geniş şərh etmək istəmirik. 
Məsələn, Nizam Osmanovun mal-qara fermalarından, restoran sahibi olmasından, hərbçilərə verilən mənzillərin kənar şəxslərə satılmasından çox yazılıb. 
Bu yazının əsas mövzusu isə  Müdafiə Nazirliyinin balansında olan torpaq sahələrinin, keçmiş hərbi hissə ərazilərinin Nizam Osmanovun əli ilə satılması, kimlərəsə verilməsidir. 
Öncə onu qeyd edək ki, Nizam Osmanov özünü çox ağıllı sayır və özündən çox razıdır. Hətta özünü tez-tez müavini olduğu  nazir Zakir  Həsənovla müqayisə edərək özünün üstün olduğunu sübut etməyə çalışır. 
Məsələn, tez-tez məclislərdə deyir ki, mən Zakir Həsənovdan qabaq  orduda xidmət etmişəm, mənim Azərbaycan Ordusunda xidmətlərim daha çoxdur, nəinki Zakir Həsənovun. "Mən kadravikəm".
Nizam Osmanov hətta onu da deyir ki, mən Birinci Qarabağ Müharibəsində  iştirak etmişəm, Zakir Həsənov hələ oraları indi tanıyır. 
Nizam Osmanov hətta Ordunun biznes tərəfini də  cənab nazirdən daha çox bildiyini xüsusi olaraq vurğulayır və deyir ki, Zakir Həsənov maliyyə məsələsini az-maz bilir. 
Nizam Osmanov cənab naziri hərbi hissələrin ərazisini satmaqda da  ittiham edir.
Ümumiyyətlə, Müdafiə Nazirliyi sistemində ən ciddi məsələlərdən biri  keçmiş  sovetdən qalma  hərbi bazaların ərazisinin satılmasıdır. Bu məsələ mütləq bir gün araşdırılmalı və günahkar şəxslər cəzalandırılmalıdır. 
Məlumdur ki, Azərbaycanda  sovetdən qalma  hərbi bazalardan istifadə edilmir. Amma  bu əsas vermir ki, həmin keçmiş hərbi bazaların ərazisi  kimlərəsə satılsın. 
Biz yazının girişində əbəs yerə  Nizam Osmanovla Nəcməddin Sadıkovun “işbirliyi”ndən yazmadıq. 
Bəli, Nəcməddin Sadıkov və onun şərikləri 20 ildən artıqdır keçmiş hərbi hissələrin ərazilərini, oradakı obyektləri  kimlərinsə istismarına veriblər. Buna mütləq son qoyulmalı, həmin ərazilər və obyektlər qanuni sahibi olan Müdafiə Nazirliyinə qaytarılmalıdır. 
Həmin ərazilərdə  fabrik, yaxud zavodun tikiliməsi daha məqsədəuyğun olardı, nəinki  kimlərəsə  vermək. 
Bəli, uzun illər keçmiş hərbi hissələrin əraziləri Müdafiə Nazirliyinin məktubu və icra başçılarının əli ilə satılıb, yaxud kimlərəsə icarəyə verilib. 
Bu gün ən vacib məsələ həmin saxta müqavilələri ləğv etmək və hərbi hissələrin ərazilərini geri qaytarmaqdır. 
Hazırda ən diqqətçəkən ərazilərdən biri də Zığ qəsəbəsindəki keçmiş hərbi şəhərcikdir. Vaxtilə həmin ərazidə Hərbi Dəniz qüvvələri olub və hazırda ərazidə MN-nin heç bir qoşun növü yoxdur.  
Sonra  Pirallahıda gəmilərin yan aldığı lövbərlərin hamısını, Zığa yenən və Pivə zavodu ilə üzbəüz  əraziləri  Neft  şirkətinə hansı əsasla və kimlər satıb ? 
Digər əraziləri də kimə satdıqlarını hər  halda Nizam Osmanov yaxşı bilir. 
Sonra Naxçıvanski litseyinin yanındakı  böyük təpə ərazisi tikanlı məftillərlə əhatələnib. Düzdür həmin ərazi özəlləşdirilib satılmasa da, amma orada  villalar tikilib və ərazinin bir hissəsi satılıb. 
Daha bir ərazi, Badamdartda, N nömrəli  Baş hərbi tikinti idarəsi, Ali Hərbi məktəblə üz-üzə  həmin yerdə  qədim üslubda  böyük bir bina qaldırılıb. 
Məlumdur ki, həmin ərazi  MN-nin Baş tikinti idarəsinin  qərargahı olub. Bəs oranı kimlər satıb ? 
Axı, cənab Prezidentimiz dəfələrlə hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması  barədə göstərişlər verib. 
Həm də mənzil təminatı olmayan hərbçidən döyüş ruhunu necə gözləmək olar ?
Ancaq fakt budur ki, hətta 1993-cü ildə  hərbi rütbə alan bəzi hərbçilərin mənzili yoxdur, çoxu növbə gözləyir, 2021-ci ilin hərbi məzunları  bu gün-sabah hərbi qulluqçu kimi fəaliyyətə başlayacaq. Yəni bütün bunların mənzil-məişət problemləri vaxtında həll olunmalıdır. Amma…
Əmması odur ki, MN-ə məxsus ərazilər, torpaqlar kimlərəsə satılır, yerində evlər tikilir və yenidən satılır. 
Hərbçilərimiz isə mənzil gözləməkdədir. 
Bütün bunlara son qoyulmalıdır.

Növbəti sayımızda Mərkəzi Ordu İdman Klubunun yerinin Cahangir Hacıyevə, Nizam Osmanovla Nəcməddin Sadıkov necə və hansı qiymətə satıb?



Oxşar xəbərlər

Prezidentin təltuf etdiyi general Tofiq Hüseynov KİMDİR?
Kərim Vəliyev Silahlı Qüvvələrin Baş Qərargahına rəis təyin edildi - ÖZƏL
Nəcməddin Sadıkovun yerinə Kərəm Mustafayev gətirilir?
General  Nizam  Osmanovun mənzil  biznesi…- MN-nin mənzil bölgüsündə baş verənlər Müzəffər Ordumuza yaraşan hal deyil…
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
Nəcməddin Sadıkovun vəzifəsini kim icra edir?
Tehran Mənsimovun vəzifəsi dəyişdirildi - Prezidentin təhlükəsizliyini qoruyur
Əli İnsanov-Fərman Ceyranov- Nizam Osmanov və Çingiz Əlləzov şəbəkəsi…-Nəcməddin Sadıqovun keçmiş gizir sürücüsü Qədir Nəsibov necə general oldu ?
Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – SON DƏQİQƏ
Kərəm Mustafayev Nəcməddin Sadıkovun yerinə gətirilir - İDDİA
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Mirqafar Seyidovun vəzifəsini o icra edəcək
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Hərbi xidmətə çağırış BAŞLADI
Nəcməddin Sadıkov VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
Bu gündən əsgərlərimiz evə buraxılır
Baş Qərargah rəisi hərbçilərə tapşırıqlar verdi - FOTOLAR
Qarabağda sülhməramlılara Muradov başçılıq edəcək - DOSYE
Azərbaycanda bu gündən hərbi xidmətə çağırış başladı
Azərbaycanda hərbi xidmətə çağırış BAŞLADI
Erməni general 60 nəfərin itkisinə görə ittiham olunur
Səfərbərlik Xidməti yeni məlumat yaydı
Kəlbəcərdə çörək sexinin açılışı oldu - FOTO
Prezident hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM İMZALADI
Kərim Vəliyev Hulusi Akarla görüşdü - YENİLƏNİB + FOTO
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Rüstəm Muradov Qarabağdan gedir - Yeni komandan təyin olunub
Müdafiə Nazirliyinin üç generalı İŞDƏN ÇIXARILDI
Nəcməddin Sadikovla bağlı AÇIQLAMA