Aqrar Xidmətlər Agentliyi niyə  “Ağ çiçəyim”ə nəzarət etmir ?  - “Ağçiçəyim”  mağazalar şəbəkəsi dövlətə nə qədər vergi ödəyir ?
5-01-2022, 15:23
430

Aqrar Xidmətlər Agentliyi niyə “Ağ çiçəyim”ə nəzarət etmir ? - “Ağçiçəyim” mağazalar şəbəkəsi dövlətə nə qədər vergi ödəyir ?

Birinci ondan başlayaq ki, hələ sovet dövründə  gül biznesi ən gəlirli və  ən bahalı biznes hesab olunurdu. 
Həmin dövrdə  Azərbaycanda yetişdirilən güllər  bayramlarda SSRİ-nin bütün şəhərlərində satılır və böyük gəlir gətirirdi. 
Müstəqillik dönəmində də  ölkəmizdə gül biznesi həmişə öndə olub. 
Yəni gül biznesi hər gün şənliklərdə, toylarda, ad günlərində, hətta yas, hüzür məclislərində istifadə olunur. 
Son illər paytaxt Bakıda əsasən  gül biznesi ilə  “Ağ çiçəyim”  gül mağazalar şəbəkəsi məşğul olur. 
Demək olar ki, bütün metro stansiyalarının yaxınlığında  bu şəbəkənin mağazaları var. 
İlk öncə onu qeyd edək ki, 70 illik sovet dövründə bu məsələyə Fitosanitar Dövlət Nəzarəti xidməti  nəzarət edirdi. 
Yəni ölkədə yetişdirilən və ölkəyə idxal olunan  güllərin hamısı nəzarətdə idi. Ki, bitkilərdəki  həşəratlar, ziyanvericilər  yayılmasın. 
Təəssüf ki, son on ildə Kənd Təsərrüfatı Nazirliyində  baş verən rəhbər dəyişiklikləri  bu sahəni diqqətdən kənar qoydu. 
Hətta bu gün  bitki mənşəli məhsullarla  məşğul olan dövlət qurumu yoxdur.
Bütün səlahiyyətlər verilib AXA-ya, yəni Aqrar Xidmətlər Agentliyinə. 
Yəni “Ağ çiçəyim” mağazalar şəbəkəsində satılan güllərə heç bir nəzarət yoxdur. 
Bu məsələ öz  yerində. 
İkinci vacib məsələ odur ki, bu şəbəkənin mağazalarında tez-tez yanğın olur. Məqsəd nədir bəlli  deyil…
Ən pisi odur ki, şəbəkədə  yanğından mühafizə sistemi  yoxdur. 
Yeri gəlmişkən, bir məsələni də diqqətə çatdıraq. 
Ən maraqlısı odur ki,  bir müddət əvvəl  gül biznesi ilə məşğul olan və  “Ağ çiçəyim”in sahibi olduğu bildirilən şəxsin  qarajından  650 min dollar pul oğurlayıb qaçdılar. 
Təsəvvür edirsiniz,  bu adamın qarajında  650 min varsa, onda  gül biznesinin gəlirlərini təsəvvür edin. 
Onda ortaya sual çıxır:
“Ağ çiçəyim”  gül mağazaları şəbəkəsi  dövlətə nə qədər vergi ödəyir ? 
Və nə qədər  vergidən yayınır ? 
Bu ciddi araşdırma mövzusudur. Bizi izləyin.


Oxşar xəbərlər

Hacıbala Abutalıbovun Türkiyədə milyonluq biznes şəbəkəsi: - Otel, restoran, qızıl mağazaları...
Deputat haqda ilginc iddialar... - Siqaret biznesini ələ keçiribmiş...
Cavanşirin  Tağıyevin qəbir biznesi kürəkəninə verildi.. -Yolçəkən Aqibətin oğlu Bakı ŞİH-də hansı vəzifədə işləyir ?
Ayə, qoymayın üstümə İrasim gəlir..-RASİM MƏMMƏDOVUN CİNAYƏT ƏMƏLLƏRİ.....
Qara yara, brüselyoz xəstəlikləri  COVİD  virusundan daha qorxuludur...-  Baytarlıq  və Fitosanitar  Nəzarəti  niyə ləğv olundu ?
Bazarlarda mənşəyi məlum olmayan ət, iylənmiş balıq, göyərmiş şor satılır- Yediklərimizə isə  Qoşqar Təhməzli və Seymur Mövlayev nəzarət edir...
Rövnəq Abdullayevin otel biznesi -''SOCAR''ın pulları ''FETO''ya xərclənib?
Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
Mehdiyevin keçmiş kassirinin ŞÜBHƏLİ BİZNESİ... - İLGİNC
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - AÇIQLAMA
"Kontakt Home" yenə məhkəməyə verildi - SƏBƏB
Dövlət qurumları “Büyük Fırat”da  araşdırma aparsa, ortaya böyük faktlar çıxacaq...-  Qida Agentliyi, Vergilər Nazirliyi niyə bu boyda şəbəkəni görmür ?
Ölmüş at, eşşək əti, leş koronavirusdan daha təhlükəlidir..- Nazir  İnam Kərimovun  rüsvayçı kadr siyasətində Mövlayev Seymurun “müstəsna rolu”…
Əhmədzadənin işçisi Zakir Quliyevin AİLƏ BİZNESİ... - İDDİA
Bazarda köhnə ərzaq İDDİASI: - “Tarixini dəyişib yenidən satırlar”
Rektorun 16 illik "fəaliyyəti"... - Super marketlər, avtosalonlar, villalar…
İspaniyadan Azərbaycana gətirilən pomidor toxumunda virus aşkarlandı
“Büyük Fırat”  restoranlar  şəbəkəsi, yoxsa radikal dindarların oylağı ?-  “Büyük Fırat”  müştəriləri aldadır ?
“LC Waikiki Azərbaycan”-da saxta məhsullar BREND kimi satılır-Görəsən “Qosstandart” adlı dövlət qurumu  hara baxır ?
Rektor Mustafa Babanlı AZİ-də “ölücan”  müəllimlər saxlayır ?- Bəs təhsil naziri Emin Əmrullayev hara baxır ?
Əli Həsənovun oğlunun Tiflisdəki biznesi üzə çıxdı (FOTOLAR)
QİDA və MİDA vətəndaşları dövlətdən  narazı salır…-  Qoşqar və Fərhad Təhməz(li)ov  qardaşlarının əməlləri…
İsmət Abbasovun “parol”u və büdcədən oğurladığı milyonlar- Sabiq nazir Hacı İsmətin şərab zavodu...
Məzən olsun, Veysəloğlu – 1 ədəd narın qiyməti 1m 35 qəpik
“Azercell” insanların cibinə “girir”: Şəbəkəsi bərbad, əsassız borclandırma... - ŞİKAYƏTLƏR
Karantin vaxtı toy mərasimi keçirilən “Romance palace”ın sahibi İman Quliyev kimdir ? - Real TV-nin sahibi ölkə qanunlarını niyə pozur ?
İnam Kərimov çay bazarını viran qoyub... - KTN müdaxilə etməsə...
Cahangir Əsgərovun xaricdəki 2 milyard dollarlıq sərvəti - İLGİNC SİYAHI AÇIQLANDI
Pandemiya məmurların biznesini də çökdürür...
Bu obyektlərin 23:00-dan sonra işləməsinə icazə verilməyəcək