“Grand Motors” MMC  “Xaliq Faiqoğu”nu  məhkəməyə verdi...  - “Xaliq Faiqoğlu” MMC dən ŞİKAYƏTLƏR
10-01-2022, 16:56
377

“Grand Motors” MMC “Xaliq Faiqoğu”nu məhkəməyə verdi... - “Xaliq Faiqoğlu” MMC dən ŞİKAYƏTLƏR

“Gündəlik-Bakı”nın  Faiqoğlu problemi yoxdur...

Biz “Gündəlik- Bakı” olaraq illər öncədir ki, sərnişindaşıma ilə məşğul olan “ Xaliq Faiqoğlu” şirkəti ilə  bağlı yazılar dərc edirik. 
Şirkətin sahibi  Faiq  Seyidov isə bizim barəmizdə yazırdı: 
“Çox təəssüf ki,  bəzi elektron KİV-lərdə sifariş əsasında mənə qarşı qarayaxma kampaniyası aparılır. Kimlərsə məqsədli şəkildə haqqımızda yalan informasiyaları yenidən tirajlayaraq, mənfi imic yaratmağa çalışırlar. 2014-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsini bu gün gündəmə gətirən sifarişçi və icraçı dəstə barədə məlumatımız var. Həmin şəxslər yerli KİV-lərlə əlaqələri vasitəsilə pul müqabilində bu hadisəni gündəmdə saxlamağa çalışırlar. İndi gündəmə gətirilən bu yazı 2015-2016-cı illərdə “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin yazılarıdır.
Cənab  Faiq Seyidov ! 
Bizi media oalraq sizinlə zərrə qədər də olsun şəxsi qərəzimiz yoxdur. 
Biz nə vaxt  sizinlə bağlı SİFARİŞLİ yazılar yazmışıq ? 
Sizdən soruşuruq ki,  sizi bəlkə biz məhkəməyə vermişik..? 
Son günlər ölkə mediası sizin şirkətlə bağlı xəbərləri tirajlayır. 
Bəlli olur ki, aldığınız avtobusların pulunu vermirsiniz ? 
Bəlkə, bunu da “Gündəlik-Bakı”  yazır ? 
Cənab  Faiq Seyidov ! 
Səninlə bağlı yazdıqlarımızı bu gün də təkrar  yazmağa və arxasında durmağa hazırıq. 
Bəli, biz yazırdıq ki,  sizin oğlunuz yüksək sürətlə idarə etdiyi avtomobillə Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Eldar Məmmədovu  vurub öldürüb. 
Bu barədə  bütün ölkə mediası yazdı. Məgər bu sifarişdir?
Bəli,  siz Faiq Xaliqoğlu nəyinsə qarşılığında həmin şəxsin guya “öz əcəli ilə öldüyü” haqda qurama rəy alaraq  cinayəti  ört-basdır etdiniz...
Bütün bunları  “Gündəlik-Bakı” törətmişdi, cənab Faiq Seyidov ?
Niyə uzun müddət polkovnik-leytenantı avtomobillə vuran sürücünün kimliyi açıqlanmadı ? 
Çünki siz imkan vermirdiniz ki,  oğlunuzun adı  mətbuatda hallansın...
Siz mətbuata açıqlama verdiniz ki, guya həmin polkovnik  “ürək tutmasından” ölüb.
Amma  həmin polkovniklə bağlı  xəstəxananın  vəkil sorğusuna verdiyi  cavab hamıya bəllidir. 
Həmin hərbçi sizin oğlunuzun idarə etdiyi avtomobillə vurulmuşdu və o səbəbdən dünyasını dəyişdi. 
Biz “Gündəlik-Bakı” olaraq  o vaxt da həqiqətləri yazırdıq və bu gün də sizinlə şəxsi qərəzimiz yoxdur. 
Sizin barənizdə yazırıq ki, işçiləri qanunsuz, müqavilə olmadan işlədirsən, əmək haqlarını vaxtında vermirsən...
Biz yazırıq ki, işə götrüdüyün gənc oğlan  şirkətin qarajında  dünyasını dəyişib...şirkətin hüquqşünası isə deyir ki, belə bir hadisə olmayıb...
Biz yazırıq ki, sənin  61, 65, 18 saylı avtobuslarının  sürücüləri deyir ki, maaşlarımızı vaxtında ala bilmirik, bizi  gündə 12 saat işlədirlər...sosial müdafiə, pensiya fonduna pul keçirilmir...
Cənab Faiq Seyidov, bunları “ Gündəlik-Bakı” demir ee,  sənin işçilərin bizə deyir...
Cənab Faiq Seyidov !  
Bir daha sizə bəyan etmək istəyirik ki, bizim bir media olaraq  Faiqoğlu problemimiz yoxdur. 
Vətəndaşları  dövlətimizdən narazı salma, bu bizə yetər.

P.S Cənab Faiqoğlu bilirsən o vaxt nə üçün sən polkovnikin qanını batıra bildin? Nə üçün sənin Faiqoğlu şirkətin dan ulduzu kimi par-par parıldayaraq hər yerə işıq saçırdı? Həə, onda sənin "krışan" Ramiz Mehdiyev var idi. Ramiz Mehdiyevin cangüdəni, şoferi, köməkçisi Təhməz var idi.
Birazdan sonra bunların heç biri olmayacaq. Onda sənə hamı reket deyəcək, sənin də haqqında hal-hazırda həbsxana həyatı yaşayan Faiqoğlu deyiləcək. Onda görəcəksən ki, haqsız danışmaq nə deməkdir. Gündəlik Bakı qəzeti və Habil Vəliyev haqqında danışmaq nə sənin razmerində deyil, nə də olmayan təhsilində.

Oxşar xəbərlər

“Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobusun sürücüsü qrip ola-ola sərnişin daşıyır - TƏHLÜKƏ
“Xaliq Faiqoğlu” sürücülərin maaşını kəsib - NARAZILIQ!
“Xaliq Faiqoğlu” cəbhəyə göndərdiyi sürücülərin pulunu vermir
"Xaliq Faiqoğlu" işçilərini qanunsuz işlədir
Sərnişindaşıma şirkətinə protokol yazılıb
Ramiz Mehdiyevin “oxrana”sının  rəisi Təhməz “Xaliq Faiqoğlu” şirkətinin ofisinin qabağında  nə edir ?
Faiq  Xaliqoğlunun əli çox qanlara batıb-  “Xaliq Faiqoğlu”  şirkətinin sahibi nə üçün məsuliyyətə cəlb olunmur ?
"Xaliq Faiqoğlu” ancaq NARAZILIQ YARADIR... - Basabas, köhnə avtobuslar, qanunsuz fəaliyyət...
“Gündəlik Bakı”-nın baş redaktoru: Gününüzü  “Gündəlik Bakı” ilə  AÇIN
Oğlum “Xaliq Faiqoğlu”nun qarajında faciəli şəkildə ölüb, maraqlanmırlar”
"Xaliq Faiqoğlu"nda işçi haqqı yeyilir... - "Maaşımızı vermirlər..."
Prezident Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verdi
Redaksiyamızın telefonuna gələn SƏSLİ MESAJI, olduğu kimi, həmin şəxsin ailə üzvlərinə göndəririk..- HÜQUQ MÜHAFİZƏ ORQANLARININ NƏZƏRİNƏ…
Tarixdə 2 il öncə Bu gün dekabrın 6-da Habil Vəliyev və “Gündəlik Bakı” azadlığa çıxdı… - Dövlətin və dövlətçiliyin alınmaz qalası olan “Gündəlik Bakı” yoluna davam edir…
Ermənilər rusiyalı hərbi ekspertləri öldürməklə hədələyirlər
Azərbaycan qan ağlayır, TV-lərdə çal-çağırdı...
Yaqub Eyyubovun Pirverdiyevlə şərikliyi
Yeni gənclər və idman naziri kimdir? - DOSYE
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
Elton Məmmədovun şirkəti MƏHKƏMƏYƏ VERİLDİ
Türkiyə ilə viza rejimi tam qalxa bilər
Məşhur avtomobil şirkəti AMEA-nı məhkəməyə verdi – Borca görə…
“Azərenerji” yeni yaranan şirkətə niyə 1 milyonluq sifariş verib?
“Kontakt Home” qazini məhkəməyə verib: - “Şirkətin böyük qəbahətləri var”
“Soliton” şirkətinin adından danışan Gəncəli İsmayılova tövsiyyəmiz… - “Gündəlik Bakı”nın səninlə məşğul olmağa nə həvəsi, nə də vaxtı var…
“Veysəloğlu”  müstəqil mediaya  SENZURA  tətbiq etmək istəyir ? - İnformasiya təhlükəsizliyi  milli təhlükəsizliyin  çox vacib komponentidir, cənab Aydın  Talıbov…
"Torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!" - İlham Əliyev
Habil Vəliyev səhhəti ilə bağlı Prezidentə müraciət etdi-Xahiş edirəm vəziyyəti öz nəzarətinizə götürəsiniz
“Gündəlik Bakı” qəzetinin redaksiyası və Habil Vəliyev daha bir məsələnin həllinə nail oldu.
"Bunlar yalan vədlər verirlər..." - GİLEY