Emil Səməndərov şəhidin pulunu niyə qaytarmır ? -  Bir mənzili 5-6 nəfərə satan “Proqress 2016” MTK-nın sahibi niyə həbs olunmur ?
10-01-2022, 11:59
300

Emil Səməndərov şəhidin pulunu niyə qaytarmır ? - Bir mənzili 5-6 nəfərə satan “Proqress 2016” MTK-nın sahibi niyə həbs olunmur ?

Emil Səməndərovun aldatdığı 1200 vətəndaşın küçəyə çıxmasını gözləyirsiniz ? 

Bizim vətəndaşlara qarşı qanunsuz əməllərlə bağlı yazdığımız silsilə yazılar kimlərdəsə qərəz, şəxsi münasibət kimi görünə bilər. 
Amma  biz dəfələrlə  qeyd edirik ki, bizim heç bir məmurla, yaxud iş adamı, sahibkarla problemimiz yoxdur. 
Yetər ki, vətəndaşların hüquqlarını pozmayın, insanları dövlətdən narazı salmayın. 
Axı, dünyada baş verənləri, narazı insanların aqressiv münasibətini görürük. Və məhz buna görə də istəmirik ki, narazı insanlar kimlərinsə əlində vasitəyə çevrilsin. 
Başa düşdünüzmü, cənablar. 
Bir adam  kimisə aldadanda  haqlı olaraq cəza verirsiniz. 
Bəs 1200 nəfəri aldadan, onların milyonlarnı mənimsəyən şəxslər niyə cəzasız qalmalıdır ?
Neçə vaxtdır  MTK-ların vətəndaşların başına açdığı oyunlardan, aldadılmış minlərlə insanın talehindən bəhs edirik. 
Mənzil tikintisi adı altında  cinayətkar şəbəkənin mövcud olmasını, onların əməllərini yazırıq. Amma ortada nəticə yoxdur. 
Belə ki,  “Proqress 2016” MTK-nın sahibi Emil Səməndərovun cinayət əməllərindən nə qədər yazmaq olar ?
Niyə  bütün bu yazılanlara  hüquq-mühafizə orqanları, prokurorluq  heç bir reaksiya vermir ? 
Yenidən təkrar etməyə məcburuq ki, bu adamın barəsində  7-8 rayon məhkəməsində cinayət işləri olub. Hamısı da sui-istifadə, aldatma, dələduzluq və s əməllər. 
Hətta bu barədə nəinki ölkə mediası, hətta rəsmi dövlət qeydiyytından keçmiş partiya sədri televiziyada  deyir ki, Emil Səməndərov həbs olunmalıdır. Amma..
Amma  bütün bu cinayət əməllərindən  Emil Səməndərov  canını qurtara bilib. Necə və hansı yolla, o bizlik deyil. 
Lakin  cəzasızlığına arxayın olan  Emil Səməndərov daha böyük cinayət əməlləri törətməyə əmin olub. 
Bilib ki, cəzası olmayacaq və pulunu verib azadlıqda qalacaq. 
Və nəticədə  tikinti şirkətinin sahibi olaraq bu dəfə 5-6 nəfərə deyil, düz 1200 nəfərə atıb. 
Bu adam o qədər həddini aşır ki, hətta şəhidin mənzilini başqasına satır. Bu adam cinayətkar deyil, bəs nədir ?
Bəli, MTK  rəhbəri  Emil Səməndərov  Vətən Müharibəsi şəhidinin  qanuni mənzilini başqasına satıb. 
Qısa məlumat üçün  bildirək ki, şirkətin Xırdalanda tikilən binasından sağlığında mənzil alan Zeynalov Azad Rafiq oğlu həmin evin başqasına da satılmasından məlumatsız olub. Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Azad  Zeynalov son mənzilə yola salındıqdan sonra ailəsi onun aldığı mənzilə sahiblənə bilmir. Məlum olub ki, mənzil başqa bir fiziki şəxsə də satılıb və “Proqress 2016” MTK rəhbəri fırıldağa yol verib.
İndi  şəhidin ailəsi heç olmasa, Azad  Zeynalovun ödədiyi pulu tələb edir, Emil  Səməndərov isə pulu  qaytarmır.
Təsəvvür  edirsiniz, bu adam şəhidin mənzilini  başqasına satıb. Və hətta şəhidin verdiyi pulu da onun ailəsinə qaytarmır. 
Axı, bütün ölkə bilir ki, Emil Səməndərov 2017-ci ildə insanların etibarından sui istifadə edərək “Proqress 2016”  MMC-ni ələ kecirmişdir. O buna qədər 100-lərlə insanın etibarından sui istifadə edərək onları aldatmış və haqqında cinayət məcəlləsinin 178.2.4 maddəsi üzrə cinayət işi acılmış bu günə qədər yekunlaşmamışdır.
Bəs neçə ildir  bu istintaq yekunlaşmır ?
Vətəndaşlar haqlı olaraq bizə müraciət edir ki, istintaq neçə ay, neçə il çəkər ? 
Bunun bir sonu olmalıdır də…
Axı, bu insanlar neçə ildir pullarını verib mənzil gözləyiblər. 
Belə dərəbəylik, belə “bespredel”  olmaz axı…
Biz bilirik ki, Emil Səməndərov neçə dəfə saxlanılıb və sonra  sərbəst buraxılıb. Niyə..? 
Bu adamın barəsində təkcə Binəqədi Rayon Məhkəməsində 100-lərlə insanın aldadılması üzrə ( C.M-nin 178.2.4 üzrə dələduzluq və etibardan su istifadə, küllü miqdarda pulun mənimsənilməsi üzrə ) cinayət işi açılıb. 
Bütün bu cinayət əməlləri ortada ola-ola bu adam yenə  tikinti biznesinə rəhbərlik edir, yenə binalar tikir, yenə vətəndaşları aldadır, yenə 1 mənzili  4-5 vətəndaşa satır. 
Emil  Səməndərov  2-ci Qarabağ Müharibəsi qazisinə də mənzil atıb. Yəni qazi bu günədək  qanuni mənzilini  ala bilmir. 
Nə etsin bu hüququ tapdalanan insanlar, ey səlahiyyət sahibləri ? 
Bəlkə, aksiya keçirsinlər, bəlkə intihar etsinlər ?
Söz sizindir…


Oxşar xəbərlər

“Proqress-2016” MMC-nin sahibi  Emil Səməndərovun cinayət əməlləri…- Emil Səməndərov OLMAYAN BİNANIN OLMAYAN MƏNZİLLLƏRİNİ  çoxdan satıb…
“Proqress 2016” MTK-nın sahibinin həbsi an məsələsidir... - 5-6 nəfərə atıb məhkəmədən canını qurtaran Emil Səməndərov düşünüb ki, 1200 nəfərə atım…
“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun  1200  “dvoyniki”  var...- Bu adamın QAŞQA-sına CİNAYƏTKAR yazılıb
“Gundelik-Baku.com”  Emil Səməndərova xəbərdarlıq etdi- “Proqress” MTK-nın  vətəndaşlardan, hətta Qarabağ qazisindən oğurladığı pul bizə lazım deyil…
“Proqress-2016” MMC-nin sahibi Emil Səməndərovun cinayət əməlləri…- “İtə də  bir əppək borcu olan”  MTK  sədrləri…
Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video
“Proqress 2016” MTK-nın sahibi Emil Səməndərov şəhidin mənzilini başqasına satıb ?- MTK dan ŞOK FAKTLAR
“Proqess”  MTK-nın cinayət əməlləri- Emil Səməndərov 2-ci Qarabağ müharibəsi QAZİSİNƏ də mənzil atıb..
Emil Səməndərov yüzlərlə insanı NECƏ ALDATDI... - NARAZILIQ!
Gundelik-baku-com dövlətlə vətəndaş arasında uçurumun olmasını istəmir-Qorxmaz Hüseynova  səmimi müraciət
Proqress 2016” MTK-nın cəzasız qalan tikinti fırıldaqçıları – Şəhid Ailəsinə qarşı 57 min manatlıq DƏLƏDUZLUQ - VİDEO
“Proqress 2016” MTK-nın fırıldaqları cəzasız qalacaq? - Tikinti dələduzu at oynadır
“Proqress 2016” MTK-nın fırıldağı istintaqda: - Səməndərov həbsə gedir?
«Proqres-2016» bir mənzili bir neçə adama sataraq, yüzlərlə vətəndaşı aldadıb ətəndaşlara 10 milyondan artıq pul atanın arxasında kim dayanıb FOTO
Sahil Babayevin bu kadrından XƏBƏRİ VARMI? - İTTİHAM
"Azsığorta" vətəndaşı niyə narazı salır? - GİLEY
7 aydır işsizdir, evinə çörək gətirəni də yoxdur... - GİLEY
“Şəhidlərin ailəsi bizdən dayanmamağı xahiş edir, təsəvvür edirsiniz?"
“İnsanları vətənindən didərgin, dövlətindən narazı salan bu cür adamlara vətən xaini demək olar...”
“Sobes” müdiri Cavanşir İsgəndərov milyonları necə qazanıb ?- Səlim Müslümovun “qara kassa”sı HƏBSDƏN necə xilas oldu ?
SAHİL BABAYEV DƏ HƏBSƏ GÖNDƏRİLİR ?- Sahil Babayev  deyir ki, bu qanunsuzluq Səlim Müslümovun vaxtında olub...
Baş həkimin oyunbazlığı... - GİLEY
Nazirlik əməkdaşı: "Zamanında vaksin vurdurmaq olmazdı?"
Xanım Qazi aksiya keçirdi, Prezidentə müraciət etdi: “Sahil Babayev Qaziləri dövlətdən narazı salır” – ÖZƏL VİDEO
KAT Holdinqin sahibi Elçin Ələkbərovun məhkəməsi başlayır – Onu hansı cəza gözləyir?
“Əhalinin maaşlarını mənimsəyən məmur, komitə sədri, nazirlər...”
Niyazi Bayramovun ƏCAİB İŞ ÜSULU - Gəncədə şikayətçilər necə susdurulur...
İki əsgər yetişdirən ailə çətin durumda - Müraciət...
Siraqəddin  Cabbarov Saatlı və Sabirabad camaatının gözünü “mazol” edib... - İlhaməyə villa bağışlayan icra başçısı şəhidin ailəsinə 5 dəqiqə vaxt  ayırmaq istəmir...
Şair Alxasovu NİYƏ HƏBS ETMİRLƏR? - GİLEY