Almaniyadan qayıdan İradə Gülməmmədovanın sonuncu iclasından REPORTAJ... - Bu adam deyəsən olub-qalan ağlını da Almaniyada qoyub gəlib...
11-01-2022, 14:56
700

Almaniyadan qayıdan İradə Gülməmmədovanın sonuncu iclasından REPORTAJ... - Bu adam deyəsən olub-qalan ağlını da Almaniyada qoyub gəlib...

İradə Gülmmədova deyir ki, Sumqayıt, Abşeron, Xızı birləşir, oluram icra başçısı...

İradə xanım, sənin yolunu Kürdəxanıda  gözləyirlər... 



Bir müddət  əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin  başçısı İradə Gülməmmədovanın Almaniyada açıq ürək əməliyyatı keçirdiyi və koronavirusdan sonra onun ürəyində ciddi problemlər olduğu barədə yazaraq ona şəfa diləmişdik. 
İradə Gülməmmədova xeyli vaxtdır adətinə uyğun olaraq öz kabinetində keçirdiyi qapalı iclasları Gündəlik-Bakıda onun barəsində dərc olunan yazılarla başlayır. 
Sonuncu iclasda da belə olub. 
Belə ki, icra başçısı İradə Gülməmmədova iclası açaraq deyib ki, Gündəlik-Bakı mənim xəstələnməyim barədə yazıb, amma  mən Almaniyada həkim kimi çalışan qohumumun yanına  müayinə üçün getmişdim, indi maşallah sapsağlamam, turp kimiyəm və yeni mühüm vəzifəyə getməyə hazırlaşıram. Amma...
Hamı susaraq gözləyib ki, icra başçısının qəbahəti nədir...
Qəbahətinin yekəliyini  gec də olsa,  başa düşən İradə Gülməmmədova deyib ki, Almaniyaya gedəndə ali rəhbərlikdən icazə almamağım məni təşvişə saldı, çünki belə çətin, qarışıq dövrdə ölkəni icazəsiz tərk etməyim mənə baha başa gələ bilərdi, şükür ki, xata sovuşdu...
İclasda oturanlar İradə Gülməmmədovanın hansı mühüm vəzifəyə gedəcəyi  barədə  düşünəndə, icra başçısı özündən razı  halda deyib ki, bilirsiniz də rayonlar birləşdirilir, yeni inzibati idarəetmə sistemi yaradılır, paytaxt  Bakının rayonları 2 böyük rayonda birləşəcək, yəni belə demək mümkündürsə,  Bakının 2  “meri”  olacaq, yəqin ki, inşallah onlardan biri də mən olacam...
Bunu eşidən iclasdakılar təəccüblə baxıblar ki, bu nə danışır...
Bəli, sözünə davam edən İradə Gülməmmədova deyib ki, ikinci variant  da odur ki, Sumqayıt, Abşeron, Xızı bir inzibati vahiddə birləşir və mən də oluram icra başçısı...
Bu məqamda iclasda oturanlardan biri pıqqıltıyla gülərək yanındakına deyib ki, bu  xanım deyəsən olan-qalan ağlını da Almaniyada qoyub gəlib, buna orada nəsə vurublar, bu başa düşmür ki, Kürdəxanıda oturanlar onun yolunu səbrsizliklə gözləyirlər, bu isə təzə vəzifə eşqinə düşüb...
Nə isə, iclas beləcə yekunlaşıb. 
Doğrudan da deyəsən bu xanım icra başçısı ağlını Almaniyada qoyub gəlib. 
Necə ola bilər ki, icra başçısı ali rəhbərliyə xəbər vermədən ölkəni tərk etsin. Bu harada görünüb, ay İradə Gülmmədova ?
Bəlkə yığdığın milyonları da götürüb ölkədən çıxardın, bəzi səfirlər kimi geri qayıtmazdın və s. 
İradə Gülmmədova, deyirsən ki, şükür xata sovuşub. Sən hardan bilirsən ki, sənin bu heç bir əndazəyə sığmayan, dövlət idarəçiliyinə yaraşmayan hərəkətini sənə bağışlayacaqlar ? 
Nə bilirsən ki, bu məsələni araşdırmırlar ? 
Sən nə yemisən, ay İradə xanım ?
Sənə Almaniyada nə vurublar ? 
Hələ üstəlik deyirsən ki, mühüm vəzifəyə gedirəm. 
Hansı vəzifədən söhbət gedə bilər ? 
Ki, 7 il icra başçısı işlədiyin Abşeronda özündən, Krasnodardakı erməni qohumlarından başqa bir  vətəndaşın yarasına da pambıq qoymadın. 
And olsun Krasnodardakı erməni qohumlarının goruna ki, Kürdəxanıya çatan kimi səni növbəyə qoyub sorğu-sual edəcəklər. Bilirsən kimlər ? 
 Sənin güdazına gedən, başını  yediyin məmurlar, Kürdəxanıda cəza çəkənlər...
Bəli, Abşeronun baş memarı, hazırda  Kürdəxanıda cəza çəkən  Akif Əliyev  sənin yolunu elə gözləyir...çatan kimi...
İradə Gülməmmədova öz qohum-əqrəbanı  həbsdən azad elədin, günahsız  Akif Əliyev və başqalarının anasını ağlar qoydun. 
İradə Gülməmmədova, Akif Əliyevin qardaşı deyir ki, hər gün İcra Hakimiyyətinə gedirik, İradə Gülməmmədovanı gördüm deyən tapılmır, onsuzda tapıb sözümüzü deyəcəyik.
İradə Gülməmmədova içəridə çürütdüyün məmurların anaları, bacıları, övladları sənə Allahdan cəza diləyir. 
Həmin şəxslərin qohumları deyirlər ki, sən nə qədər qorxunc, tamahkar, hiyləgər, rüşvətxor, korrupsioner qadın imişsən...Sənə qadın deməyə də adamın dili gəlmir..
Bütün bunları sənə zülm verdiyin insanlar deyir, İradə Gülməmmədova...
İndi özün nəticə çıxart...

P.S Hörmətli cənab başçı, iclaslarda bizim haqqımızda azca danışın. Biz yaddan çıxardırıq, siz yadimıza salırsınız. Apardığınız iclaslarda bizim haqqımızda danışmasanız olmur? 



Oxşar xəbərlər

Abşeronun icra başçısı İradə Gülməmmədova xəstəliyinə görə təcili Almaniyaya aparıldı
Abşeron icra hakimiyyətində yeni həbslər...- İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
İradə Gülməmmədova oliqarxa çevrilib – Həyat yoldaşının adına olan şirkətlərin siyahısı yayıldı
Abşeron icra hakimiyyətində  yeni həbslər...-  İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
İcra başçısı Abşeron Təhsil İdarəsinə qudasını GƏTİRİR- İDDİA
Dünən “Xatunça” İradə Gülməmmədovanın ad günü idi- Orkestr, saksafon, zurna çalanlar, şeir deyənlər, gül dəstələri və ən əsası  “paket”lər…
Abşeronun icra başçısı İradə Gülməmmədovanın vətəni haradır: Şuşa, yoxsa Krasnodar ? -  İcra başçısının nənəsi ermənidir ?
İRADƏ GÜLMƏMMƏDOVANIN RÜŞVƏTXOR DƏSTƏSİ VƏ BACISI OĞLU HƏBSDƏN AZAD OLUNDU- MƏHKƏMƏDƏN ŞOK QƏRAR
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi
Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı
İradə Gülməmmədova “cin atına minmiş”  bacısının könlünü Şuşada necə alır ?-  Bajı, vallah  məhkəmədə Babəki  buraxdıracam…
Abşeronun icra başçısı İradə Gülməmmədovanın “El qızları”- İŞ PROKURORLUĞA GÖNDƏRİLİB…
İradə İsaka vəzifə verildi
İradə Gülməmmədovanın azadlığa çıxan bacısı oğlu Babək hamıya meydan oxuyur- Babək Zalov indi də Mahmud Nəbiyevə ultimatum göndərib…
İradə Gülməmmədova “külfəti” ilə Şuşada oteldə istirahət edir...-  Qaziyə “Mənə görə döyüşməmisən” deyən İradə hansı üzlə Şuşaya gedib ?
HƏP-əndin sədri  Əli İnsanovla Aydın Şamoyevin məktəb biznesi...- Masazırda MƏKTƏB, yoxsa HOTEL tikilir ?
“Mənə görə döyüşməmisən” – Abşeronun başçısı iş istəyən qaziləri – Video
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Dairə qapanır, cənab İradə Gülməmmədova-  İcra başçısının qardaşı Rövşən Quliyev hələ də Abşeronda at oynadır
Zibilin çıxıbdı dizə, İradə Gülməmmədova…-  Xırdalan camaatı zibilin içində, İradə isə dolların içində itib-batır...
Alimpaşa Məmmədovun ərköyün direktoru
İradə  Gülməmmədovanın həbsi  an  məsələsidir- “Şayba”   daralır  cənab xanım başçı...
Gülməmmədovanın çəmbəri daralır: bacıoğlunu da qurban verən başçıdan şok - Faktlar
Abşeronun başçısı İradə Gülməmmədovanın qurduğu qanunsuz biznes səltənəti – FAKTLAR
Qarabağ qazisi: “Abşeronun icra başçısı rayonu ailə şirkətinə çevirib” – VİDEO
İradə Gülməmmədovanın 1.3 milyon ödəyəcəyi şirkət kimindir? - Şübhəli tender
Xırdalan sakinləri Bakı-Sumqayıt yolunu bağlayacaqlar – Başçıdan NARAZILIQ
Azərbaycanlı jurnalist oğluna toy etdi - FOTO
"Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik" - Preizdent
Təhsil nazirliyi bu faktı nəzərə almalıdır - İTTİHAM