“Sobsan Boya”  və  milli  səhiyyəmiz.... - “Sobsan boya”  Kardiologiya İnstitutunun  ərazisini almaq istəyir ?
11-01-2022, 15:40
336

“Sobsan Boya” və milli səhiyyəmiz.... - “Sobsan boya” Kardiologiya İnstitutunun ərazisini almaq istəyir ?

Azərbaycan  sözün həqiqi mənasında  ziddiyyətlər, təzadlar, kontrastlar ölkəsidir. 
Kimə sual versən ki, “kraska” qayıran “Sobsan boya” şirkəti ilə Kardiologiya İnstitutu ( ürək ) arasında nə əlaqə ola bilər ?
Vallah adama güləllər, hətta adamı ələ salarlar. 
Amma bizdə belə hallar az deyil. 
Bəli, Gündəlik-Bakıya daxil olan məlumata görə, “Sobsan boya” şirkəti  o qədər həddini aşıb ki, şəhərin mərkəzindəki  Kardiologiya İnstitutunun ərazisini ələ keçirmək istəyir... 
Bu plan hələ sabiq səhiyyə naziri Oqtay Şirəliyevin dövründən qüvvədədir. 
Təsəvvür edirsiniz, şəhərin mərkəzində 10 hektarlarla ərazi, yaşıllıq və s. 
Qeyd edək ki, ”Sobsan Boya” şirkətinin rəhbərlərindən biri Zöhrab Səbzəliyevlə  sabiq  nazir  Oqtay Şirəliyev qudadır. 
Və bu qohumluğa görə, ”Sobsan Boya” şirkətinin rəhbəri Səbzəliyevin əmisi qızı  Gülnaz  Dadaşova  hazırda  Kardiologiya İnstitutunun direktorudur. 
Nə isə görək “Sobsan boya” nə ilə məşğuldur ? 
Məlumdur ki,  “Sobsan Boya” Azərbaycanın ilk  boya fabrikidir.
Şirkət  Qafqaz regionunun ən böyük boya və boya xammalı fabrikidir. Şirkətdə  500-dən çox işçi çalışır. 
Bir neçə il əvvəl  fabrikdə baş verən yanğın  cəmiyyətdə xeyli suallar doğurdu. 
Yanğın o dərəcədə  böyük oldu ki, FHN-nin 30 yanğınsöndürən maşını  yanğını  söndürə bilmirdi. 
Yanğından sonra xeyli suallar ortaya çıxdı. Bəlli oldu ki, şirkət illər uzunu zərərli kimyəvi  maddələri  Bakıdakı su mənbələrinə, göllərə axıdırmış. Bunun nə demək olduğunu şərh etməyə ehtiyac  yoxdur. Yəni “Sobsan Boya”  ətraf mühit üçün  ziyanlı olan  xeyli kimyəvi maddələri  su hövzələrinə axıdıb. 
Ümumiyyətlə, bu şirkətin adı çox neqativ məsələlərdə hallanır. Belə ki, “Sobsan Boya” şirkəti  Şamaxıda onlarla vətəndaşı aldadaraq  onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəyib. Hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da şirkət ələ keçirib. 
Hətta şirkətin rəhbərliyi vətəndaşlara hədə-qorxu gəlir, biz  “yuxarıların adamıyıq” deyib, özlərini belə qələmə verirlər. 
Bir sözlə, “Sobsan Boya”  Azərbaycan qanunlarına  məhəl qoymur. 
Bütün bunlar azmış kimi  “Sobsan Boya”nın sexlərində, laboratoriyalarında  elə “qatqılar” olur ki, ( 12 kq- 6 kq ? ) bununla mütləq xüsusi xidmət orqanları məşğul olmalıdır.
İndi gördünüzmü, xəstənin sağ ayağı əvəzinə sol ayağını kəsən  milli səhiyyəmizlə  “kraska”  ilə ətraf mühitimizi zəhərləyən  milli  sənayemiz necə birləşib…


Oxşar xəbərlər

“Sobsan Boya”  və  Səhiyyə naziri   Oqtay  Şirəliyevin şərikli biznesi-“Sobsan Boya” fabrikində ÖZBAŞINALIQ
“Sobsan” boya   alıcıları aldadır-  Bir vedrə 10 kq boya realda 6 kq olur
Zöhrab, Cavid, Araz  Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki…- “Sobsan”nın şəriklərindən biri də sabiq səhiyyə naziri Oqtay Şirəliyevin qudasıdır...
“Sobsan” boya fabrikində  işbaşında  ölüm hadisəsi…- Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının  ekoloji “terror”u
"Yalandan bəhanələr gətirir..." - GİLEY
“SOBSAN”  boyanın 12 milyona ehtiyacı yoxdur…- Bəs nə üçün fabrik yanğın zamanı zərəçəkənin kompensasiyasını vermir ?
Kardiologiya İnstitutu: Səhiyyə sisteminin ÜRƏKAĞRISI... - İTTİHAM
''Sobsan'dakı yanğın mənə 100 minlik ziyan vurdu' - NARAZILIQ!
Kardiologiya İnstitutunun şübhəli TENDERYEYƏNİ... - İLGİNC FAKT
Tanımış həkim koronavirusdan vəfat etdi
Oqtay Şirəliyevə yeni vəzifə VERİLDİ
Otuz yaşı olacaq  müstəqil  Azərbaycanın 17 illik səhiyyə naziri  Oqtay Şirəliyev getdi-  GEM-in direktoru Sara Həsənova niyə təlaş keçirir ?
Oqtay Şirəliyevə peyvəndin ikinci dozası vuruldu
Oqtay Şirəliyev onu direktor TƏYİN ETDİ
Əli İnsanovun dövründə SARA-lan və Oqtay Şirəliyevin dövründə NİGAR-an qalan Səhiyyəmiz...
Oqtay Şirəliyevdən sonra Yaqubun yuxusu ərşə çəkilib...-  Səhiyyə nazirliyinin avtomobil qarajında baş verən qanunsuzluqlar...
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu - FOTO
“Baş”sız  səhiyyəmizin təzə “baş”ı  peyda olub…- Həkim-deputat Rəşad Mahmudovun NAZİR olma eşqi...
Prezident Oqtay Şirəliyevi vəzifəsindən azad etdi
“Bakı metropoliteni” qanunu kobud şəkildə pozdu: - Şübhəli şirkətlə yeni anlaşma
Kardiologiya İnstitutunda DİREKTOR ÖZBAŞINALIĞI - qocaman professorlar sürgünə göndərilir
Kardiologiya İnstitutunda direktor özbaşınalığı: Gülnaz Dadaşova qocaman professorları sürgünə göndərir
Mədəniyyət İdarəsi qeyri-adi istedad “kəşf” etdi - FOTO
2021-ci ilin dəbdə olacaq rəngi elan edildi
Mingəçevir İES-in inşaasında iştirak edən iş adamları pullarını ala bilmir - ŞİKAYƏT/VİDEO
Misir Mərdanovun direktor olduğu institutun adı dəyişdirilir
Mingəçevir İES-in inşaasında iştirak edən iş adamları pullarını ala bilmir – Şikayət, Video
Xalq artisti infarkt keçirdi: Vəziyyəti ağırdır
Azərbaycanda Elçibəy İnstitutu yaradıldı
Pakistanlı zabit Əfqanıstanla sərhəddə öldürülüb