Sənin bir AUDİT-lik canın var, Veysəloğlu... - Bir müstəqil audit yoxlaması “Veysəloğlu imperiyası”nı çökdürər...
11-01-2022, 15:51
959

Sənin bir AUDİT-lik canın var, Veysəloğlu... - Bir müstəqil audit yoxlaması “Veysəloğlu imperiyası”nı çökdürər...

Bizim  TAVAN-mız yerindədir, amma səninki  uçub...

Aydın Talıbovun şirkəti  vergidən nə qədər yayınır ? 


Aydın Talıbov ARAZ-da vaxtı keçmiş, köhnə məhsulları OBA-da satdırır...

“Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti  Aydın Talıbovun nəzərinə və diqqətinə bir daha çatdırmaq istəyirik ki, biz bəziləri kimi havadan, göydən yazmırıq. Yəni bizim yazılarımızda jurnalist təxəyyülü, fantaziya-zad, qərəz-filan yoxdur. 
Biz hər hansı bir araşdırma aparanda konkret suallar qoyuruq və qarşı tərəfdən cavab gözləyirik. 
Obrazlı desək, biz QUŞUN DİMDİYİNDƏN tuturuq, QUYRUĞUNDAN yapışmırıq. 
Özünüz də görürsünüz ki, sizin DİLİNİZDƏN çıxan fikirlərin əsasında  suallar qoyuruq. Yəni özünüzün dediklərinizə əsaslanaraq  suallar tərtib edirik. 
Aydın oldumu, cənab Aydın Talıbov..? 
Siz  deyirsiniz, 17 min nəfər işçimiz var. Çox gözəl. 
Biz soruşuruq  ki,  bu 17 min nəfər işçinin əmək müqavilələri varmı ? 
Biz soruşuruq ki, 17 min nəfər üçün nə qədər vergi ödəyirsiniz ? 
Biz soruşuruq ki, DSMF-yə nə qədər pul ödəyirsiniz ? 
Və s. 
Bunlar məgər dövlət sirridir ?
Bəs, belə olan halda niyə  suallarımıza cavab vermək əvəzinə təhdid edirsiniz, məhkəmə ilə hədələyirsiniz, yanımıza adam göndərirsiniz, bizi üzdən-gözdən salirsınız?
Əlbəttə, məhkəməyə müraciət etmək sizin hüququnuzdur. Amma  sorğular vermək isə bir müstəqil media olaraq bizim hüququmuzdur. 
Siz öz dilinizlə deyirsiniz ki, uzun müddət mediaya  qapalı olmuşuq. 
Niyə və nə üçün, cənab Talıbov ? 
Mediadan qaçmağınızın səbəbi nə idi ? 
Biz sizdən soruşuruq ki, işçilərinizin əksəriyyəti orta təhsillidir. Əgər düz demiriksə, buyurun işçi kontingenti ilə bağlı  sənədləri ortaya qoyun. 
Biz hətta sizdən soruşa bilərik ki, işçi kontingentinin yaş tərkibi, cinsi tərkibi necədir ? 
Biz sizin ailədaxili, özəl həyatınızla bağlı suallar vermirik ki?
Biz sizdən soruşuruq ki, reklam şirkətinin xanım əməkdaşı sizin Araz marketdə tavanın uçması nəticəsində  ciddi fiziki zədə alıb, yaralanıb, hətta onurğasının sındığı bəlli olub. Bu faktları əks etdirən materalları şəkillərlə birgə dərc edirik. Reklam şirkətinin əməkdaşı deyir ki, hətta yaralanmış xanıma  təcili yardım çağırmağa belə imkan verməmisiniz, hətta mane olmusunuz. 
Cənab Aydın Talıbov !
Hətta müharibə, döyüş zamanı yaralı düşmənə yardım göstərilir. Anladınmı? Hətta düşmən tərəfə. 
Siz isə marketinizdə  ciddi fiziki zədə alan Azərbaycan vətəndaşına ilkin yardım göstərmirsiniz ? 
Bu hadisə sizin günahınızdan baş verib...
Çox üzr istəyirik, bu insanlığa yaraşan məsələ deyil. 
Bütün bunlara cavab vermək əvəzinə haqqımızda hədyanlar danışırsınız. 
Biz isə jurnalist etikasına uyğun olaraq sizi təhqir etmirik. 
Biz sizdən soruşuruq ki, gündəlik müştəri sayı 640 min nəfər olan ( bunu siz öz müsahibənizdə demisiniz )  marketlər şəbəkəsi  dövlətə nə qədər vergi ödəyir ?
Siz sualımıza  cavab vermirsiniz. Onda icazə verin, şübhələnək ki, sizin şirkətlər qrupu külli miqdarda vergidən yayınır. 
Onda icazə verin, şübhələnək ki, belə olan halda siz niyə həbs olunmursunuz ?
Cənab Talıbov, nəinki sizin hətta kiminsə həbs olunması bizim üçün məqsəd və istək ola bilməz. 
Sadəcə, sizdən fərqli olaraq biz düşünürük ki, dövlət qanunlarla idarə olunmalıdır.  
Biz sizin qara qaşınızda, qara gözünüzdə eyib axtarsaq, onu bizə irad tuta bilərsiniz. 
Biz soruşuruq ki, ARAZ marketlərləri ticarət qrupunun baş direktoru Rəşad adlı şəxs  ayda və onun həyat yoldaşı, Müşahidə Şurasının üzvü  ayda 30 min manat maaş alırsa, nə qədər vergi  verir ? 
Amma bu da maraqlıdır ki, direktor və xanımı bir yerdə 60 min manat maaşı necə ala bilər ?
Azərbaycanda  bu heç Baş prokurorun, Baş nazirin maaşı deyil. 
Bəli, deyəcəksiniz ki, bizimki ÖZƏL şirkətdir. Çox gözəl, cənab Talıbov. Özəl olanda nə olar ?
Onda zəhmət çək, məhsulların alınması və satılması ilə bağlı XALQA HESABAT ver. Ki, görək, QİYMƏTLƏRİ SÜNİ OLARAQ NƏ QƏDƏR ŞİŞİRDİRSƏN ? 
Bəli, 60 min manat maaş vermək üçün idxal etdiyiniz məhsulların üstünə  hansı qiyməti qoyub kasıb təbəqənin belini qırırsan ? 
Cənab Prezident  dəfələrlə süni qiymət atımı ilə bağlı xəbərdarlıq edib. Bu sizə  yetmir ? 
Həə, yavaş-yavaş gəlirik mətləb üstünə, cənab Talıbov. 
Cənab Talıbov ! 
Əgər  sizin şirkətlər qrupunda bir müstəqil audit yoxlaması olsa, sənin tavanın deyil e, imperiyan çökər. 
Əgər  dediyimizə şübhən varsa, buyur icazə ver, medianın iştirakı ilə müstəqil audit yoxlaması keçirilsin. 
Həə, necədir, cənab Talıbov ? Razı olarsanmı ?
Cənab Talıbov ! Bütün bunlar azmış kimi ən pis əmələ də əl atırsınız. 
Belə ki, sənə məxsus  ARAZ  marketləri imkanlı, elit  şəxslər üçün nəzərdə tutulub, OBA marketləri isə  əsasən  kasıb təbəqənin yaşadığı ərazilərdə  fəaliyyət göstərir. Bu çox iyrənc diskriminasiyadır. 
Ən dəhşətlisi odur ki, ARAZ  marketlərində vaxtı keçmiş, köhnəlmiş məhsullar OBA-da kasıb əhaliyə satılır. 
Hər şeyi  pis-yaxşı bağışlamaq olsa da, bax, bunu sənə və sənin kimilərə bağışlamaq olmaz, Veysəlinoğlu...

P.S Dəfələrlə demişik, indi də deyirik bizim yanımıza xahiş üçün heç kimi göndərməyin. Onsuzda biz heç kimi eşidən deyilik. İstehsal etdiyiniz malları ziyanverici qurdlardan qoruyun, təmizləyin.





Oxşar xəbərlər

“Veysəloğlu”nun 35 min avro maaş alan əcnəbi “revizor”u... -  Direktor və xanımı hər ay 30 min manat əmək haqqı alır...
“Veysəloğlu”nun OBA-sından bitib tükənməyən ŞİKAYƏTLƏR- AQTA,Vergi Xidməti niyə OBANI yoxlamır ?
Azərbaycanda məşhur şirkət ləğv olunur
Sən bizim suallarımıza cavab ver, cənab Veysəlinoğlu Aydın Talıbov… - Biz də deyək, bərəkallah, “ Veysəloğlu ”…
Aydın Talıbovun  “krışa”sı  uçdu… - “Veysəloğlu”nun  “Araz”  marketində nə baş verib ?
Vergi Xidməti  “Veysəloğlu”  şirkətinə niyə  2 milyon manat maliyyə sanksiyası tətbiq edib ?- Veysəloğlunun maliyyə müdiri Nüsrət müəllim hansı ölkəyə qaçmaq istəyir ?
ALVERÇİ AYDIN TALIBOVUN ''VEYSƏLOĞLU''SU- DÖVLƏT QURUMLARI ''VEYSƏLOĞLU''DAN NİYƏ QORXUR ?
Aydın Talıbov dərin narahatlıq içərisindədir... - İDDİA
“Veysəloğlu”nun sahibi  Aydın Talıbov vergidən yayınır ?- QURUMLAR NİYƏ SUSUR ?
Veysəloğlu, köhnə məhsulları təzə yerinə, kasıb camaata, satma... - “Veysəloğlu”  şirkətini böyük vergi bəlası gözləyir...
“Veysəloğlu”nun ağıldan dayaz hüquq məsləhətçiləri MMC ilə DOMEN məsələsini səhv salır… - “Veysəloğlu”nun sahibi Tibetdən şamanları dəvət edib ki, müstəqil medianı susdursun…
“Veysəloğlu” firmasının HOQQABAZLIĞI- OBA MARKETDƏ BAŞ VERƏN ÖZBAŞINALIQLAR…
''Veysəloğlu”nun toz basmış  vitrinləri...- Şirkətin   sahibi  Aydın Talıbov  kimdir ?
Dövlət vergi Xidmdəti və Qida Agentliyi niyə "Veysəloğlu"da yoxlama aparmır ?-Bu şirkətin arxasında hansı yüksəkçinli məmur dayanır ?
“Veysəloğlu”nun sahibi AYDIN-ın QARA ƏMƏLLƏRİ..- VEYSƏLOĞLU səhər, günorta, axşam qiymətləri qaldırır..
Veysəloğlunun vergi xidməti ilə şübhəli işbirliyi... - İDDİA
“Veysəloğlu” və “Oba” vergidən necə yayınır... – 72 saatlıq qul əməyinə etiraz
“Veysəloğlu”  müstəqil mediaya  SENZURA  tətbiq etmək istəyir ? - İnformasiya təhlükəsizliyi  milli təhlükəsizliyin  çox vacib komponentidir, cənab Aydın  Talıbov…
“Veysəloğlu”nun bu məhsul kifli çıxdı - FOTOLAR
“Veysəloğlu”nun   marketlərində  DOLLAR  xırdalayırlar ?- Şirkəti  MÜDDƏTİ KEÇƏN məhsullara görə məhkəməyə verdilər.
Veysəloğlunun Araz marketində DƏHŞƏTLİ HADİSƏ- ÖLÜMCÜL YARALANAN VAR
“Veysəloğlu”nun maliyyə müdiri Nüsrət müəllim otel və istirahət mərkəzlərini niyə banka girov qoyub?
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
Məzən olsun, Veysəloğlu – 1 ədəd narın qiyməti 1m 35 qəpik
"Veysəloğlu"nun şirniyyatı təhlükəlidir... - FOTOFAKT
Qoşqar Təhməzli “ARAZ” marketləri niyə hədəf alıb? – Detallar
"Veysəloğlu"da "Heyvagülü" havası: Şirkətlər Qrupu dövlət və istehlakçı marağını "unudub"-ARAŞDIRMA
Aydın Ağabəyov sədr seçildi
Veysəloğlunun  “Oba”sında qiymət  fırıldağı- Vitrindəki  qiymətlə kassada hesablanan məbləğ arasındakı fərq kimin cibinə gedir ?
Nazir Bakı merinin qardaşını işdən çıxarıb - FOTO