Ötən əsrin 80-ci illərində SSRİ-də aşkarlıq və yenidənqurma  dövründə televiziyalara azca da olsa  sərbəstlik verildi. Və müxtəlif maraqlı  adamlar verilişlərə dəvət olunurdu. Məsələn, “Tok Əli” deyirdilər, elektrik naqilindən yapışırdı, amma onu “tok” vurmurdu. Düzdür, sonralar dedilər ki, “tok Əlini”  tok vurub öldürüb. 
Sonra ikinci bir maraqlı epizod da yada  düşür.  
Adını unutmuşam, amma “stəkan”ı  xarthaxart yeyirdi. Hamı dəhşətə gəlirdi ki, bu adam  stəkanı necə yeyir, bunun mədəsi nədir ? 
Biz haradan bilə bilərdik ki, bir neçə il keçəcək və Azərbaycan müstəqil dövlət olacaq. Rayonların bəzi icra başçıları “stəkan”  nədir ee, 18 km uzunluğunda  su turbalarını bir gecədə yeyəcək...
Təsəvvür edirsiniz,  cəmiyyət  bir adamın 1 balaca stəkanı yeməyinə heyrət edirdi, amma icra başçısı əjdaha kimi 18 km turbanı ağzına alıb saqqız kimi çeynəyir. Daha heç kim təəccüblənmir. 
Hələ bu harasıdır ? 
Masallının icra başçısı Şahin Məmmədov Ağcabədinin icra başçısı olanda kilometrlərlə turbalar  yoxa çıxırdı. 
Şahin Məmmədov Masallıya icra başçısı təyin olunanda gördü ki, ondan əvvəlki icra başçısı  Rafil Hüseynov bütün turbaları satıb qurtarıb, rayon ərazisində 1 metr turba qalmayıb. 
Şahin Məmmədov xeyli fikirləşəndən sonra qərara gəldi ki, bu gündən  ağacları, kolları, yaşıllıqları yox edəcəm…
Bəli, yaşıllıqları  qırdırıb yerində ticarət obyektləri  satrdırmaqla  məşğuldur, cənab Şahin Məmmədov. 
Şahin Məmmədovun belə əməlləri-maxinasiyaları ilə bağlı istənilən qədər fakt  saymaq olar. 
Amma nə faydası ? 
Şahin Məmmədovun  tərcümeyi-halı barədə uzun-uzadı yazıb oxucunu bezdirmək istəmirik. 
Təkcə onu qeyd edək ki, bu adam 11 ay Samuxun icra başçısı olub. 
11 ay icra başçsı olar ? 
11 ay  Samux camaatının başında “staj” keçəndən sonra Allah qoymasa  Ağcabədiyə icra başçısı təyin olunub. Və 2005-ci ildən 2019-cu ilədək  Ağcabədi camaatının başında  turp əkib. Nə yazaq e...
Şəhidin atasını döyüb, sahibkar  xanıma kəllə atıb...
Deyir ki, mənə  4 diplomat pul təklif elədilər...
Ağlı başında olan adam bu sözü deyərmi ? 
Keçmişi bank işçisi, dini mənsubiyyəti bəhai olan Şahin Məmmədov 3 rayondan mənimsədiyi 100 milyonların hesabına oliqarxa çevrilib. 
Təsəvvür edirsiniz, bu adamın qonşu Gürcüstanın Batumi şəhərində  neçə  milyonluq villası var. Özü də “Broker” Əbülfəz Məlikovla qonşudur. 
Bu adamın mülklərinin bir hissəsinə nəzər salın və nəticə çıxardın: 
Ölkədə yüzlərlə obyekti, torpaq sahələri,  fermaları, Bakıda mənzilləri, Ağcabədi şəhərində  böyük mağazaları, maşın yuma sexi,  böyük mebel mağazası, iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexləri  və daha nələr ...
Daha nə yazaq ? 
Hüquq-mühafizə orqanları bunu görmür ? 
Bizə elə gəlir ki, artıq  Şahin Məmmədovun mülklərinin araşdırılmasının vaxtı çatıb.