Nazir İnam Kərimovun “toydan sonra nağara”  TENDERİ... - İnam Kərimov və Sialə  Rüstəmovanın tender maxinasiyası...
12-01-2022, 17:03
571

Nazir İnam Kərimovun “toydan sonra nağara” TENDERİ... - İnam Kərimov və Sialə Rüstəmovanın tender maxinasiyası...

Sözün düzü, bu ölkədə hər cürə tender barədə eşitmişdik, amma beləsinə rast gəlməmişdik. 
Məlumdur ki, hər hansı bir layihəni həyata keçirmək üçün tender keçirilir, tenderdə ən azı  2 şirkət iştirak etməlidir ki, qalib onlardan biri olsun. 
Digər tərəfdən  tenderdə iştirak edən şirkətlər həmin sahə üzrə iş təcrübəsinə malik olmalıdır. 
Amma bizdə  tenderdən 10 gün qabaq  2-3 saxta şirkət qeydiyyatdan keçirirlər və onlardan birini Allah qoymasa qalib edirlər. 
Bir soruşan olmur ki, dünən qeydiyyatdan keçən şirkətin hansı iş təcrübəsinə əsaslanıb onu qalib elan etdiniz ?
Bir sözlə, tender məsələsində kimin əli kimin cibindən çıxır bəlli deyil. 
Əslində bəllidir, əlbəttə  tenderi keçirən qurum öz qohum-əqrəbasının adına yalançı şirkətlər qeydiyyatdan keçirib, dövlətin ayırdığı  milyonları  mənimsəyirlər. 
Bu  biabırçılıqlar  hamıya bəllidir. 
Amma indi haqqında bəhs edəcəyimiz  TENDERİN  DÜNYADA  ANALOQU OLMAYIB. 
Əbəs yerə yazının başlığında TOYDAN SONRA NAĞARA yazmadıq. 
Belə ki, Kənd Təsərrüfatı Naziri İnam Kərimovun rəhbər olduğu qurumun tabeliyində olan  Baytarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Bu barədə biraz sonra. 
Məlumat üçün qeyd edək ki, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmovadır.  
Bu xanım direktor uzun müddət KTN və Baytarlıq sistemində yüksək vəzifələrdə çalışıb. 
Xeyli müddət  Baytarlıq Dövlət Nəzarət Xidmətinin rəisi olub. Sonra korrupsiya əməlləri ilə bağlı  vəzifədən qovulub. Amma hansısa sirrli əl onu yenidən Sumqayıtda vəzifəyə gətirib. Bəli, Sialə Rüstəmova  bir müddət Sumqayıt  Baytarlıq İdarəsinin müdiri olub. Sonra yenə qanunsuz əməlləri ilə bağlı oradan da qovulub.
Və bir müddət sonra  Qoşqar Təhməzlinin yanında peyda olub. Yəni  Azərbaycan Qida Təhlükəsizliyi  Agentliyində vəzifə daşıyıb. 
Sonra  Qoşqar Təhməzli ilə aralarında baş verən “soyuq” münasibətdən sonra  Sialə Rüstəmova AQTA-dan da qovulub. 
Amma, sirrli əl bu xanımı yenidən vəzifəyə gətirib. 
Bu dəfə Sialə Rüstəmova  İnam Kərimovun etimadını qazanaraq Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru olub. 
İndi isə görək,  xanım Rüstəmova  cənab nazir İnam Kərimovun sayəsində necə tender keçirib. 
Deməli, Baytarlıq Elmi-Tədqiqat institutunun 120 illik yubileyinin qeyd olunması üçün keçiriləcək Beynəlxalq Konfransı təşkil etmək üçün  42 min 478 manat 50 qəpik vəsait ayrılıb. 
Birincisi,  adi yubileyi keçirmək üçün 50 min manat civarında vəsait nəyə lazımdır ?
İkincisi, tenderin qalibi olan “Raveller Az Company” MMC (VÖEN- 1604549501)  tender elanından 10 gün qabaq qeydiyyatdan keçib. Bütün Azərbaycanda olduğu kimi. Amma ən dəhşətlisi odur ki, qurumun rəsmi saytında Bakıda Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 120 illik yubileyinə həsr olunan konfransın noyabr ayının 25-i və 26-sı tarixlərində keçirildiyi qeyd olunub. Lakin, dövlət satınalmaları üzrə vahid portalda tender müsabiqəsinin icrasına dekabr ayının 15-də başlanılacağı göstərilib.
İndi aydın oldumu  toydan sonra nağara nədir ?
Deməli, tədbir  NOYABRIN 25-DƏ KEÇİRİLİB, yəni TOY QURTARIB...
Allah qoymasa DEKABRIN 15-DƏ İSƏ TENDER KEÇİRİLİB..
Görəsən, tədbir  20 gün əvvəl bitib qurtarıbsa, Sialə Rüstəmova və İnam Kərimov bu tenderi nə üçün keçirirdi ?
Qoy bu məsələyə cənab nazir aydınlıq gətirsin.


Oxşar xəbərlər

Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
32 milyonluq tender 20 manat kapitalı olan şirkətə verilib
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
130 min vergi borcu olan şirkət Təhsil Nazirliyindən 6,5 milyon manatlıq tenderi necə “udub”?
130 min vergi borcu olan şirkət Təhsil Nazirliyindən 6,5 milyon manatlıq tenderi necə “udub”?
İnam Kərimovun  rüsvayçı kadr siyasəti..- Baytarlıq  İnstitutunun tender maxinasiyası..
Ekologiya Nazirliyi 50 min borcu olan şirkətə 25 min necə verib? - FOTOFAKT
Kənd təsərrüfatı naziri İnam Kərimov və Bəhram şahın kənizi  Fitnə…  - İnam Kərimov buğda ilə arpanın fərqini bilmir…
AĞINI ÇIXARTDILAR: Tender elanı ilə eyni gündə yaranan şirkəti qalib elan etdilər – Nazirlikdən müəmmalı tender
Bu müdhiş  faktları Prezident İlham Əliyevə çatdıra bilsək…  Kənd  təsərrüfatı naziri İnam Kərimovun həbsi qaçılmaz olacaq…
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
ŞABRANDA BAŞÇI MÜAVİNİ TƏRƏFİNDƏN PULU YEYİLƏN ŞİRKƏT YENƏ İKİ TENDERİ UDDU – YARIM MİLYONLUQ KORRUPSİYA…
Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib
Azərbaycanda tender elanından bir gün əvvəl yaranan şirkət qalib elan olundu - FAKTLAR
«AZAL»ın tenderində hamını "ofsayt"da saxlayan 3 ŞİRKƏT ŞƏRTİ - İLGİNC FAKTLAR
Xəstəxana 1 ton suyu 5 manata alacaq: 2 tenderi 3 aylıq şirkət qazandı - FOTO
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
Metropolitenin 300 minlik tenderini udan şirkət vergi borcunu təsdiqlədi - "Amma sonrakı müddətdir"
Nazir dəyişdi... TENDER NƏZİRİ DƏYİŞMƏDİ... - Nə mənası var, a gülüm?..
Təhsil nazirliyində tender monopoliyası - Fərhan Əliyevin qaydaları...
“Azərenerji” yeni yaranan şirkətə niyə 1 milyonluq sifariş verib?
Əvvəl tender elan olundu, sonra şirkət yaradıldı (SİYAHI)
Azərbaycanda şirkət qızıl təyyarə alır
Bakıdakı Əbu-Bəkr məscidi açılır - Tender elan olundu
Səhiyyə Nazirliyinin KORRUPSİYA QOXULU TENDER İZDİVACI... - Yeni nazir də ARAŞ-dan ARALI DURA BİLMİR...
İnam Kərimovun şübhəli TENDER ORTAĞI - FAKT
Tərtərdə bomba düşən evlər niyə təmir olunmur?
Nazir İnam Kərimov aqrar sahədəki  kadr korpusunu məhv elədi- İNAM KƏRİMOVUN “KARYERASI “
Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT
Eldar Əzizov 22 yaşlı gəncin şirkətinə 18.7 milyonluq tender verdi