“Ziraatbank”ın patronu Avni Dəmirçi ilə HMO-nun həbs etdiyi  Faiq Bağırovu nə birləşdirir ? -  “Türkiyə Ziraat Bankı”n sədri  Alpaslan Çakarla  Avni Dəmirçinin  FETO sevgisi
12-01-2022, 22:22
410

“Ziraatbank”ın patronu Avni Dəmirçi ilə HMO-nun həbs etdiyi Faiq Bağırovu nə birləşdirir ? - “Türkiyə Ziraat Bankı”n sədri Alpaslan Çakarla Avni Dəmirçinin FETO sevgisi

Xeyli müddətdir “Gündəlik-Bakı”  olaraq ölkəmizdə fəaliyyət  göstəərn “Ziraatbank”ın  “patron”u  Avni Dəmirçinin əməlləri barədə araşdırma yazıları dərc edirik. 
Bu yazıları yazmaqda yeganə məqasədimiz  dövlətimizin maraqlarını qorumaqdır. 
Dəfələrlə  xatırlatmışıq ki, vaxtilə Azərbaycanda  İranın  “Royalbank”ı  fəaliyyət göstərirdi. 2012-ci ildə həmin bankın  lisenziyası ləğv edildi və bankın  filial müdirləri həbs edildi. 
“Royal Bank”-ın sahibi olan  Əli Cam isə  Azərbaycandan qaça  bildi. Onun barəsində  Azərbaycanın hüquq-mühafizə orqanları axtarış elan etdi. 
Düzdür,  8 il sonra, yəni 2020-ci ildə Əli Cam həbs olunaraq  Azərbaycana gətirildi və  Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv olunan “Royal Bank”ın direktoru Cam Fuad və atası, bankın Müşahidə Şurasının sədri Əli Camın cinayət işi üzrə məhkəmə prosesi oldu. Və ata-oğul külli miqdarda mənimsəmə və vergidən yayınma maddəsi ilə həbs edildilər. 
Bu məsələnin rəsmi tərəfidir. Əslində isə böyük miqdarda çirkli pullarn yuyulmasından söhbət gedirdi. 
Görəsən xarici  bir bankda bu boyda cinayət əməlləri baş verəndə Mərkəzi Bank bunu görmürdü ?
Mütləq 10 il gözləmək lazım idi ? 
Görəsən, “Royal Bank”la Kənd Təsərrüfatı Nazirliyi arasındakı sövdələşmələr, maxinasiyalar niyə araşdırılmadı ? 
Bütün bunları yazmaqda məqsədimiz odur ki, eyni proseslər neçə ildir ki, ölkəmizdə fəaliyyət göstərən “Ziraatbank”da da baş verir. 
Bankın “patronu”  olan Avni Dəmirçinin əməlləri barədə xeyli vaxtdır  yazırıq. 
Qısa xatırlatma üçün qeyd edək ki, Avni Dəmirçi  Türkiyənin düşməni Fətullah Gülənin tərəfdarlarından biridir.
Bu adam hətta ölkəmizdəki qardaş Türkiyə səfirliyinin rəsmi tədbirlərinə qatılmır. 
Ancaq  radikal dinçilərin tədbirlərində başda əyləşib Fətullah Gülənə təriflər deyir. 
Bu adam Bakıda oturub milyonlar qazanır və onun barəsində tənqidi yazılar yazan media orqanlarını məhkəmə yolu ilə susdurmaq istəyir. 
Bu adamdan  dəfələrlə  media vasitəsilə soruşmuşuq ki, sən bu əməllərinin bircəsini Türkiyədə etsəydin bilirsən səni nə gözləyərdi ? 
Hətta çıxış yolu da göstərmişik ki, bu adam ölkəmizdən deport olunmalıdır. Amma  ortada nəticə yoxdur. 
Gündəlik-Bakının araşdırmaları nəticəsində bəlli olub ki, Avni Dəmirçi ilə 2020-ci ildə HMO-nun həbs etdiyi Faiq Bağırov arasında  ciddi biznes  əməkdaşlığı olub. 
Söhbət Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırovdan gedir. 
Məlumdur ki,  Faiq  Bağırov  Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunub. 
Faiq Bağırovun kimlərlə  yaxın qohum olması isə başqa  bir yazının mövzusudur. 
Bəli, Avni Dəmirçi  Faiq Bağırovla  eyni əməllərin iştirakçısı olub. 
Bütün bunlar azmış kimi, Avni Dəmirçinin Alpaslan Çakarla  da ciddi  əlaqələri var. 
Söhbət  Türkiyə Banklar Birliyinin və Türkiyə Ziraat Bankı-nın idarə heyətinin sədri Alpaslan Çakardan gedir. 
Məlumat üçün qeyd edək ki, Çakarın sədr olduğu Türkiyə Ziraat Bankı  “Ziraat Bank Azərbaycan”ın 99% səhm payına sahib əsas səhmdarıdır. 
“Ziraat Bank Azərbaycan” ASC noyabr ayında 158 illik tarixini qeyd edəcək Türkiyənin Ziraat Maliyyə Qrupuna daxildir. Ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində hazırda ümumi 6 filialı mövcuddur, yaxın günlərdə 7-ci filialının açılışı gözlənilir. 
Biz bir media olaraq  bildiklərimizi yazdıq. 
İndi növbə dövlət qurumlarının və  Çakarın dostu Elman Rüstəmovundur. 
P.S. Alpaslan Çakarla  bağlı Türkiyə mediasında  gedən 1 milyard dollar məsələsini ciddi izləyirik. 
Növbəti yazıda Avni Dəmirçi ilə Rza Zərrabinin birgə cinayət əməllərini araşdıracağıq.


Oxşar xəbərlər

Ziraatbankda yoxlamalar başlanıldı...-  FETO-çu  Avni Dəmirçi həbs oluna bilər
Elman Rüstəmov görmürdü ki, Ziraat Bankın sabiq sədri Avni Dəmirçi hansı maxinasiyalar edir ?- Avni Dəmirçi  dostu Səbri bəyin çirkli pullarını yuyur..
“Ziraatbank”ın rəhbəri Avni Dəmirçi və “Şapka Mamed” … - FETO-çu Avni Dəmirçi ölkədən qaçsa, Məmməd Musayev cavab verməli olacaq…
“Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti son illər niyə zəifləyib ?
“Ziraat Bank”ın  rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti  son illər niyə zəifləyib ?
HƏBSİ qaçılmaz olan Avni Dəmirçinin Əli Həsənovla əlaqələri- Ziraat Bank-ın lisenziyası niyə ləğv olunmur ?
Ziraat Bankda  yoxlamalar davam edir...- AVNİ DƏMİRÇİ ölkədən qaçmağa hazırlaşır ?
Ziraatbankda nələr baş verir ?-Bankın sabiq direktoru AVNİ DƏMİRÇİ ölkədən qaçmaq istəyirmiş..
Fətullah Gülən Avni Dəmirçini HƏBSDƏN qoruya bildi-  Ziraat bankın “boss”u dövlətə buynuz göstərir…
“FETÖ-nün  banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.-   “Ziraat Bank”da nələr baş verir ?
''Ziraat Bank Azərbaycan''nın sabiq rəhbəri Avni Dəmirçi HƏBS olunmalıdır- Fətullah  Gülənin bankı  bağlana bilər…
“Ziraatbank” Fətullah Gülənə məxsusdur- FETÖ-çü  Avni Dəmirçi niyə həbs olunmur ?
Ziraat Bank çirkli pulların yuyulması ilə məşğuldur- Avni Dəmirçinin başının üstündə həmişə FETÖ-nün portreti olur
“Ziraat Bank”  məhkəmələrdən təzyiq vasitəsi kimi istifadə edir…- Avni Dəmirçi  ölkə mediasını susdurmaq istəyir ?
“Ziraatbank”ın  FETO-çu  “patron”u AVNİ DƏMİRÇİ niyə məsuliyyətə cəlb olunmur ?- SENSASİON FAKTLAR
Rəhbəri Avni Dəmirci olan Ziraatbank Azərbaycanda bir FETO kabusu dolaşır...- Özəl bankların bir çoxu çirkli pulların yuyulması üçündür...
Avni Dəmirçi kimi FETO-çular Azərbaycana nə məqsədlə gəlib ?  - Avni Dəmirçi kimilərin vətəni olmur, bunlar cinayətkar şəbəkədir...
“Ziraat Bank”ın  siyasi maxinasiyaları...- Fətullahın əsabələri yenə toparlanır...
500 min manatlıq mənimsəməyə görə tutulan bankir AZADLIĞA BURAXILDI
Əhməd Vəliyev iflas ərəfəsində: “İmperiya” çökür
Fətullah Gülənin MADOSU…- MADO-nun sahibi: “İnsanın iki vətəni olur. Biri  DOĞULDUĞU yer, biri də DOYDUĞU  yer”
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
"Ziraat Bank”ın xalis mənfəəti 33% azalıb
“Royal Bank” maxinasiyaları: İşsiz qadının adına kredit ayrılıb, qadın illər sonra xəbər tutub...
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
“Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - GƏLİŞMƏ
"Bank BTB"nin 2 filial, 1 şöbəsi bağlandı
Avni Dəmirçi Azərbaycanda etdiklərini Türkiyədə etsəydi, onu ən ağır cəza gözləyərdi… - Avni Dəmirçi  DEPORT olunmalıdır…
Bazarın ən zəif riteyl bankı məlum oldu - KRİTİK DURUM
"Access Bank" yığılmış zərəri ilə nə edəcək? - Səhmdarlar kömək edəcəkmi?