Məhkəmə deyəndə ilk ağıla gələn ƏDALƏT TƏRƏZİSİ olur. 
Məlumdur ki, ədalət, ədliyyə və s sözlər “ədl” sözündən olub, insaf, bərabərlik mənalarını daşıyır. 
Ədalət tərəzisi də odur ki, hakim bu tərəzidə kimsəyə fərq qoymur, qərarları ədalətli verir. 
Amma çox təəssüf ki, Zəngilan Rayon Məhkəməsinin sədri  Gülsarə Kərimovnanın tərəzisi yerli-dibli işləmir, xarab olub. 
Gülsarə Kərimovnanın barəsində xeyli müddətdir ki, yazırıq. Və ona qarşı zərrə  qədər qərəzimiz yoxdur. 
Sadəcə,  bu hakimin kağız üzərində məcburi köçkünləri boşatmasından,  Şeyx Nəsrullah kimi ölü diriltməsindən, məhkəmə qərarlarını şəxsi biznesə çevirməsindən, kimlərinsə sifarişi ilə  hökm  çıxartmasından  uzun-uzadı  yazıb oxucunu yormaq istəmirik. 
Biz hətta Gülsarə Kərimovna İmanovanın şəhid anasına yersiz sual verməsindən, Zəfər günü  özünü apara bilməməsindən, hətta şənlik məclislərində “Dolya varovskaya” oynamasından və s özəl həyatı ilə bağlı biabırçı  epizodlardan da  bəhs etmək istəmirik.
Biz konkret olaraq  Azərbaycan dövlətinin Əsas Qanunu olan Konstitusiyanı əsas götürərək Gülsarə Kərimovnaya suallar veririk. 
Yeri gəlmişkən, bu suallar eyni zamanda Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova da aiddir. 
Cənablar ! 
Dövlət dilimiz olan Azərbaycan dilində yazıb oxumağı bilməyən Gülsarə Kərimovna necə hakim, məhkəmə sədri ola bilər ? 
Axı, on milərlə Zəngilan  camaatı Gülsarənin danışdığı, heç düz-əməlli bilmədiyi rus dilini öyrənməyə məhkum deyil. 
Amma, ölkəmizin əsas qanunu tələb edir ki, dövlət məmuru, məhkəmə hakimi MÜTLƏQ DÖVLƏT DİLİNİ BİLMƏLİDİR. 
Bəs, Gülsarə Kərimovna niyə dövlət dilimizi öyrənmir? 
Heç öyrənmək də istəmir ee. Amma məclislərdə LAMBADA oynamağı tez öyrənir. 
Biz az qala 1 ilə yaxındır ki, yazırıq, soruşuruq, sorğular göndəririk ki....
Müstəqil  Türkmənistan dövlətinin vətəndaşı olan, orada uzun illər yaşayan, oxuyan, işləyən  Gülsarə Kərimovna İmanova necə  gecənin birində uçub Bakıya gəldi və gələn kimi də Suraxanı Rayon Məhkəməsinin hakimi oldu ? 
Cənablar ! 
Bu dünyada analoqu olmayan haldır ee...
Axı, Azərbaycanda ikili vətəndaşlıq yoxdur. 
İkincisi, Azərbaycanda kifayət qədər savadlı, təcrübəli hüquqşünaslarımız var ki, illərdir hakim ola bilmir. 
Bəs  doğma Azərbaycan dilində yazıb-oxumağı bilməyən, vətəndaşlığı olmayan bir qadın Orta Asiyadan uçub gəlib Bakıda necə hakim olur, axı, bəlkə bu bizə düşmən olan bir millətin nümayəndəsidir, bunun namizədliyini sizə kim təqdim edib? Bir yenidən yoxlama aparın görün bu kimdir də.
Bizim milli-mənəvi dəyərlərimizə yad olan, dilimizi bilməyən bu şəxsə insanların talehi ilə bağlı qərar vermək səlahiyyətini necə vermək olar ? 
Vallah belə bir hal başqa bir ölkədə olsaydı, aləm qarışardı. 
Axı, dəfələrlə yazmışıq ki, Azərbaycan Respublikasında məhkəmə hakimliyinə namizədlərin seçilməsi və təyin olunması çox mürəkkəb bir prosesdir. 
Oxuculara  qısa və zəruri məlumat verək. 
Deməli, Azərbaycanda məhkəmə hakimi olmaq üçün gərəkən ilk qurum  Hakimlərin Seçki Komitəsidir. Bu müstəqil qurumdur.  
Hakimlərin Seçki Kоmitəsinin 11 üzvü vardır ki, оnların da yarıdan çохu hakimdir. Digərləri isə icra hakimiyyəti оrqanını, Məhkəmə-Hüquq Şurasının Aparatını, prоkurоrluğu və vəkilliyi təmsil edirlər. 
Deməli, ölkəmizdə məhkəmə hakimi olmaq istəyən VƏTƏNDAŞ  ilk öncə zəruri sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim etməlidir. 
Sənədlərin siyahısı isə çox uzundur. VƏTƏNDAŞLIĞI təsdiq edən şəxsiyyət vəsiqəsindən tutmuş, ali təhsil diplomu, əmək kitabçası, tibbi arayış və s qədər uzun bir siyahı. 
Sonra böyük bir proses başlayır. 
Sonra namizədlər yarım il davam edən ilkin uzunmüddətli tədris kurslarına buraхılırlar. Məhkəmələrdə stajkeçmə dövrünü də uğurla başa vurduqdan sonra hakimliyə namizədlərlə Hakimlərin Seçki Kоmitəsi tərəfindən yazılı və şifahi imtahan keçirilir.
Daha sonra hakim olmaq istəyənlər Dövlət İmtahan Mərkəzinin testlərindən keçərək Məhkəmə-Hüquq Şurasına təşrif buyururlar. 
Yüzlərlə namizədin içərisindən az sayda şəxs gəlib bu mərhələyə çatır. 
Namizədlər Məhkəmə-Hüquq Şurasına təqdim оlunduqdan sоnra Şura tərəfindən оnlarla söhbət aparılır və vakant hakim vəzifələrinin sayına müvafiq birinci instansiya məhkəmələrinin hakimi təyin edilmələri barədə Azəbaycan Respublikası PREZİDENTİNƏ təqdimat verilir.
Bundan sonra Prezident məsləhət bilirsə, həmin şəxsi məhkəmə hakimi təyin edir. 
Biz hələ  hakim olmağa gedən yolun prosedurunu qısa yazdıq. 
Axı, bu uzun prosesdə Gülsarə Kərimovnaya nə qədər “quş” qoyulub. Pis başa düşməyin. Yəni  Gülsarə Kərimovnanın sənədləri bir kişinin deyil e, onlarla kişinin əlindən keçərək “dobro” alıb, onun sənədlərinə neçə-neçə adam dərkənar qoyub...
Yaxşı, bu insanların biri Gülsarə Kərimovnaya deməyib ki, ay adam, sən dövlət dilini bilmirsən...
Bu adama deyən olmayıb ki, sən Azərbaycan vətəndaşı deyilsən...
Məəttəl qalmalıdır ee...
Deyirlər  Gülsarə Kərimovna  PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin xanımı Qalina  Yuryevna ilə “podruqa”dır. 
Olsun, məgər “podruqa”nın marağı  Azərbaycan dövlətinin marağından üstündür, cənablar ? 
Məgər  məhkəmə  sədrləri  Ramiz Mehdiyevin  “zakaz”ı ilə təyin olunur ? 
Biz hətta  bu məsələni də bir kənara qoyuruq. Kim kiminlə rəfiqədir, dostdur, aşnadır-filan...
Gəlin, yaşadığımız  dövlətin qanunlarına hörmət qoyaq. 
Biz hörmət qoymasaq, Gülsarə kimilər heç hörmət qoymayacaq...
P.S. Yəqin ki, bizim qoyduğumuz suallara nə vaxtsa cavab verən tapılacaq. Görəsən Zəngilana, Qubadlıya və başqa bəzi rayonlara nə üçün qeyri millətdən olan məhkəmə sadrləri təyin edirlər? Növbəti yazıda Qubadlı Rayon Məhkəməsinin sədri və Anar Bağırovun məhkəmə sədri kimi tanımadığı Gülsarə Kərimovnanın işçisi vəkil Vüsalə Atakişiyevanın təhsilindən və keçdiyi həyat yolundan bəhs edəcəyik. Bizi izləyin.