“Siçan-pişik”dən 5-10 manat qazanan Qoşqar Təhməzli 100 milyonluq biznesi hansı pulla qurdu ?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA ) sədri Qoşqar Təhməzlinin tərcümeyi-halına nəzər salanda adam elə bil gülməli nağıl oxuyur.
Qoşqar Təhməzlinin rəsmi avtobioqrafiyasından bəlli olur ki, tələbə olanda silaha sarılıb və vətən uğrunda vuruşub. Hətta guya yaralanıb da.
Görəsən, Qoşqar Təhməzli bunları rəsmi şəkildə sübut edə bilərmi ?
Heç kimə sirr deyil ki, xeyli sayda məmur yalandan özünə Qarabağ veteranı sənədi düzəldib, hətta onun imtiyazlarından gen-bol istifadə də edir.
Deyirlər ki, Qoşqar Təhməzli də belə saxta veteranlardan biridir. Əgər Qoşqar Təhməzlinin əlində faktları varsa, qoysun ortaya. Görək, o hansı cəbhədə, hansı bölgədə hərbi xidmət edib, komandiri kim olub ?
Qoşqar Təhməzlinin tərcümeyi-halından bəlli olur ki, 1994-cü ildə Tibb Universitetini bitirib.
Ən gülməlisi odur ki, guya Qoşqar Təhməzli 1996-cı ildə keçmiş ekologiya naziri Hüseynqulu Bağırovun Qərb Universitetindən də diplom alıb və “Siyasi Elmlər Bakalavrı” dərəcəsinə malikdir.
Vallah dünyanın heç bir yerində belə gülməli, daha doğrusu, biabırçı hal ola bilməz.
Axı, həmin illərdə Qoşqar Təhməzli sıravi işçi olaraq “siçan-pişik” məsələsinə baxırdı, obyektlərdən 5-10 manat güclə alırdı.
Bəs bu adam birdən-birə necə böyük binesə gəldi ?
Axı, məntiqlə “siçan-pişik”dən 5-10 manat almaqla nəinki böyük biznesə, heç kiçik biznesə də gəlmək olmaz.
Bəs, onda bu adam necə böyük bir tibbi mərkəzin, yəni “Nəbz” Tibb mərkəzinin baş direktoru, sonra “Medeks” MMC-də baş direktor ola bildi.
Bəli, əlahəzrət məntiq deyir ki, Qoşqar Təhməzlinin qardaşı, yəni Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna uzun illər rəhbərlik etmiş Fərhad Təhməzov dövlətdən oğurladığı milyonları qardaşları vasitəsilə biznesə yönəltmişdi.
Belə ki, qaçqın və məcburli köçkünlər üçün tikilən binalar, şəhərciklər hamısı Fərhad Təhməzovun nəzarətində idi.
Fərhad Təhməzov dövlətin ayırdığı 100 milyonları mənimsəmişdi. Bu pulları harasa yönəltmək lazım idi.
Bax, onda həmin pullar Qoşqar Təhməzlinin vasitəsilə tibbi klinikaların açılmasına, xaricdən bahalı tibbi avadanlıqların ölkəyə gətirilməsinə yönəldi.
Qoşqar Təhməzli hətta başqa məmurlar üçün də klinikaların açılmasına kömək edirdi. Beləcə ölkəni özəl klinikalar bürüdü.
Yəni bu qardaşların yüz milyonluq biznesinin kökündə qaçqın və məcburi köçkünlərə ayırlan dövlət vəsaiti dayanır.
Məsələ təkcə Qoşqar Təhməzli ilə bitmir.
Fərhad Təhməzovun dövlətdən oğurladığı milyonların bir hissəsini isə digər qardaşı Ataş Təhməzov tikinti biznesinə yönəltdi.
Söhbət PA-da Akif Muradverdiyevlə birgə çalışan və Əli İnsanovla yaxın dost olan, yaxasını həbsdən güclə qurtaran Ataş Təhməzovdan gedir.
İndi isə Qoşqar Təhməzlinin digər əməllərindən bəhs edək.
Məlumdur ki, uzun illər ölkədə LEŞ MAFİYASI var idi. Vətəndaşlara ölmüş heyvan cəmdəyi, leş satırdılar.
Digər tərəfdən, ticarət obyektlərində, kafelərdə, ictimai-iaşə obyeklərində keyfiyyətsiz, vaxtı keçmiş qida məhsulları satılırdı. Bu isə millətin sağlamlığını, hətta genefondunu məhv etməkdən başqa bir iş deyildir.
Bu məsələdə isə Baytarlıq Dövlət Xidməti, Fitosanitariya Xidməti və digər qurumlar lazımi tədbir görə bilmirdilər.
Buna görə də cənab Prezident yeni bir qurumun, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı qərar verdi. Və qurumun sədri də Qoşqar Təhməzli oldu.
Bu neçə ildə nə dəyişdi ?
Bəlkə, irəliyə doğru balaca addım atıldı ?
Qətiyyən belə deyil.
Yenə LEŞ MAFİYASI meydan sulayır, ərzaq məhsullarından zəhərlənmələr, hətta saxta içkilərdən ölüm halları davam edir. Məsələn, məşhur “Baku City”də ölüm halları baş verib.
Həm də söhbət yol kənarındakı ucuz kafedən-zaddan getmir ee, şəhərdəki bahalı restorandan gedir.
Guya bunlardan Qoşqar Təhməzlinin xəbəri yoxdur ?
Hələ bu yaxın günlərdə bəlli oldu ki, Fərhad Təhməzovun oğlu İsrafil Təhməzlinin və qızı Fidan Təhməzlinin xaricdə böyük biznesi var.
Hətta o da bəlli oldu ki, İsrafil Təhməzli dövlətdən böyük məbləğdə kredit götürüb qaytarmır.
Bax, beləcə Təhməzovlar dövlətə ata-ata gedirlər. Haradək ?
Bunu zaman göstərəcək.
P.S Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.
QİDA-nın sədri Qoşqar Təhməzli Qarabağ veteranıdır ? - Qoşqar Təhməzli neçənci ildə və hansı cəbhədə döyüşüb?
25
yanvar
22:00

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Fərhad Təhməzovun oğlu məhkəməyə verildi
Qoşqar Təhməzlinin QİDA-sı öz işinin öhdəsindən gələ bilmir- Belə davam eləsə, qara yara, brüselyoz kimi xəstəliklər yayılacaq...
Qoşqar Təhməzli “ARAZ” marketləri niyə hədəf alıb? – Detallar
Sahil Babayev, Qoşqar Təhməzli və 3 xəstə inək nağılı- Sahil Babayev və Qoşqar Təhməzli Qarabağ qazisinə 3 xəstə inək sırıyıb
QİDA və MİDA-nı zəbt edən TƏHMƏZLİ QARDAŞLARI…- Qoşqar Təhməzlinin qardaşı Ataş dövlət çevrilişində iştirak edib...
Agentlik sədri özünə müşavir TƏYİN ETDİ
Saxta içkilərdən ölüm hallarının olduğu “Baku City” restoranını kim işlədir ?- AQTA,VERGİLƏR NAZİRLİYİ NƏZARƏT EDİRMİ ?
Azərbaycanda 25 enerji içkisi saxta çıxdı
Qoşqar Təhməzli sahibkarlara BELƏ QAN UDDURUR... - NARAZILIQ VAR!
Bazarlarda mənşəyi məlum olmayan ət, iylənmiş balıq, göyərmiş şor satılır- Yediklərimizə isə Qoşqar Təhməzli və Seymur Mövlayev nəzarət edir...
Ölkə mediası “MİDA”nın direktoru Fərhad Təhməzovu axtarır, amma tapa bilmir... - Fərhad Təhməzovun oğlu İsrafil də atası kimi “ata-ata” gedir...
QİDA və MİDA vətəndaşları dövlətdən narazı salır…- Qoşqar və Fərhad Təhməz(li)ov qardaşlarının əməlləri…
Ölmüş at, eşşək əti, leş koronavirusdan daha təhlükəlidir..- Nazir İnam Kərimovun rüsvayçı kadr siyasətində Mövlayev Seymurun “müstəsna rolu”…
Qorxmaz Təhməzli vəzifəyə təyin olunandan biznes gəlirləri artıb - FAKT
Qoşqar Təhməzliyə qarşı QƏSSAB ÜSYANI... - Görünəni budur ki...
“Qida təhlükəsizliyi hamının işidir” şüarı altında keçirilən layihənin miqyası genişlənib - FOTO
Yaqub Eyyubovun Pirverdiyevlə şərikliyi
Qoşqar Təhməzovun 50 minlik piarı - İLGİNC FAKT
Çanaqqala restoranı DÖVLƏTİN QANUNLARINI POZUR- Elxan və Tahir Qasımov qardaşlarının qandonduran cinayət əməlləri…
Təhməzov qardaşlarının biri QİDA-nı, o biri MİDA-nı sorur...- Atəş Təhməzov Əli İnsanovun partiyasında hansı vəzifəni daşıyır ?
“Veysəloğlu”nun maliyyə müdiri Nüsrət müəllim otel və istirahət mərkəzlərini niyə banka girov qoyub?
Kasıb, imkansız ailələrin “müdafiə naziri” Sahil Babayev- Qarabağ qazisinə 4 min manata 3 xəstə inək verib …
“Büyük Fırat” restoranlar şəbəkəsi, yoxsa radikal dindarların oylağı ?- “Büyük Fırat” müştəriləri aldadır ?
Nazir İnam Kərimovun “toydan sonra nağara” TENDERİ... - İnam Kərimov və Sialə Rüstəmovanın tender maxinasiyası...
“Veysəloğlu”nun sahibi Aydın Talıbov vergidən yayınır ?- QURUMLAR NİYƏ SUSUR ?
İmişli Yol İstismar İdarəsinin Müdiri Mirkazım Məmmədovdan Prezidentə Şikayət: “Özünə Seyid Deyən Imansız Biridir”
Gəncədə qida təhlükəsizliyi, şübhəli diplom,yoxsa adam bıçaqlayan rəis? - İTTİHAM
Qida Təhlükəsizliyi İnstitutu bir heyvan kəsimi məntəqəsinin smetasını nə qədər şişirdib? - FAKTLAR, İTTİHAM...
Nazirliyin vəzifəli şəxsi koronavirusdan vəfat etdi
“Min bərəkət, halal nemət”, yoxsa MİN HOQQA ?- Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hara baxır..?
- "Ukrayna Donbası azad edə bilməyəcək" - keçmiş NATO generalı
- Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri MƏLUM OLDU
- "Rus oliqarxları Ukraynaya dəstək olmalıdırlar" - Kanada
- Bu ölkədə fahişəlik rəsmi peşəyə çevrildi
- Pensiya alan bu şəxslərin NƏZƏRİNƏ
- Sanksiyalar Rusiyanın neft-qaz gəlirlərini azaltmayıb
- İspaniyada meymunçiçəyinə yoluxanların sayı 98 nəfərə çatıb
- Nərminin ailəsi mediadan niyə qaçır? - Atası danışdı: “Deyirlər ki, guya...”
- Axtarışda olan 64 nəfər saxlanıldı
- Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı
- Türkiyə vətəndaşı əfv edilərək azadlığa çıxdı
- Oğuzda 82 yaşlı qadın yanaraq öldü
- "3 aylıq müharibədə Rusiya Sovet İttifaqı qədər çox əsgər itirdi"
- Əcnəbilərə qarşı dələduzluq edən şəxs saxlanıldı - VİDEO
- "Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden
- 1000-dən çox erməni Laçın şəhərini tərk edib
- Türkiyədə ağır qəza - ölən və yaralananlar var
- Ermənistan Prezidenti Azərbaycanla sülh barədə danışdı
- Polşa Prezidenti Ukraynaya səfər edib
- Bəhram Bağırzadə qalmaqallı videosuna görə kimsəsiz şəxsdən üzr istədi – VİDEO
- Bu gün 23 minə yaxın abituriyent qəbul imtahanı verəcək
- Elman Nəsirov: "Rəsmi Vaşinqton Prezident İlham Əliyevin mahir diplomat olduğunun fərqindədir"
- Rusiya Donetskə hücum etdi: Ölənlər var
- Rusiyanın ABŞ-ı dəhşətə gətirən HƏRBİ ÖLÜM BAZASI: Bu kabus şəhər Amerikadan cəmi 200 kilometr aralıdadır
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar