Faiq Seyidov, sən 300 min sərnişinin talehi ilə oynayırsan..
Sürücülər tibbi müayinədən keçmək əvəzinə hər gün 1 manat verib, kitabçaya “peçat” vurdururlar..
Gündəlik-Bakı olaraq Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən, Ramiz Mehdiyevin mühafizəçisi, Təhməzin şəriki “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidovun əməlləri barədə yazdığımız tənqidi yazılara görə, bizi təhdid edir.
Əlbəttə, məhkəməyə müraciət etmək hər bir vətəndaş kimi Faiq Seyidovun da hüququdur. Amma…
Əmması odur ki, medianın yazdıqlarını araşdırıb tədbir görmək əvəzinə onun, bunun yanına qaçmaq özünü ciddi hesab edən şirkətə başucalığı gətirmir.
Həm də biz yazanda niyə qərəz, böhtan olur, amma…
Bəli, Faiq Seyidov sonuncu müsahibəsində Bakı Nəqliyyat Agentliyi (BNA) fəaliyyətini yüksək qiymətləndirir, quruma qarşı olan medianı yıxıb sürüyür.
Çox gözəl, cənab Faiq Seyidov.
Sənin təriflədiyin BNA vətəndaşlar tərəfindən ən çox şikayət olunan marşrut xətlərini müəyyənləşdirib.
Bu barədə BNA özü xəbər yayıb.
Gözün aydın, Faiq Seyidov, ən çox şikayət olunan marşrut xətləri siyahısında sahibi olduğun “Faiqoğlu”
şirkətinin adı 1-ci yerdədir.
Buna nə deyirsən, Faiq Seyidov ?
Bunu da Gündəlik-Bakı yazmır ki ?
Dövlət qurumu olan BNA yazır ki, müntəzəm marşrut xətləri üzrə şikayətlərin daha çox olduğu müəyyən edilib. Ümumilikdə, qeyd olunan marşrutlarla bağlı Agentliyin rəsmi sosial media hesablarına son vaxtlar 800-ə yaxın müraciət daxil olub.
Daxil olan şikayətlərə əsasən, monitorinqlər aparılıb. Marşrut üzrə köhnəlmiş, oturacaqları yırtılmış, dəmir detalları korroziyaya uğramış, texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib. Avtobusda sərnişinlərin olmasına baxmayaraq, sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib.
Şirkətlərə yazılı və şifahi şəkildə dəfələrlə xəbərdarlıq olunsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Qeyd edək ki, sözügedən müntəzəm marşrutların müvəqqəti istismarçılarına 1 ay müddətində fəaliyyətlərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması ilə bağlı son xəbərdarlıq edilib. Göstərilən müddətdə bu istiqamətdə hər hansı dəyişiklik həyata keçirilməzsə, daşıyıcı şirkətlərin dəyişdirilməsi ilə əlaqədar qanuna müvafiq tədbirlər görüləcək.
Deməli, BNA Faiq Seyidovun şirkətinə SONUNCU XƏBƏRDARLIQ edib. Və əgər tədbir görülməsə, Faiq Seyidovun şirkəti əlindən alınacaq.
Cənab Faiq Seyidov, sonuncu, lap təzə müsahibəndə qeyd edirsən ki, şirkətimiz Bakı şəhərində 14 marşrut xətti üzrə 250-yə yaxın avtobusu ilə hər gün 300 MİNƏ QƏDƏR SƏRNİŞİNƏ xidmət göstərir və fəaliyyətini müasir tələblərə uyğun təşkil edir.
Cənab Seyidov, siz hər gün 300 min insanın həyatını təhlükəyə atırsınız. Buna şübhən varsa, buyur… Sənin dediyindən belə çıxır ki, hər gün 90 min, hər ay 3 milyon, hər il 36 milyon gəlir əldə edirsən. Zəhmət olmasa, illik 36 milyonun vergisinin nə qədər olduğunu ictimaiyyətə açıqlayardın. Biz belə bir qənaətə gəlirik ki, sizin vergidən yayınma probleminiz də var. Bu başqa bir yazının mövzusudur. İndi qayıdaq əvvəlki söhbətimizə.
Birincisi, deyirsən ki, bizim üçün biznesdən öncə dövlət maraqlarıdır. Belə nağılları saxla, başqa yerdə danışarsan…
İkincisi, sürücülər xəttə çıxmazdan qabaq tibbi baxışdan keçməlidirlər...
Paytaxt sərnişilərinin həyatını etibar etdiyi sürücülərin tibbi müayinəsi sizin şirkətinizdə formal olaraq həyata keçirilir. Özü də karantin dövründə, pandemiya vaxtı...
Hər gün sahibi olduğunuz sərnişin daşıma şirkətinin sürücüləri həkim tərəfindən yoxlanılmadan kitabçasına yalandan möhür vurulur.
Və hər gün sürücülərdən 1 manat yığılır sonra “peçat” vurulur və bu pul guya həkimə çatır…
Sürücü hətta sağlam olsa belə, 1 manat verməsə, möhür vurulmur...
Cənab Seyidov, bilmirsənsə, nəzərinə çatdırırıq ki, dövlətin müəyyən etdiyi qaydaya əsasən sürücü xəttə çıxmazdan öncə onun durumu həkim tərəfindən yoxlanılmalıdır. Təzyiqi ölçülməli, ürəyin fəaliyyətinə diqqət yetirilməlidir. Bundan sonra sürücünün tibbi müayinə kitabına onun sağlam olduğunu təsdiqləyən həkim möhürü vurulur. Amma təəssüf ki, 300 min sərnişinin taleyinin məsuliyyətini daşıyan şirkətiniz bu qaydaya əməl etmir.
Deməli hər gün 300 min sərnişini təhlükə ilə üzbəüz qoyursunuz.
Oğlunuz Xaliq Seyidovun piyadanı vurub öldürməsindən, Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməzin bütün günü “Faiq Xaliqoğlu” şirkətinin ofisinin qabağında dolaşmasından yazmadıq ki..?
Konkret şirkətin fəaliyyəti ilə bağlı yazdıq.
Buyur, Faiq Seyidov, indi növbə sənindir.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Buna nə deyirsən, Xaliq Faiqoğlu ? - Bakı Nəqliyyat Agentliyi Faiq Seyidovun şirkətinə SONUNCU XƏBƏRDARLIQ etdi …
27
yanvar
15:16

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Faiq Xaliqoğlunun əli çox qanlara batıb- “Xaliq Faiqoğlu” şirkətinin sahibi nə üçün məsuliyyətə cəlb olunmur ?
“Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobusun sürücüsü qrip ola-ola sərnişin daşıyır - TƏHLÜKƏ
“Grand Motors” MMC “Xaliq Faiqoğu”nu məhkəməyə verdi... - “Xaliq Faiqoğlu” MMC dən ŞİKAYƏTLƏR
“Xaliq Faiqoğlu” sürücülərin maaşını kəsib - NARAZILIQ!
Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməz “Xaliq Faiqoğlu” şirkətinin ofisinin qabağında nə edir ?
“Xaliq Faiqoğlu” cəbhəyə göndərdiyi sürücülərin pulunu vermir
Əli Kərimlinin köməkçisi saxlanıldı
Flora Kərimovadan Faiq Ağayevlə bağlı paylaşım - FOTO
Sərnişindaşıma şirkətinə protokol yazılıb
İlham Əliyevdən Faiq Qarayevlə bağlı SƏRƏNCAM
İlham Əliyevdən Faiq Qarayevlə bağlı SƏRƏNCAM
"Xaliq Faiqoğlu” ancaq NARAZILIQ YARADIR... - Basabas, köhnə avtobuslar, qanunsuz fəaliyyət...
Faiq Ağayev pulsuzluqdan qarajını satır
Xalq artisti Faiq Ağayev Dövlət Statistika komitəsinə müraciət edib.
Məşğulluq Agentliyi Şamaxıda ofis üçün 90 min manat icarə haqqı verəcək
Mirqafar Seyidov işdən çıxarıldı
Faiq Ağayevdən yeni mahnı: “Sən qalibsən“ - Video
Füzuli uğrunda şəhid olan gizir
Baş həkimi icra başçısı təyin etmək adı ilə aldadıb külli miqdarda pulunu mənimsəyiblər - İDDİA
"Xaliq Faiqoğlu" işçilərini qanunsuz işlədir
SON DƏQİQƏ: Azərbaycanda polkovnik intihar etdi - SƏBƏB
Faiq Ağayev deputat olmağa razılıq verdi - Video
Həbsdə olan sabiq rəis məhkəməyə gətirilib - Yenilənib
Faiq Ağayev “Taliban”dan danışdı: “Bu görüntülər Azərbaycana dərs olacaqmı?“
Bakıda icra məmurunun döyülmə anı - VİDEO
Azərbaycanda 50 yaşlı kişi özünü yandırdı
Faiq Əhmədin məşhurlaşan xalçaları plagiatdır? - SƏNƏT QALMAQALI
İcra başçısı birinci müavini daha aşağı vəzifəyə təyin etdi - FOTO
"Həkimə hörmət etmədim deyə sənədə sağaldığımı yazdı" - GİLEY
- Bakıda məhbusun gizlətdiyi 19 kiloqram narkotik aşkarlanıb
- Belarus batalyonunun komandiri ruslar tərəfindən ÖLDÜRÜLDÜ
- Təhsil sahəsi sənlik deyil, Əmrullayev, özünə başqa bir iş tap… - Təhsilimiz sürətlə üzüaşağı gedir….
- Türkiyədə terrorçu-kamikadze saxlanılıb
- ABŞ-da 10 nəfəri öldürən şəxsin kimliyi məlum oldu
- Türkiyə ordusunda yenilik - Pilotsuz helikopterlər
- Finlandiyanın NATO-ya üzv olmasına Çindən rəsmi münasibət
- Həbsdə olan sabiq icra başçısının cəzası AZALDILDI
- Küçədən yeni doğulmuş körpə meyiti tapıldı
- Şanxayda Covid-19 məhdudiyyətləri yüngülləşir
- “Prokurorluq icra hakimiyyətinin baş memarına qarşı nəsə etməyə qorxur” - Video
- Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi
- Lukaşenko Rusiyada Putinlə görüşəcək
- Putini 20 min nəfər qoruyur - bir ordu... (VİDEO)
- Ərdoğan Qarabağ müharibəsindən DANIŞDI
- Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib
- 16 yaşlı Amin Osmanov qızıl medal qazandı - FOTOLAR
- Nüşabə Ələsgərli qəzəbləndi: "Bura Azərbaycandır, Fransa deyil!" - VİDEO
- Ağcəbədidə Rafil Hüseynovun himayədarlıq etdiyi şəxsin adı bəlli oldu... - Baş həkim Məmmədova Təranə Cabbar qızı hansı rəylərə imza atır?
- Şuşada İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək
- Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO
- Bu xidmətlərdə qiymətlər bahalaşıb - Siyahı
- BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ
- Prezidentin köməkçisi türk dövlətlərinə çağırış etdi
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar