Səkinə Sadıqovanın İcbari Tibbi Sığorta Agentliyindəki “dayağı” Rəşad kimdir ? 

“Gündəlik-Bakı”  ötən  araşdırma yazısında YAP Sumqayıt şəhər Təşkilatının  qadınlarla iş üzrə müavini, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın keçmişindən  və bu günkü əməllərindən bəhs etmişdir.
Qısa  xatırlatma üçün bildirək ki, Sumqayıt şəhər səhiyyə şöbəsinə 1998-2005-ci illərdə rəhbərlik etmiş  Karlen Abbasov o zaman Səkinə Sadıqovanı əvvəlcə Səhiyyə şöbəsində inspektor, sonra isə, xəxtəxanalardan birinə baş həkim təyin etmək istəyirmiş. Amma Səkinənin ruhi xəstə olduğunu görən Karlen Abbasov fikrindən daşınıb.
Və sonra  Səkinə Sadıqova Ruhi dispanserdə bir neçə ay müalicə olunub. 
Təsəvvür edirsiniz  ruhi tarazlığı olmayan bu adam, yəni Səkinə Sadıqova  2019-cu ildən Sumqayıt şəhər Səhiyyə şöbəsinə rəhbərlik edir. 
Və son iki ildə  Səkinə Sadıqovanın adı  Sumqayıt şəhər Səhiyyə şöbəsinə dövlətin səhiyyəyə  ayırdığı pulları mənimsəməsi ilə bağlı dəfələrlə mediada hallandırılıb. 
Təsəvvür edirsiniz, ağır travma alan xəstə pulu olmadığı üçün 14 gün əməliyyat olunmayıb. Və həkim deyib ki, Səkinə Sadıqovaya 3 min manat pul verməliyik. 
Sözün qısası, Səkinə xanım  xəstələri  tibb elminin gücü ilə deyil, özünün dediyi kimi Allahın ona verdiyi  vergi ilə müalicə edirmiş. Hələ uzun illər öncə Səkinə xanım özünü cinlərlə əlaqəli, ən güclü falabaxan kimi nəzərə çarpdırmışdır. Səkinə xanım həmişə deyirmiş ki, camaat "arpanı dirəkdə yeritməyi" məndən öyrənir. Bakıda və Sumqayıtda olan məmurların dilini-ağzını "fil-filo" edərək elə bağlamışam ki, hətta uzaq Afrikadan "Şamanları"da gətirsələr xeyri yoxdur. Amma dünən günortadan başlayaraq bütün tabeçiliyimdə olan cinləri çağıraraq o qədər "fil-filo" etdim ki, bu Gündəlik Bakıya təsir etmədi. Bütün cinlərim dedi ki, onunla mümkün deyil. Bu haqda sonra.
Əlbəttə, biz inanclı  müsəlman olaraq Allahın möcüzələrinə şübhə etmirik. Amma, Səkinə xanımın əməlləri onun “vergili”  yox, rüşvətxor  və korrupsioner məmur olduğunu ortaya qoyur. 
Yeri gəlmişkən, Səkinə Sadıqova müdir təyin olunan kimi onun barəsində xəstəxanada olan bütün məlumatları  sildirib. 
Nə isə, Səkinə xanımın ruhi məsələsini bir kənara qoyaq və keçək onun bir məmur kimi əməllərinə…
Görək, Səkinə xanımın “vergisi”  nədir ? 
Kimə nə verir, kimdən nə alır ? 
Deməli, ötən yazımızda qeyd etdiyimiz kimi, Səkinə Sadıqova Sumqayıtda istənilən xəstəxananın baş həkiminin xəbəri olmadan istədiyi adamı  hansı vəzifəyə və hansı xəstəxanada istəyirsə ora təyin edir, heç gözünü də qırpmır və işdən azad edir. Baş həkimlər buna etiraz edə bilmirlər.
Səkinə Sadıqova  xəstəxanalarda kollektiv arasında öz “podruqaları” vasitəsilə  intriqa, münaqişə yaradır, baş həkimləri şantaj edir və öz istədiklərini həyata keçirir, istədiyi adamdan rüşvət alıb işə götürür. 
Səkinə Sadıqova  Allah qoymasa, özü ağılda birini, “Qaloş” ləqəbli Oqtayı  da özünə hüquqi məsələlər üzrə müavin götürüb. Oqtayın əmisi qızı isə öz rəfiqəsi Qızılgülü səhiyyə şöbəsinə vəzifəyə gətirib. Bu gün  Səkinənin rəfiqələrindən biri  olan, Sumqayıtda rüşvətlə adı çıxan Sevinc isə  səhiyyə şöbəsində kadrlar üzrə müavinidir. 
Həə, onu da qeyd edək ki, Səkinə Sadıqova deyir ki, İcbari Tibbi Sığorta Agentliyində mənim adamım var, heç kim mənə heç nə edə bilməz. 
Oxucuların Səkinə  xanımı  tanıması üçün  verdiyimiz  bu qısa  “boyat”  xəbərlərdən sonra, indi isə keçək  Səkinə  Sadıqova ilə bağlı  daxil olan son, təzə məlumatlara. 
Deməli, səhiyyə şöbəsinin müdiri olandan sonra qısa vaxtda  dövlətin səhiyyə üçün ayırdığı milyonları mənimsəyərək, özü üçün bahalı avromobillər, evlər alıb. 
Səkinə Sadıqova  adi tibb  bacısı olan qızını Odlar Yurdu Universitetində oxudaraq Bakıda  “Respublikanski”  xəstəxanasında həkim kimi işə düzəldib. (bu da bizim araşdırma mövzumuzdur)
Sözün düzü, Odlar Yurdu Universitetinin ali tibb mütəxəsisləri hazırladığını ilk dəfədir ki, eşidirik. 
Səkinə Sadıqova son vaxtlar bir neçə “novostroyka”da  bahalı mənzil alıb. 
Üstəlik  normal təhsili olmayan, əvvəllər  Vərəm dispanserində  işləyən bacısını da  3 saylı poliklinikada həkim kimi işə düzəldib. 
İndi isə keçək, Səkinə Sadıqovanın “dayağım”  dediyi şəxsə, görək, Səkinənin dayağı kimdir. 
Yuxarıda qeyd etdiyimiz kimi  Səkinə Sadıqova onun barəsində şikayət edənlərə deyir ki, mənim  Dövlət İcbari Tibbi Sığorta Agentliyində  “dayağım” var, heç kim mənə heç nə edə bilməz...
Redaksiyamıza daxil olan məlumatdan bəlli olub ki, Səkinənin dayağı, İcbari Tibbi Sığorta Agentliyində  qrup rəhbəri olan Rəşad adlı şəxsdir. 
Deməli,  Səkinə Sadıqova  Sumqayıt şəhər şöbəsindəki bütün maxinasiyaları və  kadr  dəyişikliklərini Rəşadın əli ilə edir. 
Yeri gəlmişkən,  Səkinə Sadıqova ona tabe olmayan, yaxud işdən çıxara bilmədiyi  baş həkimlərin  xəstəxanasını şöbəyə çevirir. 
Siz indi bu qadının  imkanlarını təsəvvür edin. 
Xəstəxananı şöbəyə çevirmək, ancaq səhiyyə nazirinin səlahiyyətində ola bilər. 
Bəli,  Səkinə Sadıqova  qısa vaxtda  2 saylı Doğum evini, Təcili Yardım stansiyasını  şöbəyə  çevirib. 
Bu gün  Sumqayıtda  dövlət hesabına hər ay dərman alan bəzi xəstələr, o cümlədən, şəkər xəstələri dərmanlarını ala bilmirlər, insanlar günlərlə yığışıb  dərman gözləyirlər. 
Bütün bunlardan sonra keçək, Səkinə Sadıqovanın böyük tender maxinasiyalarına. 
Deməli, son 2 ildir  səhiyyə sistemindəki  tenderləri ancaq İcbari Tibbi Sığorta İdarə edir. Səkinə Sadıqova isə Tibbi Sığortadakı  dayağı vasitəsilə Sumqayıt səhiyyəsinə dövlət tərəfindən ayrılan külli miqdarda vəsaiti öz yaxınlarına  tenderdə hədiyyə edərək, milyonlar qazanırdı. Amma....
Əmması odur ki, artıq  bir müddətdir ki, Sumqayıt səhiyyə şöbəsində tender  komissiyasına, deputat Müşfiq Məmmədli rəhbərlik edir.
Bəli, söhbət Sumqayıtdakı uşaq xəstəxanasının baş həkimi, deputat Müşfiq Məmmədlidən gedir. 
Deməli, hörmətli  deputatın tender komissiyasına rəhbərliyindən sonra Səkinənin “tender  bazarı”  bağlanıb.
İndi  isə Səkinə Sadıqova təqaüd  yaşı çatmış kadrların pulunu alıb  vaxtını uzatmaqla pul qazanır. 
Səkinə Sadıqova  saxta karona peyvəndi ilə də bağlı “pasport”  paylayır  və köhnə əməllərindən əl çəkmir. 
Səkinə Sadıqova ilə bağlı  daha ilginc məlumatlar növbəti yazıda. 
Bizi izləyin. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.