Deputat Mahir Aslanovla bağlı ötən yazımızda bu adamın, ümumiyyətlə, avtobioqrafiyasındakı qaranlıq məqamlardan yazdıq.
Belə ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanovun avtobioqrafiyası barədə sosial şəbəkədə nəinki yazı, hətta bircə söz tapa bilmədik.
Bu adam 4 çağırış Goranboy və Naftalan camaatını Milli Məclisdə təmsil edib.
Bilən yoxdur ki, bu adam neçənci ildə anadan olub..?
Bu adam məktəbə gedibmi, ali təhsili varmı, ixtisası nədir, hansı ali məktəbi bitirib, orduda xidmət edibmi, haralarda işləyib...??
Bu sualları uzadıb oxucunu yormaq istəmirik…
Bu gün apardığımız araşdırma zamanı bəlli oldu ki, Mahir Aslanov vaxtilə radikal müxalifətin arxasında duran, sabiq Baş nazirin 1-ci müavini Abbas Abbasovla biznes ortağı imiş.
Bəli, hər ikisi Rumıniyadan mebel gətirərək Azərbaycanda realizə edirlər.
Ötən yazımızda qeyd etdiyimiz kimi, Mahir Aslanov həm də sabiq nəqliyyat naziri Ziya Məmmədovun hesabına irəli çəkilib. Hətta bir müddət Mahir Aslanovun oğlu Ziya Məmmədova məxsus olan “Bank of Baku” bankında rəhbər vəzifədə çalışıb.
Həə, bir də onu müəyyən edə bildik ki, deputat Mahir Aslanov SOCAR-da vitse-prezident olan Bədəl Bədəlovun yaxın qohumudur. Və qohumlar Naftalanı demək olar ki, zəbt ediblər.
Bəli, bu adamın biznesinin sorağaı Rumıniyadan, Türkiyədən gəlir.
Bu adamın Naftalan şəhərində öz adına ümumi sahəsi 10 min kv.m olan 7 mərtəbəli müalicə mərkəzi var.
Bundan əlavə Kəpəz sanatoriyası da deputata məxsusdur.
Deputatın Xətai rayonunda 7 mərtəbəli şəxsi ofisi var.
Yeri gəlmişkən, deputatın oğlu Məhəmmədəli Aslanov Xətai RİH-də “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması” şöbəsinin müdiridir.
Deputatın ümumi sahəsi 2249.1 kv.m. olan "Nobel" oteli də fəaliyyət göstərir.
Bakıdakı HAPPY İNN HOTEL və Kəpəz mebel salonları da deputata məxsusdur.
Yuxarıda qeyd etdik ki, deputatın səsi-sorağı tez-tez Rumınıyadan gəlir.
Bəli, Buxarestdə fəaliyyət göstərən NİCO & KAPAZ SRL şirkəti də deputat Mahir Aslanova məxsusdur.
Deputatın özündə bir çox sahəni birləşdirən nəhəng biznes şəbəkəsi var. Bu şəbəkə Mahir Aslanova məxsus olan "Kəpəz Group” tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahələri əhatə edir.
”Kəpəz Group" tikinti, mebel (istehsalı və daşınması), daşımaçılıq, restoran (klub), mehmanxana biznesi, həmçinin təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Bundan başqa, Mahir Aslanovun onlarla iri yük daşımaçılığı ilə məşğul olan TIR-ları var.
Təsadüfi deyil ki, deputatın əmisi oğlu Natiq Aslanov 10 ildən artıq Naftalanın icra başçısı olub. Deputat əmisi oğlu ilə birlikdə Naftalanda sayı-hesabı bilinməyən qanunsuz işlərə imza atıb.
Hətta Natiq Aslanovun da hansı məktəbi bitirdiyi bəlli deyil. Bəzi məlumata görə, sabiq icra başçısı əvvəllər deputatln mebel sexində dülgər işləyib.
İndi isə Mahir Aslanovun ailə üzvlərinin biznesinə nəzər salaq.
Belə ki, deputatın oğlu Famil Mahir oğlu Aslanov həmişə 99-AA-170 avtomobilində gəzir.
Yeri gəlmişkən, Famil Aslanov Səfərbərlik Xidmətində Daxili Təhqiqatın rəisidir, rütbəsi isə mayordur.
Eyni zamanda KƏPƏZ MTK, KƏPƏZ Klinika kimi müəssisələr Famil Aslanova məxsusdur.
Onu da qeyd edək ki, “BAKU İN” oteli də Famil Aslanovun obyektidir və fəaliyyət göstərir.
Yəni deputatın oğlu FAMİL dövlət məmuru olsa da, geniş biznes şəbəkəsinə malikdir.
Deputatın o biri oğlu, Məmmədəli isə 90 AA 488 Ranc Rover avtomobilində gəzir. O da qardaşı Famil kimi otel işlədir, NOBEL otel deputatın oğlu Məmmədəliyə məxsusdur.
Əslində deputatın oğlanları otellərini öz bildikləri kimi istifadə edirlər. Deputatın oğlu Famil Aslanov Xətai RİH-də şöbə müdiri işləyir.
Famil Aslanov vaxtilə MTN-in Nəsimi Rayon İdarəsində rəis müavini olub.
İndi isə deputat Mahir Aslanovun başqa bir ailə üzvünün, bacısı Könül xanımın biznes şəbəskəsinə nəzər salaq.
Bəli, Naftalandakı “Kəpəz” sanatoriyasını deputatın bacısı Könül xanım idarə edir. Onun rayonda başqa ticarət obyektləri də var.
Ümumiyyətlə, bu ailənin təkcə İnqilab küçəsində 200 milyon dəyərində mülkləri var.
Sözün qısası, deputatın özü və ailə üzvləri milyonlarla biznes səltənətinə sahibdirlər…. Allah xeyirli eləsin.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Deputat Mahir Aslanovla Baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun şərikli biznesi… - Deputatın özünün, oğlanlarının və bacısının biznes səltənəti….
15
fevral
17:03

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Deputat Mahir Aslanov Naftalanı zəbt edib ? - Naftalanın deputatı seçiciləri saymır?...
Həbs xəbəri yayılan Abbas Abbasovun oğlu danışdı
Mahir Emrelinin “Dinamo”da hansı mövqedə oynayacağı bəlli oldu
Mikayıl Cabbarov direktor və müavin təyin etdi
Yevlaxlı “terapevt” İlham Məmmədov necə deputat oldu ? - Deputatın biznes şəbəkəsi…
Azərbaycanda bələdiyyə sədrinin sabiq müavini SAXLANILDI
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
Özünü dövlət və siyasi xadim hesab edən Şahin Seyidzadə… - Bu adam necə DEPUTAT olub ?
Mahir Emrelinin 3-cü testinin cavabı bilindi - Yenilənib
Yardımlının BAŞ QARƏTÇİSİ MAHİR MİRZƏYEVDİR... - İTTİHAM
Həbs edilən sabiq icra başçısı məhkəmə qarşısına ÇIXARILIR
"Başsız" qalan icra hakimiyyətləri, boş qalan deputat yerləri... - Yeni təyinatlar və seçki gözləntisi
İntihar edən filial müdiri 11 yaşlı oğlunu itiribmiş - YENİLƏNİB
"DTX Yardımlıda əməliyyat keçirmək istəsə..." - Müraciət...
Həbsdə olan jurnalist aclıq aksiyasına başladı
Sabiq deputat vəfat etdi
Koronavirusa yoluxan sabiq icra başçısından xəbər var
Deputat vəzifəsindən azad edildi
Sabiq deputat vəfat etdi - FOTO
Sayt rəhbəri Ramiz Göyüşovdan iki min manat rüşvət alarkən yaxalandı
Rafiq Aslanov 39 ildir SU-dan doymur...- ASC-nin yeni sədri Zaur Mikayılov hara baxır ?
Naftalan şəhər İcra Hakimiyyətində dəyişiklik
“Kimliyindən asılı olmayaraq hər bir kəs karantin qaydalarına əməl etməlidir” – Mahir Abbaszadə
Məhkəmə jurnalisti ev dustaqlığına buraxmadı
Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara “arenda” kimi baxır…-İlqar Abbasov 25 il harada olub?-VİDEO
Kəmaləddin Qafarovun səhiyyə naziri olmaq arzusu ürəyində qaldı… - Kəmaləddin Qafarov səhiyyə naziri olsaydı….
Goranboyda Şəhid Ailələri NARAZIDIR... - NARAZILIQ!
Meyxanaçının vəziyyəti yaxşı deyil - AÇIQLAMA
Qardaşı ayı saxlayan, özü obyekt tikdirən deputat: Afət Həsənova hekayəsi…
Yardımlı sakinləri hələ də QARA MASKALILARI GÖZLƏYİRLƏR... - NARAZILIQ!
- Tokayev Aİ-yə Qazaxıstan neftini almağı təklif edib
- “Qarabağ“lı Rüstəm Əhmədzadə “Zirə“yə keçdi
- Roza: “Məni çox adam istəyə bilər, hələ cavanam“
- “2018-ci ilin hadisələrinə hüquqi qiymət verilməlidir“ - Erməni deputat
- Türk ordusu daha 9 terrorçunu zərərsizləşdirdi
- "Rusiyanın ölü və yaralı hərbçilərinin sayı 115 minə çatıb" - Podolyak
- BMqT: "Müharibə başlayandan 12 minədək azərbaycanlı Ukraynadan təxliyə olunub"
- Bir avro 64 rubla çatdı
- Dolların məzənnəsi sabit qaldı
- Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
- İrəvanda Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirilir - VİDEO
- Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?