50 min manata satılan 211,288 nömrələrin vergisi verilirmi ?

Mobil nömrənin 50 min manata olması hansı məntiqə uyğundur ?

Deməli, Azərbaycanın  ilk mobil operatoru olan  Azercell  MMC barədə nəinki sosial şəbəkələrdə, mediada, hətta Milli Məclisin tribunasından ən ağır ittihamlar səsləndirilib. 
Təsəvvür edirsiniz, bu şirkətin rayonlarda  yüzlərlə DİLLERLƏRİ  var. Yəni şirkətə məxsus  telefon nömrələrini, telefon kartlarını satırlar. Amma…
Əmması odur ki,  dillerlər maddi çətinliyə baxamayaraq  yer icarəyə götürürlər, işçi saxlayırlar və s….sonda Azercell-dən pullarını ala bilmirlər. 
Hər dəfə dillerlər pullarını tələb edəndə  onları Rabitə nazirliyinin  üzərinə yönəldirlər.
Yazıq dillerlər deyir ki, icarəyə götürdüyümüz  yerin pulunu verə bilmirik. 
Sözün qısası,  ölkəmizin ilk mobil operatoru olan  Azercell-dən şikayətlər  bitib tükənmək bilmir. 
Bu şirkətin ölkəmizin dövlət dilinə olan hörmətsizliyi barədə  nə qədər yazılıb, amma faydası yoxdur. 
Cənab Prezident  İlham Əliyev dilimizin saflığı ilə bağlı  sərəncam imzalayır, amma  Azercell  şirkətinin koorporativ  bölməsində qeyri adi şriftlərdən istifadə olunur.   
Bir sözlə, “Azercell”  Azərbaycanın dövlət dilinə və əlifbasına  sayğısızlıq nümayiş etdirir. 
Bu barədə dəfələrlə deputatlar deyib ki, Azercell  Azərbaycan dilinin anasını ağladır. 
Hətta deputatlardan biri deyib ki, dövlət dilimizə  hörmətsizlik etdiyinə görə,  Azercell-I  məhkəməyə vermək lazımdır. 
Hətta  Azercell-in  qiymətləri, tarifləri də  cəmiyyətdə ciddi müzakirə olunur  və şirkət  tənqid edilir. 
Azercell-in  “zerkalni”   nömrələrinin qiymətləri  isə  heç bir əndazəyə sığmır. 
Təsəvvür edirsiniz, Azercell-in  70-80 minlik  telefon mömrələri var. Yaxşı bu nömrələrin satışından  dövlət büdcəsinə  NEÇƏ QƏPİK daxil olur..? 
Bax, əsas məsələ budur….
Yəni Azercell   vergidən nə qədər yayınır ??