“Gündəlik-Bakı” olaraq Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın əməlləri barəsində nə qədər yazsaq da, onun barəsində redaksiyamıza daxil olan materiallar davam edir.
Səkinə Sadıqovanın əməlləri barəsində yazdıqlarımızı, dövlətin səhiyyəyə ayırdığı külli miqdarda vəsaiti mənimsəməsini, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırmasını, həkimləri işdən çıxartmaq adı ilə külli miqdarda pul yığımasını yenidən yazıb təkrarlamaq istəmirik.
Ancaq bir məsələnin üzərində ciddi araşdırma aparmaq qərarına gəldik.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi Səkinə doxtur təkcə xəstəxanalardakı ştatları, xəstələrə verilən dərmanları satmır, o həm də benzin satır, avtomobil təkəri, ehtiyat hissələri satır.
Belə ki, Sumqayıt boyda şəhərin Təcili Tibbi Yardım bölməsi və onun nəzdindəki qaraj Səkinə Sadıqovanın tabeçiliyindədir.
Bəli, “Sumqayıt Təcili Tibbi Yardım” kimi böyük korrupsiya mərkəzi Səkinə Sadıqova üçün milyonlar deməkdir.
Hətta deyilənlərə görə, qaraj müdiri Kamran Əhmədov işə düzəlmək istəyənlərdən 10 min manat alıb Səkinə Sadıqovaya verir. Qaraja ayrılan benzini, yağı, avtomobil hissələrini satdırıb Səkinə Sadıqovaya çatdırır və özü də qazanır.
Kamran Əhmədovun müavini isə Kənan Hacıyevdir.
Məlumat üçün qeyd edək ki, Səkinə Sadıqovanın tapşırığı ilə Kamran Əhmədovun işdən çıxardığı Rəfael Nəsirov arasında hazırda məhkəmə prosesi gedir.
Belə ki, 2018-ci ildə Kamran Əhmədovun göstərişi ilə Kənan Hacıyevin qoçu dəstəsi Rafayel Həsirovun maşına basaraq mərkəzi qaraja gətirib döyüblər və maşına mindirib yarıyolda atıblar.
Hələki bu “razborka”nın kimin xeyrinə bitəcəyi bəlli deyil.
Qarajın müdiri və Səkinənin sağ əli Kamran Əhmədov o qədər həddini aşıb ki, bütün sənədləri saxtalaşdırır, hətta baş həkimin əvəzindən yol vərəqəsinə möhür vurur.
Kamran əvvəllər “remont” adı ilə pul yığırmış, indi isə deyilənə görə, “texsmotr”a görə, hər maşından 100 manatdan yığır. Və maşınlar “texsmotra” getmir, pulları isə Kamranla Səkinə bölür. Sonda Kamran 30-dan çox maşının “texsmotr” pulunu ödəmədiyi üçün maşınlara cərimə gəlir.
Səkinə Sadıqovanın göstərişi ilə təcili yardım maşınları baş həkimin tabeçiliyinə verilib, texnoloji maşınlar isə hələlik Avtoparkda qalır. Səkinə Sadıqova qanunsuz olaraq Mərkəzi qarajı ləğv edərək Avtopark yaradıb.
Bir sözlə, Səkinə-Kamran cütlüyünün qanunsuz əməlləri davam edir.
Bütün bu məsələlər yəqin ki, məhkəmə prosesində üzə çıxacaq.
Lakin, Səkinə və Kamran cütlüyü nüvafiq qurumlara təsir edərək lazım olan sorğulara cavab almağa imkan vermirlər.
Hətta qaraj müdiri Kamran Əhmədovun məhkəmədə iştirak etmək hüququ olmadığı halda məhkəmədə iştirak edir və məhkəməyə təzyiq edir.
Onu da qeyd edək ki, Səkinə və Kamran cütlüyü bütün bu qanunsuz əməlləri TƏBİB-dəki qrup rəhbəri olan Rəşadın göstərişi ilə edirlər.
Əgər Prokurorluq bu işi obyektiv araşdırarsa, təcili yardımda işləyən həkimlər və sürücülər gəlib öz sözünü deyəcək. Çünki bu məsələdə ən çox zəiyyət çəkən onlardır.
Təcili Tibbi Yardım Stansiyasının baş həkimi İlkin Namazov da qanunları pozur, Rafayel Nəsirovla bağlı soruğya cavab vermir.
Məlumata görə, Səkinə Sadıqova İlkin Namzovu özünə müavin aparıb.
Bəli, bütün bu deyilənləri və yazılanları sübuta yetirmək və istintaq apararaq bütün özbaşınalıqları üzə çıxarmaq, Hüquq Mühafizə Orqanlarının işidir. Biz hər vəchlə çalışırıq ki, bizim bütün yazdığımız məqalələrdən dövlətimiz xeyir görsün və bütünlüklə öz qüvvəmizi toplayıb, daxili imkanlarımız hesabına bu tipli məsələlərin Hüquq Mühafizə Orqanları tərəfindən araşdırılması üçün əlimizdə olan bütün sənədləri istintaq orqanlarına, prokurorluq orqanlarına çatdıraq ki, törədilmiş cinayətlərin üstü asanlıqla açılsın. Buyurun tanış olun, Sumqayıt Səhiyyə idarəsində keçirilən tenderlərin və iştirak edən şirkətlərin siyahısını dərc edirik.
İstintaq ədalətli keçərsə, Səkinə Sadıqova və Kamran Əhmədovu hansı cəza gözləyir..? - Sumqayıt şəhər səhiyyə şöbəsinin qarajında “razborka”
05
mart
18:28

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın əməlləri… - Səhiyyə şöbəsində nə qədər ölü canlar var…
Səkinə Sadıqovanın “qaziləri” zəng edərək Gündəlik-Bakıdan üzr istədi… - Səkinə Sadıqova yaxın zamanda məhkəmə qarşısında cavab verəcək…
“Gündəlik Bakı”nın Baş redaktoru Daxili İşlər Naziri, cənab general-polkovnik Vilayət Eyvazova müraciət etdi...
Səkinə Sadıqova “qoçu dəstəsi” də saxlayırmış, bizə xəsarət yetirmək üçün killer axtarırmış... - Gündəlik Bakı 102-ə müraciət etdi…
Sumqayıt səhiyyə şöbəsinin “ruhi xəstə” müdiri Səkinə Sadıqova … - Səkinə Sadıqova Ruhi dispanserdə 2 ay müalicə olunub…
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova barəsində “boyat” və təzə xəbərlər... - Səkinə Sadıqovanın tender biznesi….
SUMQAYIT SƏHİYYƏSİ MƏQSƏDLİ ŞƏKİLDƏ DÖVLƏTİN PULUNU GÖYƏ SOVURUR
87 yaşlı qadını qohumu tövlədə SAXLAYIRMIŞ
Azərbaycanda 20 yaşlı hamilə qadın intihar edib
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
Azərbaycanda ər arvadını uşaqlarının gözü qarşısında döyüb öldürdü
Oqtay Şirəliyevdən sonra Yaqubun yuxusu ərşə çəkilib...- Səhiyyə nazirliyinin avtomobil qarajında baş verən qanunsuzluqlar...
Külli miqdarda dərman preparatları aşkarlandı - FOTOLAR
Tövlədə bağladığı 87 yaşlı qadının pensiyasını da mənimsəyibmiş - RƏSMİ
BSU-nun şöbə müdirinə cinayət işi açıldı
Sumqayıt Tibb Mərkəzi yaradılıb
Yevlax səhiyyəsində AÇIQ BAZAR - Şəkər xəstələrinin dərmanları AÇIQ SATIŞDA!
Gəncənin Səhiyyə İdarəsinin rəisinin daha bir qardaşı haqda korrupsiya ittihamı
Azərbaycanda 50 yaşlı kişi özünü yandırdı
Qadına qarşı zorakılıq edən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda bu Səhiyyə İdarələri LƏĞV EDİLDİ
Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi
Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı
Rasim Məmmədovla bağlı qərar verildi
Xalq artistinə ağır itki üz VERDİ
Neftçalanın sabiq icra başçısı ifadə verməkdən imtina etdi - MƏHKƏMƏ
Neftçalanın sabiq icra başçısının məhkəməsi keçirildi
Məhkəmə Səlim Müslümovla bağlı qərar verdi
Məhkəmə Səlim Müslümovun apelyasiya şikayətinə baxdı - QƏRAR
- Qızıl və gümüş ucuzlaşdı
- 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub
- Bir ayda necə arıqlamaq olar? - Dietoloqların sadə sirri
- İstənilən “iPhone” funksiyası “Android”lərə gələcək
- Keçmiş yeznələrini küçədə öldürdülər
- 117 yaşlı qadın 107 yaşlı bacısı ilə ad günü qeyd etdi
- Avtobusların iştirakı ilə baş verən QƏZALAR - VİDEO
- Teymur Rəcəbov üçüncü dəfə ATA OLDU - FOTO
- Putin və Rəisi Qarabağı müzakirə etdilər
- “Müğənnilər səhnəyə lüt çıxır, cəsarətiniz çatırsa onları yazın, Yaşar Nurinin qızını yox”
- General getdi, birinci müavin vəzifəsi ləğv edildi - İcra başçısının oğlu vəzifədə qaldı
- Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirir
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər