Buna görə sabiq nazir Əbülfəz Qarayev başını aşağı salmalıdır….
Son 20-25 ildə Azərbaycan mədəniyyəti və musiqisinin inkişafına dövlətimiz milyonlarla vəsait sərf edib.
Bu istiqamətdə Heydər Əliyev Fondunun və şəxsən Birinci Vitse-prezidient Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir.
Amma təəssüf ki, bu gün Mədəniyyət Nazirliyinin bir neçə mühüm vəzifəli şəxsi həbsxana həyatı yaşayır və sabiq nazir Əbülfəz Qarayev isə evində oturub və bir neçə dəfə ölkədən çıxmaq istəsə də deyiblər STOP...
Bəli, Azərbaycan mədəniyyətinin və musiqisinin inkişafına bir başa Mədəniyyət Nazirliyi və konkret olaraq Əbülfəz Qarayev məsuliyyət daşıyırdı.
Ancaq məhkəmə prosesində bəlli oldu ki, musiqi məktəblərinin direktorları hər ay ən azı 5-10 min manat sabiq nazirə pul verirmiş.
Bu pulların mənbəyi nə idi ?
Əlbəttə, dövlətin ayırdığı vəsaiti mənimsəmək, müəllimlərin maaşından hər ay pul tutmaq, ölü canlar, təmir adı altında “otkat” məsələsi və digər mənbələr.
Bütün bunlar ortada olduğu halda Əbülfəz Qarayevi indi heç məhkəməyə də çağıran yoxdur.
Amma Əbülfəz Qarayev utanıb başını aşağı salmalı, xalqın arasına çıxa bilməməlidir.
Niyə..?
Oxuculara təqdim edəcəyimiz bircə şəkilə görə.
Söhbət Şabran Rayon Uşaq Musiqi Məktəbinin binasından gedir.
Bu binaya baxanda adam xəcalət çəkir.
Çox üzr istəyirik, heç at tövləsi də belə olmaz.
XXI əsrdə körpə uşaqları az qala uçmaq təhlükəsi olan binaya doldurub musiqi dərsi keçmək, vallah rəzalətdir.
Bu binada oxuyan uşaqlarda hansı musiqi zövqü ola bilər..?
Əbülfəz Qarayev mədəniyyət və musiqiyə ayrılan milyonları mənimsəyib və hər yerdə villası, mülkləri var.
Musiqi məktəbi isə bu gündə...
Qısa məlumat üçün bildirək ki, şəkildə gördüyünüz, Şabran Rayon Uşaq Musiqi Məktəbi 1967-ci ildə açılıb.
Bu gün məktəbdə 7 ixtisas - fortepiano, tar, kamança, qarmon, klarnet, nağara və xanəndəlik ixtisasları üzrə siniflər fəaliyyət göstərir. Məktəbdə 350 şagird təhsil alır. Onlarla 105 nəfər müəllim məşğul olur.
Məktəbin direktoru Xamedov Bahadur Şahhüseyn oğludur.
Xamedov Bahadur müəllim deyir ki, musiqi duyğuları zənginləşdirir və zövqü cilalayır.
Adam soruşmaq istəyir k, ay müəllim, ay rəhmətliyin nəvəsi, bu tövləyə oxşayan binada yazıq uşaqlara nə duyğu, nə zövq…
Bir də Bahadur müəllimdən soruşuruq ki, hər ay Əbülfəz Qarayevə nə qədər pul verirdin ?
Məktəbdə neçə “ölü can” var, hər ay hər müəllimdən nə qədər pul tutulur ?
Məktəbdə tar satan, qarmon satan müəllimlər kimlərdir..?
Sonda Mədəniyyət Nazirliyindən tələb edirik ki, bu musiqi məktəbi ilə bağlı təcili qərar qəbul etsinlər.
Bu mövzunu gündəmdə saxlayacağıq.
Bizi izləyin.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
Şabran Musiqi məktəbində rəzalət. - Məktəbin direktoru Bahadur Xamedov Qarayevə nə qədər pul verirmiş..?
09
mart
18:04

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyuldu
Yaxın zamanda Əbülfəz Qarayevin həbsi reallaşacaq...- Sabiq nazirin “şərikləri” ifadə verməkdən imtina edir, məhkəməni gözləyirlər...
Əbülfəs Qarayev ölkədən çıxışına "stop" qoyulmasından DANIŞDI: "Səhvlərim olubsa..."
Əbülfəs Qarayev ölkədən niyə çıxmaq istəyib?
Bakı Musiqi Akademiyasının 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Əbülfəz Qarayevin kamança çalan məktəb direktoru- Cəlilabad uşaq incəsənət məktəbinin direktoru Fərhad Qurbanovun rüşvət şəbəkəsi..
Əbülfəz Qarayevin kadrı olan Arif Vəliyev Abşeron Mədəniyyət Mərkəzini necə istismar edir?
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Əbülfəs Qarayev məhkəməyə ÇAĞIRILDI
Əbülfəs Qarayev nazirlikdəki kriminaldan danışmaq istəmir: “Mən evdəyəm...”
Müavini DTX-də Əbülfəs Qarayev haqqında nələr deyib? - ŞOK İFADƏLƏR
Bərdədə məktəb direktoru Aysel Bayxanova "at oynadır"- İcra başçısı Vidadi İsayev Ayselə niyə ''krışalıq'' edir ?
Xan Şuşinski adına Ağdam Musiqi Məktəbinin direktoru Xətayə xanım xətayə yol verir -Məktəbdə dərs saatları satılır...
Sabiq nazirin xanımının vergi borcu üzə çıxdı
Ağcabədi Regional Mədəniyyət İdarəsində Əbülfəs Qarayev ƏNƏNƏLƏRİ... - İDDİA
Ramiz Mehdiyev yeni direktor təyin etdi
Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxunub - FOTO
“Aldığım rüşvətin 2,5 milyonunu Qarayevə otağında şəxsən vermişəm”
“Azərbaycanfilm”in ərazisi kimlərə icarəyə verilib ?- Pullar kimlərin cibinə gedir?
Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - SƏRƏNCAM
Sabiq nazir Səlim Müslümov həbsdədir, bəs qalanları ?- Nazirliyin Xətai şöbəsinin keçmiş müdiri Cavanşir İsgəndərov milyonları necə qazanıb ?
Kürdəmir Regional Mədəniyyət İdarəsində nələr baş verir ?- Faiq Xudanlı-Elşad Cəfərov cütlüyünün qara əməlləri…
Elçibəyin oğlu evlənir - Toy tarixi açıqlandı
Əbülfəs Qarayevin müavininin evindən çıxan sərvət – İSTİNTAQ MATERİALLARI
Əbülfəz Elçibəyin vəfatından 21 il ötür
Əbülfəz Elçibəyin oğlu bu xanımla evlənir
Mehriban Əliyevadan Şuşanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə
Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından GERİ QAYTARILDI
Şuşada “Xarıbülbül” musiqi festivalı qala-konsertlə davam edir
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Rəisi Həbs Oluna Bilər-Görünəni Budur…
- Qızıl və gümüş ucuzlaşdı
- 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub
- Bir ayda necə arıqlamaq olar? - Dietoloqların sadə sirri
- İstənilən “iPhone” funksiyası “Android”lərə gələcək
- Keçmiş yeznələrini küçədə öldürdülər
- 117 yaşlı qadın 107 yaşlı bacısı ilə ad günü qeyd etdi
- Avtobusların iştirakı ilə baş verən QƏZALAR - VİDEO
- Teymur Rəcəbov üçüncü dəfə ATA OLDU - FOTO
- Putin və Rəisi Qarabağı müzakirə etdilər
- “Müğənnilər səhnəyə lüt çıxır, cəsarətiniz çatırsa onları yazın, Yaşar Nurinin qızını yox”
- General getdi, birinci müavin vəzifəsi ləğv edildi - İcra başçısının oğlu vəzifədə qaldı
- Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirir
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər