Milyonçu Rəşad Quliyevin Badamdardakı milyonluq Olive Garden restoranı….

44  günlük  Zəfər savaşından sonra  Müdafiə Nazirliyində, ümumiyyətlə, Milli Orduda  ciddi proseslər  baş verdiyi, təmizləmə prosesi getdiyi barədə yazmışıq. 
Ötən yazımızda qeyd etdiyimiz kimi 44  günlük  Zəfər savaşından sonra Müzəffər  Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli  Ordumuzun  sayəsində  30 ildir işğal altında qalan torpaqlarımız  44 günə  azad edildi. 
Təsəvvür edirsiniz, 30 il və 44 gün...
Açıq danışaq ki, bu işğalın  30 il uzanmasında təkcə uzaq-yaxın qonşuların, dünya güc mərkəzlərinin deyil....həm də öz daxilimizdəki SAPI ÖZÜMÜZDƏN olan satqın GENERALLARIN  da “xidməti”  az olmayıb.
Artıq belə generallar  bir-bir həbs olunur. 
İlk olaraq uzun illər MN-də Baş Qərargahın rəisi olan Nəcməddin Sadıkov  “yola salındı”. 
Sonra  Nəcməddin Sadıkovun “biznes ortağı”   olan general  Xəqani Cəbrayılov  ordudan uzaqlaşdırıldı. 
Bir neçə gün öncə isə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olundu. 
Və  general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanıldı. 
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Nizami  Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi. 
İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon  miqdarda mənimsəmədə təqsirləndirilir.
Gündəlik-Bakı olaraq uzun illər yazdığımız və  ciddi təhdidlərlə  üzləşdiyimiz  bəzi generalların  yaxın zamanda həbs olunacağını düşünürük. 
Ötən yazımızda Müdafiə Nazirinin müavini, Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general  Nizam Osmanovun və general Xaqani Cəbrayılovun həbsinin labüd olduğu barədə yazmışıq. 
İndi isə  Nəcməddin Sadıkovun  cinayətkar şəbəkəsinin daha bir üzvü, Rəşad Quliyev barəsində araşdırma  aparmaq qərarına gəldik. 
Söhbət  uzun illər Bakıda yerləşən Mərkəzi Ordu İdman Klubunun  ( MOİK ) sabiq rəisi polkovnik-leytenant Rəşad Quliyevdən gedir. 
Bu adam MOİK-i uzun illər rüşvət və korrupsiya yuvasına çevirdi. 
Təsəvvür edirsiniz, bu hərbi hissədə qulluq etməyin qiyməti nə az, nə çox, 40-50 min arasında olub. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...və görün  Rəşad  Quliyev neçə milyonları qazanıb. 
İndi özünüz düşünün, beləsini bağışlamaq olarmı..? 
Əslində  bu rüşvətin mənbəyi məmurlar olub. Çünki hansı kasıb 40-50 min verib oğlunu MOİK-ə saldıra bilərdi. 
Əslində məmur balaları MOİK-də hərbi xidmət keçmirdi, 100 minlik avtomobildə  gəlib baş çəkib geri qayıdırdı. 
Sözün qısası, Rəşad Quliyev  bu illər ərzində milyonlara sahib oldu. Sonradan onun vəzifəsi bir az da böyüdü və Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışır.
Bu illər ərzində  Rəşad Quliyev qazandığı milyonlar hesabına milyonluq obyektlərə, mülklərə, bahalı mənzillərə, avtomobillərə sahib oldu. 
Rəşad  Quliyevin  Badamdar qəsəbəsində  10 milyon dəyəri olan “Olive Garden”  restoranı, villası var. 
Yəqin ki, generalların həbs dalğasında yaxın zamanda MOİK-in keçmiş rəisi Rəşad Quliyevin cinayət əməlləri Respublika Hərbi Prokurorluğu tərəfindən ciddi araşdırılacaq və  o da  general  Nizami Məmmədovun yanına  gedəcək. 
Araşdırmamız  davam edir. 
Bizi izləyin. 
Qarşı tərəfin mövqeyni dərc etməyə  hazırıq.