“Gəray bəyin rektor nəvəsi” Tibb Universitetini özəl şirkətə çevirib?...
Gəray Gəraybəyli ATU-nun klinikalarında xəstələrə qanuni qəbz əvəzinə printerdən çıxan kağız verir?..
Səhiyyəmizin biabırçı durumu ilə bağlı uzun-uzadı yazmağa ehtiyac yoxdur.
Düzdür, dövlət tərəfindən kifayət qədər maliyyə vəsaiti ayrılır, təzə xəstəxanalar tikilir, müasir tibbi avadanlıqlar alınır və s amma...
Əmması odur ki, sabiq səhiyyə nazirləri Əli İnsanovun, Oqtay Şirəliyevin dövründə savadlı tibb alimləri, həkimlər vəzifələrindən uzaqlaşdırılıb və üstəlik...
Bəli, neçə il öncə media hay salmışdı ki, Məleykə Abbaszadənin Tələbə İmtahan Komissiyası 12 bal toplamış məzunun balını artırıb 6-12 edərək Tibb Universitetinə qəbul etdirir.
İndi başa düşdünüzmü, 12 bal toplayan abituriyent ATU-nun tələbəsi olur. Siz bu tələbədən nə gözləyə bilərsiniz ?
Bax, bu gün 12 bal toplayan məzunlar həkim olub, vətəndaşlarımızı “müalicə” edirlər.
Çünki Azərbaycanda “həkim” istehsal edən yeganə ali məktəb ATU-dur.
Bütün bu problemləri nəzərə alan cənab Prezident 2006-cı ildə Gəraybəyli Gəray Çingiz oğlunu Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin etdi.
Hamı düşünürdü ki, gənc professor olan Gəray Gəraybəyli qısa müddətdə ATU-da müsbət dönüş yaradacaq. Amma...
Əmması odur ki, təzə rektor olub-qalan təcrübəli alimləri də vəzifədən qovub öz qohumlarını ATU-ya doldurdu.
Ən dəhşətlisi odur ki, gənc rektoru təhsilin səviyyəsi deyil, konkret qohum-əqrəbanı işlə təmin etmək maraqlandırırdı.
Ona görə də maliyyə, təchizat, mühasibatlıq məsələlərinə baxan şəxsləri vəzifəsindən uzaqlaşdırıb qohumlarını bu vəzifələrə təyin etdi ki, onun qara əməllərindən kənar adamların xəbəri olmasın.
Bəli, Gəraybəyli ilk öncə ATU-da təsərrüfat və təchizat şöbəsinin müdiri vəzifəsinə bacısının həyat yoldaşı Elçin Əlizadəni təyin edərək cari və əsaslı təmir adı altında dövlətin ayırdığı vəsaiti mənimsəməyə başladı.
Rektor ATU-nun baş mühasibini işdən çıxardıb öz dostunu təyin etdi ki, qara mühasibatlıqdan heç kimin xəbəri olmasın.
Sonra ATU-nun nəzdində olan klinikaları özünün şəxsi obyekti kimi işlətməyə başladı.
Belə ki, rektor tədris klinikalarının hamısını öz yaxınlarına tapşırıb.
Məlumat üçün qeyd edək ki, ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər. Bu klinikaların yaradılmasında məqsəd yüksək səviyyəli və təcrübəli tibbi kadrların hazırlanması olub. Prezident İlham Əliyevin səhiyyəyə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Prezdentin ehtiyyat fondundan ayrılmış vəsait hesabına ən yüksək dünya standartlarına cavab verən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş terapevtik və cərrahiyyə klinikalarının yeni binaları tikilib və istifadəyə verilib.
Yəni bütün şəraiti dövlət yaradıb.
Bu klinikalarda təkcə həkim məsləhətinə görə dövlət xəzinəsinə 50 manat ödənilir. Amma vətəndaşlara verilən qəbzlər isə sadəcə printerdən çıxıb. Kassada çalışanların heç biri rəsmi ştatda oturmayıb, hamısı maaşı qeyri-rəsmi alır.
Hətta xəstələrin köçürdüyü xeyli miqdarda pullar da saxta qəbzlərlə verilir və milyonlarla pul dövlət büdcəsindən yayındırılır.
ATU-nun klinikalarında xəstələrə rəsmi mədaxil qəbzi deyil, saxta qəbzlər verilir...
Bütün bunları Hesablama Palatası aşkarlamışdı.
Bəli, Hesablama Palatası müəyyən etmişdi ki, xəzinəyə pul ödəyərkən, dövlət tərəfindən təsdiq olunmuş nömrəli ciddi hesabat blankı, mədaxil qəbzi deyil, printerdən çıxmış sadə kağız parçası vəsait ödəyən şəxsə verilir. Heç bir hüquqi qüvvəyə malik olmayan bu kağız parçaları adi kompyuter proqramı vasitəsilə hazırlanaraq çap edilir. Bu da ATU-nun rəhbərliyi və mühasibatlığı tərəfindən çirkli pulların axınını nəzarətdə saxlamaq üçün düşünülmüş bir cinayət əməlidir.
Gəray Gəraybəylinin rektoru olduğu Azərbaycan Tibb Universitetində 2016-2017-ci illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş audit zamanı ortaya ciddi faktlar çıxıb.
Hesablama Palatasının kollegiyası öz qərarını Səhiyyə Nazirliyinə və Milli Məclisə göndərib.
Sözün qısası, Hesablama Palatası gəldi-getdi, yazdı-pozdu, Milli Məclisə göndərdi. Amma ortada nəticə olmadı.
Yəni dairə qapandı.
Bizdən yazmaq, qalanı bizlik deyil və xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tibb universitetində Gəray Gəraybəylinin QOHUMBAZLIĞI... - Rektorun bacısının həyat yoldaşı Elçin Əlizadə ATU-da korrupsiyanın başında dayanır ?...
10
mart
17:06

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Tibb Universitetini KİM İDARƏ EDİR: Elçin Əlizadə? - İLGİNC İDDİA
Tibb Universitetinin rektoru Prezidentin etimadını doğrultmur... - Rektor Gəray Gəraybəyli ATU-ya qohum-əqrəbalarını doldurub...
Hesablama Palatası ATU-da ciddi qanun pozuntuları aşkarladı- Rektor Gəray Gəraybəyli qohumbazlıq edir…
Oqtay Şirəliyevi artıq yora biliblər... - İLGİNC İDDİA
Rektora ağır itki - xanımı vəfat etdi
DİM sədri Məleykə Abbaszadənin rüşvət əməlləri… - Xanım Abbaszadənin HƏBSİ qaçılmazdır…
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
ATU-da yeni şöbə yaradıldı, rəhbər təyin edildi
600-dən çox bal toplasa da, universitetə qəbul olmadı - SİYAHI
Oqtay Şirəliyev onu direktor TƏYİN ETDİ
Koronavirus xəstəsi ilə yatan tibb bacısı işdən qovuldu
Tibb Universitetinin şəhid məzunları - SİYAHI
Tibb bacısı koronavirus əleyhinə vaksin vurulduqdan sonra vəfat edib
BAŞSIZ Səhiyyə Nazirliyi və BAŞSIZ TƏBİB uğrunda dava qızışır…- Rəşad Mahmudovla Zaur Əliyev arasında SAVAŞ…
"COVİD xəstələrinə ağıllarına gələn dərmanı vururlar" - Həkim dərmanların adlarını açıqladı
Xəstələr RDM rəhbərliyinin cəzalandırılmasını TƏLƏB EDİRLƏR... - NARAZILIQ!
Bu ölkədə tibb bacıları işlərindən istefa verir
Bu tibb işçilərinə peyvənd vurulmaycaq
Bakı Baş Səhiyyə İdarəsi LƏĞV EDİLDİ
Əli İnsanovun dövründə SARA-lan və Oqtay Şirəliyevin dövründə NİGAR-an qalan Səhiyyəmiz...
Professora TƏBİB-də vəzifə verildi - Foto
Otuz yaşı olacaq müstəqil Azərbaycanın 17 illik səhiyyə naziri Oqtay Şirəliyev getdi- GEM-in direktoru Sara Həsənova niyə təlaş keçirir ?
Sumqayıt Tibb Mərkəzi yaradılıb
Həkimlərin maaş və əlavələri niyə ödənilmir? - AÇIQLAMA
German hospitalda tibb bacısının külli miqdar pulunu OĞURLADILAR
Pandemiya ilə əlaqədar verilən əlavələrin müddəti uzadıldı
Bu şəxslərin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadıldı
Rektor Cəfər Cəfərov şəhid əsgərimizin bacısından 600 manat təhsil haqqını tələb edir- Rektorun “ İMTAHAN BİZNESİ “
Yeni səhiyyə naziri haqda bilmədiklərimiz - DOSYE
Tibb məntəqələrində çalışanlara ŞAD XƏBƏR
- Qızıl və gümüş ucuzlaşdı
- 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub
- Bir ayda necə arıqlamaq olar? - Dietoloqların sadə sirri
- İstənilən “iPhone” funksiyası “Android”lərə gələcək
- Keçmiş yeznələrini küçədə öldürdülər
- 117 yaşlı qadın 107 yaşlı bacısı ilə ad günü qeyd etdi
- Avtobusların iştirakı ilə baş verən QƏZALAR - VİDEO
- Teymur Rəcəbov üçüncü dəfə ATA OLDU - FOTO
- Putin və Rəisi Qarabağı müzakirə etdilər
- “Müğənnilər səhnəyə lüt çıxır, cəsarətiniz çatırsa onları yazın, Yaşar Nurinin qızını yox”
- General getdi, birinci müavin vəzifəsi ləğv edildi - İcra başçısının oğlu vəzifədə qaldı
- Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirir
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər