Ağstafa icra hakimiyyətinin şübhəli ortaqları... - Yeni başçı da köhnə başının yolu ilə gedir...
7-01-2021, 16:02
59

Ağstafa icra hakimiyyətinin şübhəli ortaqları... - Yeni başçı da köhnə başının yolu ilə gedir...

2020-cu ildə Ağstafa rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 604 min 603 manat məbləğində 30 tender keçirilib.

Dia.az-ın məlumatına görə, İcra hakimiyyəti 9 tenderə 1 milyon 142 min 601 manat xərcləyib. Ağstafa Rayonun İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi "Meqa AN İnşaat" MMC (434 min 276 manat) olmuşdur. “İnşaat Servis-2” MMC eyni zamanda 9 tenderdən 4-nün qalibidir.

Ağstafa Suvarma Sistemləri İdarəsi 3 tender keçirib ki, məbləği 548 min 781 manat təşkil edir. Ən böyük həcmli tenderin qalibi isə "SƏMA-MM İNŞAAT" MMC (286 min 264 manat) olmuşdur.

"Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi" MMC 2020-ci ildə 3 tender keçirib ki, qaliblərə 524 min 646 manat ödənilib. Ən böyük tenderin qalibi "SƏMA-MM İNŞAAT" MMC(261 min 600 manat) olmuşdur.

Dia.az 2020-cu ildə Ağstafa Rayonunda keçirilən tenderləri təqdim edir.

Dia.az bildirir ki, Ağstafa icra hakimiyyətinin yeni başçısının da sevimlisinə çevrilən “MEQA AN İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti köhnə başının dövründə də Ağstafada qeyri yaşayış binalarının təmiri (bağça), abadlaşdırma xidmətləri haqqının ödənilməsi və Ağstafa rayonunda yolların əsaslı təmiri işləri üzrə keçerilmiş tenderlərin qalibi olub və ümumi olaraq 487410 manat məbləğində dövlət sifarişi alıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “MEQA AN İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti 01.12.2009-cu il tarixdə Şəmkirdəki 14 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağstafa rayonu,Ağstafa şəhəri M.Ə.Sabir ev 9,qanuni təmsilçisi Aslanov Yaşar İmamverdi oğlu olduğu göstərilib.

Qeyd edək ki,”MEQA AN İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus VÖEN (3600282541) 26.08.2020-ci il tarixə qədər “Səma MM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti adı altında fəaliyyət göstərib.Son iki ildə bu MMC-lərin hesabına yuxarıda qeyd etdiyimiz işlərin görülməsi üçün ümumi olaraq 2715102 manat dövlət vəsaiti köçürülüb. Bu vəsaitlərin nə qədəri təyinatı üzrə xərclənib,bəlli deyil Əslində bəllidir.Kimə?

Dövrü mətbuatın yaydığı məlumatlarda isə bir müddət əvvəl Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda Yaşar Aslanovun rəhbərlik etdiyi “Səma-MM İnşaat” MMC-nin rayon İcra Hakimiyyəti başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi ilə həyata keçirilən işlərdə smeta xərclərinin şişirdilməsi, görülməyən işlərə görə pul ödənişləri kimi halların aşkar olunduğu bildirilir.Ağstafada büdcə vəsaitlərinin talandığı bəlli olduqdan sonra “Səma-MM İnşaat” MMC-nin rəhbərliyi iz azdırmaq üçün növbəti tenderlərdə “MEQA AN İNŞAAT” MMC adı altında qalib olub. Yəni,bu üsulla dövlətə “torba” tikilib.Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə səlahiyyətləri daxilində bütün bunların qarşısını almaq əvəzinə,inhisarçılığa şərait yaratmış olub.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Oxşar xəbərlər

Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Yevlaxda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Göygöldə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Saatlıda büdcə pulları kimlərə həvalə olunur? - SİYAHI
Yardımlıda rəsmən TALAN VAR... - İLGİNC FAKT
Tərtərdə tenderləri kimlər udur? - SİYAHI
Şair Alxasovun ŞÜBHƏLİ TENDER ORTAQLARI - İLGİNC
Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC
Ağdaşda büdcə pulları belə dağıdılır... - SİYAHI
Qobustanın icra başçısı büdcə pullarını kimə ötürür... - İLGİNC
Şamaxıdan Beyləqana gəldi, indi də buraları dağıdır... - FAKTLAR
Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları - İLGİNC
İmişlidə başçı dəyişsə də, tender oyunbazlığı davam edir... - FAKT
Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Gədəbəyin icra başçısının müəmmalı ortaqları... - İLGİNC
Ağstafada dövlətə “torbanı” belə tikirlər
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Qubadlıda abadlıq işini bu şirkət həyata keçirəcək - Tender
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
İsmayıllıda tender müəmması... - İLGİNC FAKTLAR
Ucarda tenderləri kimlər udur? - İLGİNC FAKTLAR
Qəzənfər Ağayev yarım milyonu kimə həvalə edib? - Eldar Mahmudov da onu tutdurubmuş...
AMEA zibillərin daşınmasına 1 milyon manatdan çox pul xərcləyir
Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender
Zərdabın icra başçısından şübhəli gedişlər... - İTTİHAM
Zərdabı xımır-xımır XIRID EDİR... - İTTİHAM