“İnşaat konstruksiyaları” MMC-nin sakinlərə yaşatdığı CƏHƏNNƏM: - 18 mərtəbəli binada su, qaz və işıq yoxdur
7-01-2021, 22:46
287

“İnşaat konstruksiyaları” MMC-nin sakinlərə yaşatdığı CƏHƏNNƏM: - 18 mərtəbəli binada su, qaz və işıq yoxdur

“İnşaat konstruksiyaları” MMC-nin Bakıda inşa etdiyi göydələnlər həmin binalarda yaşayanların həyatını cəhənnəmə çevirib.

Yenicag.az xəbər verir ki, “İnşaat konstruksiyaları” MMC-nin inşa etdiyi Yasamal rayonu İsfəndiyar Zülalov, 19 ünvanında yerləşən binanın sakinləri sanki şəhərdə yaşamadıqlarını, cəngəllik həyat sürdüklərini bildirirlər.

Sakinlərdən əldə etdiyimiz məlumata görə, artıq 3 gündür ki, binada nə işıq, nə qaz, nə də su var. Sözügedən 18 mərtəbəli yaşayış binası, əslində, 2018-ci ildə təhvil verilməli idi. Lakin təqvimlər artıq 2021-ci ili göstərsə də, bina hələ tam təhvil verilməyib.

Bununla belə, “İnşaat konstruksiyaları” MMC 2020-ci ilin fevral ayından sakinlərə binada yaşamağa icazə verib. Sakinlərin çoxu da məcburiyyətdən istifadəyə tam yararlı olmayan binaya köçməli olublar.

Bir neçə gün əvvəl binadakı bloklardan birində yanğın baş verib və bütün elektirk naqilləri sıradan çıxıb. Onsuz da vaxtaşırı işığı kəsilən binada bu yanğından sonra ümumiyyətlə, elektirik yoxdur.

Sakinlərin bildirdiyinə görə, yaranan problemi aradan qaldırmaq üçün “İnşaat konstruksiyaları” MMC-nin səlahiyyətli nümayəndələrini axtarsalar da, onları ofisdə tapmaq müşkülə çevrilib. Eyni zamanda, şirkətdə telefon zənglərinə də cavab verilmir. Yəni binada artıq üç gündür, işıq olmasa da, şirkət rəhbərliyi yaranmış vəziyyətlə maraqlanmır. Bina sakinlərinin çarəsiz qalaraq müraciət etdikləri Yasamal Rayon İcra Hakimiyyəti də problemin həllinə laqeyd yanaşıb.

Binada məskunlaşan sakinlərin bir qismi “İnşaat konstruksiyaları” MMC-nin məsuliyyətsiliyi üzündən müvəqqəti olaraq, qohum evlərinə daşınsa da, yerdə qalanlar hələ də soyuq və qaranlıq mənzillərində yaşamaq məcburiyyətindədirlər.

Ən maraqlı və diqqqəti çəkən məqamlardan biri budur ki, “İnşaat konstruksiyaları” MMC haqqında ən çox şikayət daxil olan şirkətlərin önündə gəlsə də, nədənsə, mövcud “tender mexanizmi” sayəsində daha çox dövlət sifarişi alan qurumlar sırasında yer tutur.

Oxşar xəbərlər

"Yeni Ailə" MTK-dan şikayət - VİDEO
“Sahil-İnşaat” vətəndaşları necə aldadır? – Bakıda daha bir mənzil dədləduzluğu
Bakıda çoxmərtəbəli binada YANĞIN
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
“AS İnşaat”da FƏHLƏ ÖLÜMÜ - 11-ci mərtəbədən yıxıldı...
Xətaidə çoxmərtəbəli binada yanğın oldu
Cəlilabadda binanın beton paneli aşıb – VİDEO
Bakıda 18 mərtəbəli binada yanğın oldu
Əli Həsənovun binası Nəşriyyatın balansına veriləcək
Xızıda beş mərtəbəli binada narkotik yetişdirən şəxs saxlanıldı - FOTO
Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
“Sipark İnşaat” insanları evsiz qoyub, kirayə pullarını verməkdə də çətinlik çəkir - ŞİKAYƏT
"Bir binanın yarısında istilik var, yarısında yox" - Sakinlərdən narazılıq
Lənkəranda iki uşaq faciəli şəkildə öldü
Nizami rayonunda dələduz peyda olub - "“Orbita” MTK işi" barədə İLGİNC FAKTLAR
Bakıda beşmərtəbəli binada yanğın oldu
Tağı İbrahimovun şirkətinin özbaşınalıqları - VİDEO
İcra başçısı oğlunun tikdirdiyi ticarət obyektinin istismarına icazə verdi - FOTOFAKT
Bir gecədə üç ev YANDI
Xətai rayonun icra başçısı "arxalı" "Qaya-İnşaat" MTK-nın əlində aciz qaldı
Bakıda yaşayış binasında yanğın baş verib
Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
Restoranda baş verən yanğın söndürüldü
Tikinti şirkətinin iddialarına kran sahibinin CAVABI - VİDEO
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
«Proqres-2016» bir mənzili bir neçə adama sataraq, yüzlərlə vətəndaşı aldadıb ətəndaşlara 10 milyondan artıq pul atanın arxasında kim dayanıb FOTO
Füzulidə ev YANDI
Başçı "arxalı" MTK-nın əlində aciz qaldı - NARAZILIQ...
Bakıda mebel sexi YANDI