Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY
8-01-2021, 09:09
83

Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY

“Daşlar qopub yerə düşür. Uşaqları, qocaları evdə qoyub getməyə qorxuruq. Həyatımıza təhlükə günbəgün artır”. DİA.AZ bildirir ki, bunu Ramana qəsəbəsi, 9-cu Mədən küçəsi 29 ünvanında yaşayan sakinlər deyir. Onların sözlərinə görə, bir neçə ailə 23 ildən çoxdur ki, qəzalı binada canını dişinə tutub yaşayır.

İstismar müddətini çoxdan başa vurmuş ikimərtəbəli binada 8 yerli, 5 köçkün ailəsi – ümumilikdə 35 nəfər yaşayır.

Ailələr bu binaya 1997-ci ildə köçüb. Ailələrdə məktəbli uşaqlar, astma-bronxitdən, böyrək çatışmazlığından, xərçəngdən əziyyət çəkənlər, ahıl yaşda insanlar var. Həmin ünvanda yaşayan Kəmalə Ağayeva binanın durumundan danışır:

“Deyirlər, bu bina əvvəl 29 saylı yataqxana olub. Sonra ayaqqabı sexi kimi istifadə ediblər. Sonra da otaqlar ayrı-ayrı adamlara satılıb. Şəxsən mən evi bir köçkündən almışam. Əvvəl deyirdilər, əsaslı təmir olunacaq, hər cür şəraiti olacaq. Ancaq yaşadıqca anladıq ki, boş söhbətlərdir. Bizə MİS-dən deyilənə görə, bina 139 il əvvəl tikilib, istifadəyə verilib. İcra hakimiyyəti deyir, bina onların balansında deyil. Biz də bilmirik bu bina hansı quruma tabedir, kim sahib çıxmalıdır. Hamının ayrıca işıq, qaz, su sayğacı var, telefon xətti var, hamısı öz adımızadır. Ancaq bina hansı qurumun balansındadır, bilmirik. Deyilənə görə, əvvəllər Neft Şirkətinin balansında olub”.

Kəmalə xanımın sözlərinə görə, onsuz da pis vəziyyətdə olan bina son yağıntılardan sonra daha da bərbadlaşıb: “Son yağışlardan sonra binanın onsuz da yararsız vəziyyətdə olan dam örtüyü daha da çökdü. Yuxarıda 6 ev vardı, hamısının üstü çöküb. Hər iki mərtəbədə olan ayaqyolu, hamam tamamilə dağılıb, istifadə etmək mümkün deyil. Bura xəstəlik mənbəyidir, dəhlizlərdəki yekə siçovullar az qala adamın üzərinə atılır. Belə şəraitdə oğullar böyüdürük, bu evlərimizdən çıxıb əsgər gedirlər, əsgərlikdən bu evlərimizə qayıdırlar. Bir neçə ay əvvəl lap yaxınlığımızdakı 28 saylı yataqxananı sökdülər, bizi təəccübləndirən bu oldu ki, o yataqxananın vəziyyəti, şəraiti bizim qaldığımız binadan qat-qat yaxşı idi, hələ uzun illər istifadə oluna bilərdi, ancaq sökdülər. Biz icra başçısına yalvarırıq ki, bina başımıza çökür, ya əsaslı təmir olunsun, ya da bizi başqa yerdə mənzillə təmin edib köçürsünlər, deyir, mümkün deyil”.

Oxşar xəbərlər

"Ölsək də, buradan çıxmayacağıq" - Rövşən Rzayevin nəzərinə...
Sumqayıtda TƏHLÜKƏLİ VƏZİYYƏT... - Qaçqınlar xəstəliklə üz-üzə...
"Bir binanın yarısında istilik var, yarısında yox" - Sakinlərdən narazılıq
"Yeni Ailə" MTK-dan şikayət - VİDEO
Masallıda təhsil problemi: O tualet kimə lazımdır? - GİLEY
“Olympys Park” MMC sakinlərə qarşı... - GİLEY
Deputatın şirkəti yolu bağladı: Sakinlər etiraza qalxdı – Video
“Kristal Abşeron-1”-dən narazılıq var - VİDEO
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Bakıda bu binalar söküləcək
Nizami rayonunda dələduz peyda olub - "“Orbita” MTK işi" barədə İLGİNC FAKTLAR
Adil Vəliyevin buralardan xəbəri yoxdur... - GİLEY
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar-Məcburi Köçkünlər Prezident İlham Əliyevdən imdad diləyir-VİDEOFAKT
“Köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır, kim yerləşdirib onları?”
Bakıda bina sakinlərinin həyatı təhlükədədir - VİDEO
«Proqres-2016» bir mənzili bir neçə adama sataraq, yüzlərlə vətəndaşı aldadıb ətəndaşlara 10 milyondan artıq pul atanın arxasında kim dayanıb FOTO
“Arutunyanın bacısı Azərbaycanda yaşayır, istəsəniz görüşün” - İlham Əliyev
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
“İnşaat konstruksiyaları” MMC-nin sakinlərə yaşatdığı CƏHƏNNƏM: - 18 mərtəbəli binada su, qaz və işıq yoxdur
TƏNHA ANA MƏNZİL ŞƏRAİTİNƏ GÖRƏ MÜVAFİQ QURUMLARDAN KÖMƏK İSTƏYİR
Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
"Lakin müraciətlərim nəticəsiz qalıb..." - GİLEY
Xırdalanda 5 çoxmərtəbəli bina təmir olunur - FOTO
Sabunçuda 8 bina sökülür - Köçürülmə başlanılıb
Azərsu vitse-prezidenti aldatdı
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
“2000 manat ver, evini 2 günə təmir edək” – Füzulidə məcburi köçkündən “Qaçqınkom”a rüşvət ittihamı
Tikinti sektorunu axsadan qərarlar... - Yenidən baxılmalıdır...
Goranboyda narazılığı kimlər yaradır? - GİLEY
Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir