Ucar sakinləri kimdən şikayətçidir? - Müraciət...
11-01-2021, 09:03
65

Ucar sakinləri kimdən şikayətçidir? - Müraciət...

Ucar rayon sakinləri tərəfindən ölkə rıhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Biz bu müraciətin müəllifləri olan Ucar rayon sakinləri Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və "Azəriqaz" İstehsalat Birliyinin sədri cənab Ruslan Əliyevdən xahiş edirik özbaşınalıqla məşğul olan Ucar rayon Qaz İdarəsinin rəisi İkram Məhərrəmovun və qəza xidmətinin rəisi Seymur Məmmədovun barəsində təcili tədbirlər görsünlər.Əks təqdirdə rayonda hər gün vətəndaşlara məxsus evlər yanıb kül olacaq.
"Azəriqaaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidməti sahəsinə 17 dekabr 2020-ci il tarixdə İkram Məhərrəmovu rəis vəzifəsinə təyin ediblər.
Bu adam rəis vəzifəsinə təyin olunan kimi ilk işi qazı məhdudiyyətlə vermək və şişirdilmiş sərfiyat qəbzlərini evlərə göndərmək oldu.Qazın təzyiqi azaldılır bir neçə saatdan sonra isə qəfil çoxaldılır.Nəticədə də 8 yanvar 2021-ci il tarixdə Ucar şəhərində 2 nəfərə məxsus ev tamamilə yanaraq kül oldu, çoxlusayda vətəndaşın evində qazla işləyən qızdırıcı qurğular partlayıb sıradan çıxıb.
Belə ki, Ucar Qaz İdarəsinin qəza xidməti rəisi Seymur Məmmədov narkotika qəbul edir.08 yanvar 2021-ci il tarixdə idarənin anbarına gedərək növbətçi Aydən Məmmədovu Bərgüşad kəndinə iş üçün göndərib özü isə növbətçinin yerində oturub narkotika qəbul edir. Saat 19-30 da hallı olduğu üçün qazı yüksək təzyiqlə verdiyindən 2 nəfərin evi yanıb külə dönüb, çoxlusayda evlərdə qaz cihazları sıradan çıxıb. Rəis İkram Məhərrəmov və qəza rəisi Seymur Məmmədov baş vermiş bu cinayəti saat 8-00 da növbəni təhfil almış şəxsin üstünə atmaq istəyirlər. Ancaq yanğın saat 19-30 radələrində baş verib.Çünki yanğının çəkliş video,fotosu var və həmçinin yanğın barədə FHN-nin Yanğından Mühafizə Xidmətinə edilən zəng saatları var.
Ucar rayonunun kəndlərində gecələr əhali yuxuda olan zaman qaz söndürülür, səhər tezdən qəfil verilir.Bu isə evlərin alışaraq yanmasına gətirib çıxara bilər ki, buna görə insanlar qorxu həyacan içində yaşayırlar.
Həmçinin rəis İkram Məhərrəmov abonentlərin evinə şişirdilimiş sərfiyat qəbzləri göndərib əhalinin cibini soymaqla məşğuldur. Hansı ki, 1 ay ərzində sərfiyata görə 30 manat ödəyən şəxsin evinə 20 gün üçün 60 manat sərfiyat qəbzi gəlib.Bu açıq aşkar talançılıqdır ki, İkram Məhərrəmov həyata keçirir.
Təmir adı ilə hər gün rayonda qazın verlişi dayandırlır. Ancaq heç bir təmir aparılmır.Bir küçədə və ya bir kənddə təmir gedirsə bütün rayona qazın verlməsinin dayandırlması qanunsuzluqdur.

Rəis İkram Məhərrəmovun və Seymur Məmmədovun hərəkətləri rayon əhalisini təcübləndirib.
Qaçqın və Məcburi köçkünlər üçün dövlət tərəfindən inşa edilib istifadəyə verilmiş mənzillərin satılması, bağışlanması və kirayə verilməsi qadağan olsada Ucar xidməti sahəsinin rəisi İkram Məhərrəmov və qəza xidmətinin rəisi Seymur Məmmədov Ucar rayonunda qaçqın mənzilində kirayədə yaşayırlar.
Biz Ucar rayon sakinləri evlərimizin qazdan alışıb yanmasını istrəmirik.İkram Məhərrəmovla Seymur Məmmədovun hərəkətləri terorçuların əməllərinə bənzəyir.Ucar rayon əhalisinin həyat və sağlamlığı ciddi təhlükə altındadır.
Hörmətli Prezident, hörmətli Mehriban xanım və cənab Ruslan Əliyev sizdən xahiş edirik müraciətimizdə göstərdiklərimizi yerində araşdırlıb vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuzluğa yol vermiş iki nəfərin evini yanmasına səbəbkar olmuş, saxta qəbzlər tərtib edib insanların pulunu ələ keçirmiş, narkotika qəbul edən İkram Məhərrəmovun və Seymur Məmmədovun barəsidnə ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Oxşar xəbərlər

“Azəriqaz”da bəzi regional idarə rəislərinin yerləri dəyişdirildi - Kimlər hara təyin olundu?
Ucarda karantini pozan çayxana aşkarlandı
Ucar sakinləri bu məmurdan şikayətçidirlər... - VİDEO
Ucarın kəndi bir ildir susuz qalıb - Video
Azərbaycanda məmur 70 yaşlı qocaya “düdük” deyib
Ucarda azyaşlı 5-ci mərtəbədən yıxılıb
"Azəriqaz"da total islahatlar gözlənilir - Kimlər işsiz qalacaq?
Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı
“Azərişıq” 2 region və 10 rayona yeni rəis təyin etdi
«MuğanBank» ASC-də qalıq borcları balalayır!!!
Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni TƏYİNAT
Baş prokurordan yeni TƏYİNATLAR
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var
“Bir mayor və iki erməni əsgərini öldürmüşəm” Qazimizdən ölkə başçısına müraciət + VİDEO
Xankəndi Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil edilib
“Ucar Aqroservis”in işçiləri narazılıq edir - Müraciət...
3 rayonun sakinləri 190 manatı ala bilmirlər: - Şəhərə buraxılmırlar
Əşyalar durduğu yerdə alovlanır - Ucarda müəmmalı yanğın
Sabirabad Rayon Polis İdarəsinin rəis müavini Aqşin Tağıyev rayonda qoçuluq edir-Oğlu döyüşdə olan ANA Prezidentə müraciət etdi-VİDEO
Vilayət Eyvazov onu rəis müavini təyin etdi
“Azərişıq”da müəmmalı təyinat: Rəislərin yeri dəyişdirildi
1-ci Qarabağ Savaşının veteranlarından müraciət - GİLEY
Qazi atası icra başçısından Prezidentə şikayət etdi: “Bir dəfə də olsun...” - FOTOLAR
Mirqafar Seyidovun vəzifəsini o icra edəcək
Nazir onu bu bölməyə rəis TƏYİN ETDİ
Vilayət Eyvazov "Bandotdel"ə yeni şöbə rəisi təyin etdi
Vilayət Eyvazovdan yeni təyinat
"Azəriqaz"-da nələr baş verir?
AzTV-nin əməkdaşına VƏZİFƏ VERİLDİ
Kamran Əliyevdən növbəti təyinatlar