İcra başçısının “5 şəhid məzarının üstünü götürməlisən” tələbini rədd edən sahibkarın obyekti dağıdıldı - VİDEO
11-01-2021, 20:19
57

İcra başçısının “5 şəhid məzarının üstünü götürməlisən” tələbini rədd edən sahibkarın obyekti dağıdıldı - VİDEO

Binəqədi rayon İcra hakimiyyəti başçısının “5 şəhid məzarının üstünü götürməlisən” tələbini şəhidlərə hörmətsizlik kimi qarşılayan sahibkarın obyekti buldozerlə dağıdılıb.

Yenicag.az xəbər verir ki, “Qafqaz” nəqliyyat şirkətinin Xırdalanda “Daş bazarı” deyilən ərazinin yaxınlığındakı qəbristanlığa bitişik torpaq sahəsində işçilər üçün qoyulmuş vaqon Binəqədi Rayon İcra hakimiyyətinin göstərişi ilə darmadağın edilib.

Əldə etdiyimiz məlumata əsasən, “Qafqaz” nəqliyyat şirkəti sözügedən ərazini Biləcəri qəsəbə bələdiyyəsindən 222 min manata alıb. Şirkətin rəhbəri Əmirli Rəşid Cümşüd oğlunun sözlərinə görə, dağıdılan obyekt bir il öncə inşa edilib:

“İşçilərin rahatlığı üçün sahəyə vaqon qoymaq istədim. Mənə dedilər ki, 40 ədəd zibil qutusu al, icazə verək. 370 manatdan 40 ədəd zibil yeşiyi aldım, ondan sonra vaqon üçün icazə verdilər”.

“Qafqaz” nəqliyyat şirkəti Vətən Müharibəsi dövründə bütün TIR-ları ilə cəbhə bölgəsinə zəruri ləvazimatlar daşımaqla məşğul olub. Obyektinin dağıdılmasına gəldikdə isə Rəşid Əmirli bunları deyib:

“Bir neçə gün öncə mənə bildirdilər ki, Binəqədi rayon İcra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 5 şəhid məzarının üstünün götürülməsini tələb edib.

Obyekti alandan bəri nə zaman pul istəyiblər, vermişəm. Ancaq şəhid məzarının üstünün götürülməsini qəbul edə bilməzdim. Şəhid məzarının üstünün götürülməsi rüşvət üçün vasitə ola bilməz. Bunu deyənlərə bildirdim ki, onsuz da şəhid ailəri və qazilər üçün əlimdən gələni edirəm, şəhid məzarının üstünü də götürərəm, ancaq bunu rüşvət kimi etmərəm.

Bunun ertəsi günü gəldilər obyektimi uçurmağa. Səbəbini soruşanda dedilər ki, Binəqədi rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev və onun birinci müavini İlqar Süleymanovun göstərişidir.

Təsəvvür edin, şəhid məzarının üstünü rüşvət kimi götürməyi qəbul etmədiyim üçün icra hakimiyyətinin başçısı obyektimi darmadağın etdi. Şəhid məzarının üstünü götürmək niyə rüşvət predmeti olmalıdır, bunu anlaya bilmirəm. Bu yanaşma şəhidlərimizə, onların ruhuna hörmətsizlikdir”.

Rəşid Əmirli bildirir ki, icra başçısının göstərişi ilə əraziyə gələnlər elə bil, erməni obyektinə basqın edirdilər:

“Hər yerə polisləri düzmüşdülər, obyektimə qarşı sanki əməliyyat həyata keçirirdilər. Elə bil, erməni əsirliyində idik. Heç vaxt etdiyim əməli deməzdim, ancaq müharibə vaxtı könüllü müraciət etdim, aparmadılar, mən də 16 sürücümlə birlikdə cəbhəyə mərmi, təkər daşıdım.

Ancaq hansısa icra başçısı, onun müavini üstünə düşən işi mənim boynuma qoymaq istədi, buna etiraz etdikdə isə o qədər xidmətlərimi heçə sayaraq, qanuni obyektimi yerlə bir etdilər. Bu qanunsuzluğa son qoyulması üçün ölkə rəhbərliyindən yardım istəyirəm”.


Oxşar xəbərlər

İcra başçısına yeni müavin təyin edildi
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
Siraqəddin Cabbarovla bağlı ŞOK İDDİA - Özünə necə xal toplayır...
Xırdalanda kanalizasiya xətti partladı, yolları su basdı - Foto
Lerikin icra başçısı ilə bağlı daha bir iddia - VİDEO
Qubadlı Rayon İcra Hakimiyyəti Qarabağ şəhidlərini belə yad etdi
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
Daha bir məmur üçün YOLUN SONU: - Prezidentin danladığı icra başçısı işdən çıxarılır?
Binəqədi icra başçısı iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ - Prezident “Cəsur döyüşçü” adı verib
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
Rusiya Qarabağ ermənilərinə 54 vaqon humanitar yardım göndərdi
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
Şəhidlərə aid lövhələri kimlər söküb? - Açıqlama
İcra başçısının müavini koronavirusdan öldü
Həbs edilən icra başçının səlahiyyətləri bu şəxsə verildi
Goranboyun icra başçısı ilə bağlı ŞOK İDDİA - Belə deyirlər...
Yasamalın icra başçısı obyektlərdən pul yığdırır? - Sahibkar pul vermədiyinə görə obyekti dağıdılıb...
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ
Binəqədinin icra başçısına yeni müavin təyin edildi
Başçı ilə müavini Daşkəsəndə yolkəsənlik edir...
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Prezident icra başçısını işdən çıxardı
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Xəzər rayon İcra baçısı iki oğlu Vətən savaşında iştirak edən ailənin evini sökdürdü- Prezidentə şikayət edilib FOTO/VİDEO