Hacıqabulda vətəndaşları incidən kimdir? - Nazirə müraciət olundu
12-01-2021, 09:42
41

Hacıqabulda vətəndaşları incidən kimdir? - Nazirə müraciət olundu

Qlobal pandemiya səbəbindən artıq bir ilə yaxındır ki, ölkəmizdə distant təhsil sistemi tətbiq edilir. Daha çox Microsoft Teams proqramı vasitəsilə aparılan dərslər internet üzərindən keçirildiyi üçün problemlər yaranır. Xüsusilə rayon yerlərində rabitə xidmətlərinin zəif olması,bir çox ərazilərdə ümumiyyətlə olmaması, mobil operatorların baha qiymətləri şagirdlərin dərsdən yayınmasına səbəb olur. Elə Hacıqabul rayonunun bir qrup sakininin Rubrika.az saytına ünvanladığı şikayət məktubunda da bu barədə söhbət açılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Naziri cənab Ramin Quluzadəyə müraciət edən Pirsaat qəsəbə sakinləri bildirirlər ki, 2020-ci ildə Hacıqabul rayonunun telefon qovşağı və poçtunun rəisi Asif Məmmədova nə az nə çox, düz 5 dəfə müraciət ediblər. Amma Asif müəllim sakinlərə bolluca ümid versə də telefon xətti verməyib. Hər dəfə şikayətçilərə deyib ki, "gedin iki həftəyə telefon xəttiniz çəkiləcək, bir şərtlə ki, siz 20 ədəd dayaq verməlisiniz. Dayaq verməsiniz telefon xətti çəkilməyəcək." Arximed “mənə dayaq verin yer kürəsini qaldırım” deyən kimi, Asif müəllim də 20 ədəd dayaqsız telefon xəttinin çəkilməsinin mümkünsüzlüyündə israr edib.

Şikayətçilər Asif müəllimə deyəndə ki, şəxsən nazirə şikayət edəcəyik, poçtun rəisinin tövrü dəyişməyib. Deyib ki, lap rəhmətlik Arximedi qəbirdən durğuzub gətirsəniz də dayaqsız mümkün deyil. Sizdən dayaq məndən telefon.

İndi əlləri hər yerdən üzülən sakinlər Ramin Quluzadəyə üz tutaraq kömək istəyirlər. “Hörmətli nazir, siz bizə arxa-dayaq olmasanız, deyəsən bizim telefon xətti çəkdirmək arzumuz gözümüzdə qalacaq. Nəzərinizə çatdırmaq istəyirik ki, uşaqlar onlayn dərs keçə bilmirlər.Aldığımız 20-30 manatlıq data kartlar bizi qane etmir,kifayət qədər yetərli deyil.Qəsəbəmizdə telefon xəttinin çəkilməsini istəyənlərin sayı 60 (altmış) nəfərdən çoxdur.
Xahiş edirik ki, qəsəbəmizdə telefon xəttinin çəkilməsi üçün, aidiyyatı qurumların əməkdaşlarına, müvafiq sərəncam və tapşırıqlarınızı verəsiniz.”
İnanırıq ki, cənab nazir Pirsaat qəsəbə sakinlərinin şikayətini cavabsız qoymayacaq, problem tezliklə öz həllini tapacaq.

1.Həmidov Elçin Aslan oğlu
2.Cəfərov Gülağa Q. o.
3.Cəfərov Cəmil Q. o.
4.Cəfərov Qurban Q. o.
5.Cəfərova Gülarə H. q.
6.Hüseynov İsmayıl M. o.
7.Həsənov Həsən İ. o.
8.Cəlilov Nazim Ə. o.
9.Cəfərov Asif C. o.
10.Həsənov Həsən Q. o.
11.Həsənov Nurlan H. o.
12.Cəfərov Ziyadxan M. o.
13.Müslümov Dilavər D. o.
14.Müslümov Fəxrəddin S. o.
15.Həmidov Fikrət İ. o.
16.Hüseynova Atlas A. q.
17.Cəfərov Nəriman Q. o.
18.Həmidov İlham Ə. o.
19.Məmmədov Səttar N. o.
20.Bayramov Sarvan S. o.
21.Abasov Məzahir M. o.
22.Abasov Mərdan Ə. o.
23.Rzayeva Gülcahan İ.q.
24.Hüseynov Hidayət H. o.
25.Hüseynov Seymur H. o.
26.Abasov Saleh F. o.
27.Abasov Rahim Ə. o.
28.Cəfərov Şükür C. o.
29.Cəfərov Firdovsi F. o.
30.Abasov Məzahim R. o.
31.Abasov Ramil R. o.
32.Abasova Güllü Ə. q.
33.Həmidov Əsgər E. o.
34.Həmidov Məhəmməd E. o.

Oxşar xəbərlər

Bu kəndin məktəbliləri pandemiyada bir dəfə də olsun təhsil üzü görməyiblər... - Kənddə telefon xətti belə yoxdur...
Nazirin NƏZƏRİNƏ: Bu kənddə təhsil almaq imkansızdır... - NƏ ETSİNLƏR?
Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq?
Dərslərə az qaldı, amma internetin sürəti hələ "sürünür" - AKTUAL
Göyçayda sakinləri dinləyən yoxdur...
Ramin Quluzadə rəisi vəzifəsindən AZAD ETDİ
Yeni dərs ilində şagirdlərin tən yarısına "qayıb" yazılacaq... - Problemlər həll olunmalıdır
“Bölgələrdə vəziyyət daha çətindir” - Professordan Nazirliyə SƏRT TƏNQİD
Gənc icra başçısı üçün də sakinlər önəmli deyil... - GİLEY
Hövsanın Bağlar yaşayış massivinin sakinləri telefonsuz qalıblar - Fotolar
Rabitə və nəqliyyat işini bilməyən Rabitə və Nəqliyyat naziri Ramin Quluzadə  Rabitə nazirliyi, yoxsa saçyoldu kantoru ?
ŞAGİRDLƏRİN DİQQƏTİNƏ! Onlayn dərslərə bu səbədən qoşula bilmirsiz
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
Bu ölkədə müharibə veteranları üçün mobil danışıq xidməti pulsuz oldu
Hacıqabulda fəhlə damdan yıxıldı
Tibb Universitetinin tələbələri təhsil haqqından azad edilsin - TƏKLİF
Təhsil Nazirliyi vətəndaşların qəbulunu sentyabrın 30-dək dayandırıb - Diqqət!
Bu kəndlərdə nəinki internet, telefon xətti də yoxdur - VİDEO
Xırdalanda internet niyə yoxdur? - KARANTIN GÜNLƏRİNİN "KORONAVİRUSLARI"
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dekabrın 1-dək dayandırıb
Turizm cənnətində şok görüntü - VİDEO
Ölkədə internetin sürəti niyə zəifdir?
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
Rayonlarda internetin bağlanacağı ilə bağlı xəbərə nazirlikdən REAKSİYA
Goranboyda fermerləri İNCİDƏN KİMDİR? - NARAZILIQ...
Regionlar da avtobusarda kartla ödəniş sisteminə keçə bilər
Həyatını mobil telefon qutaran əsgərin ailəsi danışdı - VİDEO
Yeni Suraxanıda evə basqın - Qadını döyüb pul və telefon apardılar
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
Düşmən əks-təbliğat üçün məlumat əldə eləməyə çalışır - XƏBƏRDARLIQ